https://sputnik.az/20240518/telebe-transferleri-qaydasi-deyisir-464719803.html
Tələbə transferləri qaydası dəyişir
Tələbə transferləri qaydası dəyişir
Sputnik Azərbaycan
Ülkər Səttarova bildirib ki, bəzi hallarda gənclər də seçimlərini düzgün etmirlər və sistem də elə qurulub ki, hardasa səhv buraxanda həmin an düzəldə... 18.05.2024, Sputnik Azərbaycan
2024-05-18T08:04+0400
2024-05-18T08:04+0400
2024-05-18T08:05+0400
tələbə
təhsil
seçim
ixtisas seçimi
agentlik
direktor
transfer
transfer
qayda
yay
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082869_0:15:3076:1745_1920x0_80_0_0_2b2e7a41bf2511e5fac236207d32c020.jpg
BAKI, 18 may — Sputnik. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova qurumun rəsmi saytına müsahibəsində müəllimlərin sertifikatlaşdırılması prosesindən keçə bilməyənlər arasında müəyyən universitetlərin diplomunu almış şəxslərin çoxluq təşkil etdiyi barədə sualı cavablandırıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, o vurğulayıb ki, hazırda məsələnin tənzimlənməsi istiqamətində proses gedir. O qeyd edib ki, müəllimlik ixtisasları üzrə proqram akkreditasiyası üçün göstəricilərdən biri də məhz akkreditasiya imtahanlarıdır. "Bu çox önəmli məsələdir. Bəzi hallarda bizim müəssisələrimiz diplom verirlər və nəticə etibarilə görünür ki, diplom sahibinin kifayət qədər biliyi yoxdur. Sonra həmin adam iş tapmayanda, məyus olur, stres keçirir və məlum olur ki, istədiyi peşəyə sahib ola bilməyib. Bəzi hallarda gənclər də seçimlərini düzgün etmirlər və sistem də elə qurulub ki, hardasa səhv buraxanda həmin an düzəldə bilmirlər. Lakin bu səhvi düzəltmək üçün transfer sistemi var və ildə bir dəfə açılır. Tələbə, həqiqətən, səhv etdiyinə əmindirsə, seçimini düzəltmək üçün şans verilir və bunun özü yaxşı haldır. Bu il də yay aylarında transferlər olacaq və yeni qaydalarla aparılacaq. Bizim üçün həm maraqlı, həm də çətin il olacaq. Çünki ilk dəfədir prosesi universitetlərin öhdəliyinə buraxmışıq. Prosesdə həm tələbəni ötürən, həm də qəbul edən tərəf iştirak edəcək. Biz isə daha çox müşahidəçi və tənzimləyici rolda çıxış edəcəyik", - deyə direktor qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082869_301:0:3030:2047_1920x0_80_0_0_1f84dcceaa4e7c4c75509b63c64f4bb4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tələbə, seçim, ixtisas seçimi, agentlik, direktor, transfer, transfer, qayda, yay
tələbə, seçim, ixtisas seçimi, agentlik, direktor, transfer, transfer, qayda, yay
Tələbə transferləri qaydası dəyişir
08:04 18.05.2024 (Yenilənib: 08:05 18.05.2024) Ülkər Səttarova bildirib ki, bəzi hallarda gənclər də seçimlərini düzgün etmirlər və sistem də elə qurulub ki, hardasa səhv buraxanda həmin an düzəldə bilmirlər.
BAKI, 18 may — Sputnik. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova qurumun rəsmi saytına müsahibəsində müəllimlərin sertifikatlaşdırılması prosesindən keçə bilməyənlər arasında müəyyən universitetlərin diplomunu almış şəxslərin çoxluq təşkil etdiyi barədə sualı cavablandırıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, o vurğulayıb ki, hazırda məsələnin tənzimlənməsi istiqamətində proses gedir.
O qeyd edib ki, müəllimlik ixtisasları üzrə proqram akkreditasiyası üçün göstəricilərdən biri də məhz akkreditasiya imtahanlarıdır.
"Bu çox önəmli məsələdir. Bəzi hallarda bizim müəssisələrimiz diplom verirlər və nəticə etibarilə görünür ki, diplom sahibinin kifayət qədər biliyi yoxdur. Sonra həmin adam iş tapmayanda, məyus olur, stres keçirir və məlum olur ki, istədiyi peşəyə sahib ola bilməyib.
Bəzi hallarda gənclər də seçimlərini düzgün etmirlər və sistem də elə qurulub ki, hardasa səhv buraxanda həmin an düzəldə bilmirlər. Lakin bu səhvi düzəltmək üçün transfer sistemi var və ildə bir dəfə açılır. Tələbə, həqiqətən, səhv etdiyinə əmindirsə, seçimini düzəltmək üçün şans verilir və bunun özü yaxşı haldır.
Bu il də yay aylarında transferlər olacaq və yeni qaydalarla aparılacaq. Bizim üçün həm maraqlı, həm də çətin il olacaq. Çünki ilk dəfədir prosesi universitetlərin öhdəliyinə buraxmışıq. Prosesdə həm tələbəni ötürən, həm də qəbul edən tərəf iştirak edəcək. Biz isə daha çox müşahidəçi və tənzimləyici rolda çıxış edəcəyik", - deyə direktor qeyd edib.