https://sputnik.az/20240519/ayetullah-xamenei-reisinin-sag-salamat-qayidacagina-umid-edir-464759966.html
Ayətullah Xamenei Rəisinin sağ-salamat qayıdacağına ümid edir
Ayətullah Xamenei Rəisinin sağ-salamat qayıdacağına ümid edir
Sputnik Azərbaycan
İranın dini rəhbəri əhalini prezident üçün dua oxumağa çağırdı
2024-05-19T23:30+0400
2024-05-19T23:30+0400
2024-05-20T10:04+0400
dünya xəbərləri
ayətullah əli xameneyi
əli xameneyi
ibrahim rəisi
əmir abdullahiyan
helikopter
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e5/05/15/427012092_0:106:2201:1344_1920x0_80_0_0_3d1edd772196e661f8c09f0468bdf8ea.jpg
BAKI, 19 may - Sputnik. İranın ruhani lideri Ayətullah Xamenei ölkə prezidenti İbrahim Rəisi və onu müşayiət edən helikopterin qəzaya uğramasından təəssüflənir və onların sağ-salamat qayıtmasına ümid edir. O, hər kəsi prezidentin sağlamlığı üçün dua etməyə çağırıb. Xameneinin sözlərinə görə, İran xalqı narahat olmamalıdır və əmin ola bilər ki, ölkənin həyatında heç bir iğtişaş olmayacaq. Bundna əvvəl İran lideri Ayətullah Əli Xamenei Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.Mayın 19-da məlum olub ki, Azərbaycanla ümumi sərhəddə bənd açıldıqdan sonra prezident Rəisinin İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətindəki Xoda Afarin bölgəsindən qayıdarkən göyərtəsində olduğu helikopter qəzaya uğrayıb. Helikopterin göyərtəsində Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbriz cümə namazı imam Ayətullah Məhəmməd Əli Əl-Haşim və Şərqi Azərbaycan valisi Məlek Rəhməti olub. Prezidentin kortejini üç helikopter müşayiət edib. Nazirlər və məmurları daşıyan iki helikopter dumanlı şəraitdə təhlükəsiz yerə enib. Hazırda İran teleqram kanalları İran prezidentinin helikopterinin aşkar edildiyini iddia edirlər. Məlumat rəsmi təsdiqini tapmayıb.Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/15/427012092_134:0:2065:1448_1920x0_80_0_0_79c82e0cb00a5e8dbdb4c6ecb4b27dad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəisinin sağ qalma ehtimalı yoxdur, xameneyi duaya çağırdı, iranın dini rəhbəri əhalini prezident üçün dua oxumağa çağırdı
rəisinin sağ qalma ehtimalı yoxdur, xameneyi duaya çağırdı, iranın dini rəhbəri əhalini prezident üçün dua oxumağa çağırdı
Ayətullah Xamenei Rəisinin sağ-salamat qayıdacağına ümid edir
23:30 19.05.2024 (Yenilənib: 10:04 20.05.2024) Xamenei Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.
BAKI, 19 may - Sputnik. İranın ruhani lideri Ayətullah Xamenei ölkə prezidenti İbrahim Rəisi və onu müşayiət edən helikopterin qəzaya uğramasından təəssüflənir və onların sağ-salamat qayıtmasına ümid edir. O, hər kəsi prezidentin sağlamlığı üçün dua etməyə çağırıb.
Xameneinin sözlərinə görə, İran xalqı narahat olmamalıdır və əmin ola bilər ki, ölkənin həyatında heç bir iğtişaş olmayacaq.
Bundna əvvəl İran lideri Ayətullah Əli Xamenei Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.
Mayın 19-da məlum olub ki, Azərbaycanla ümumi sərhəddə bənd açıldıqdan sonra prezident Rəisinin İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətindəki Xoda Afarin bölgəsindən qayıdarkən göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.
Helikopterin göyərtəsində Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbriz cümə namazı imam Ayətullah Məhəmməd Əli Əl-Haşim və Şərqi Azərbaycan valisi Məlek Rəhməti olub. Prezidentin kortejini üç helikopter müşayiət edib. Nazirlər və məmurları daşıyan iki helikopter dumanlı şəraitdə təhlükəsiz yerə enib. Hazırda İran teleqram kanalları İran prezidentinin helikopterinin aşkar edildiyini iddia edirlər. Məlumat rəsmi təsdiqini tapmayıb.
Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.