Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

2050-ci ilə qədər demensiyadan əziyyət çəkən insanların sayı 139 milyona çata bilər

© iStock.com / RyanJLaneYaşlı insan uşaqla sağollaşır
Yaşlı insan uşaqla sağollaşır - Sputnik Azərbaycan, 1920, 19.05.2024
Abunə olmaq
ÜST-ün məlumatına görə, ötən il dünyada 55 milyondan çox insanın demensiyadan əziyyət çəkdiyi məlum olub.
BAKI, 19 may — Sputnik. Tibb, elm və texnologiyanın inkişafı səbəbindən dünyada insanların ömrünün artması ilə demensiyadan əziyyət çəkənlərin sayı yaxın onilliklərdə də artacaq.
Bu barədə "CNBC" Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadən xəbər verir.
Demensiya xəstəliyi sinir hüceyrələrini tədricən məhv edən və beyni zədələyən, insanın idrak funksiyalarını - yaddaşı, təfəkkürü və gündəlik fəaliyyət qabiliyyətini azaldan bir sıra xəstəliklər nəticəsində yarana bilən sindromdur. Bu xəstəlik zamanla irəliləyir və əsasən də yaşlı insanlara təsir edir.
"Dünyada yaşlı insanların sayı artmaqda davam etdikcə, demensiya ilə yaşayan insanların sayının da artacağı və 2050-ci ilə qədər təxminən 139 milyona çatacağı gözlənilir", - ÜST-ün hesabatında deyilir.
Təşkilatın məlumatına görə, 2023-cü ildə dünyada 55 milyondan çox insanın demensiyadan əziyyət çəkdiyi məlum olub.
Həmçinin, ÜST-dən verilən məlumatına əsasən, 2050-ci ilə qədər 65 yaş və daha yuxarı yaşda olan insanların sayı iki dəfə artaraq 2,1 milyard nəfərə çatacaq.
"Demensiya bütün dünyada hazırda yeddinci əsas ölüm səbəbidir və yaşlı insanlar arasında əlilliyin əsas səbəblərindən biridir", - ÜST-dən əlavə edilib.
Bu yaxınlarda Rusiya səhiyyə naziri Mixail Muraşko bildirib ki, Rusiyada orta ömür uzunluğu 73,4 ildir. Nazirin sözlərinə görə, bu rəqəm pandemiyadan əvvəlki dövrü keçib. Daha sonra diplomat rusiyalı qadınlarının ömür uzunluğunun kişilərə nisbətən təxminən altı il daha uzun olduğunu qeyd edib.
Xəbər lenti
0