CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 18 may – FOTO

© Sputnik / Elnur Salayev18 мая
18 мая - Sputnik Azərbaycan, 1920, 18.05.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 18 may — Sputnik. Mayın 18-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 18-də kimlər anadan olub?
Ziya Şıxlinski (1951) - Azərbaycanın əməkdar incəsənət xadimi və kinorejissorudur. O, "Şopenin qayıtması", "8 dəqiqə yarımlıq düşüncə", "Doğma yeri yoxdur", "Həyatın mənbəyi" və s. sənədli filmləri çəkib.
© Photo : From the personal archive of Ziya ShiklinskiZiya Şıxlinski
Ziya Şıxlinski - Sputnik Azərbaycan, 1920, 17.05.2024
Ziya Şıxlinski
Ömər Xəyyam (1048-1131) - fars filosofu, riyaziyyatçısı, astronomu və şairidir. O, müxtəlif elm sahələrində fərqli əsərlər yaradıb. Onlardan "Novruznamə", "Elm-i Külliyyat", "Ziyc-i Məlikşahi" və digər əsərləri qeyd etmək olar.
CC BY-SA 3.0 / Atilin / Omar KhayyamÖmər Xəyyam
Ömər Xəyyam  - Sputnik Azərbaycan, 1920, 17.05.2024
Ömər Xəyyam
II Nikolay Romanov (1868-1918) - sonuncu Rusiya imperatorudur (1894-1917). Onun hakimiyyəti dövrü Rusiyanın iqtisadi inkişafı və eyni zamanda ölkədə ictimai-siyasi ziddiyyətlərin artması, 1905-1907-ci illər inqilabı, Oktyabr və 1917-ci ilin Fevral inqilabları ilə nəticələnən inqilabi hərəkatla yadda qalıb.
© SputnikII Nikolay Romanov
II Nikolay Romanov - Sputnik Azərbaycan, 1920, 17.05.2024
II Nikolay Romanov
Marina Kravets (1984) - Rusiyanın radio aparıcısı, müğənnisi, aktrisası və "Comedy Club"un üzvüdür.
© Sputnik / Владимир Песня / Mediabanka keçidMarina Kravets
Вручение премии Тэфи-2019 - Sputnik Azərbaycan, 1920, 17.05.2024
Marina Kravets
Ebru Şahin (1994) Türkiyə aktrisası və müğənnisidir. O, "Hercai" serialında Reyyan rolunu canlandırdıqdan sonra şöhrət qazanıb. Aktrisa həmçinin "Əfsanə", "Yüz ilin möcüzəsi" və s. filmlərdə oynayıb.
© Photo : Social media page of Ebru ShahinEbru Şahin
Ebru Şahin - Sputnik Azərbaycan, 1920, 17.05.2024
Ebru Şahin
18 May tarixində dünyada baş verən tarixi hadisələr
1804-cü ildə Napoleon Fransa imperatoru elan edilib.
1848-ci ildə Frankfurtda ilk ümumalman parlamentinin ilk iclası keçirilib.
1888-ci ildə ABŞ-da ilk dəfə qrammofon plastinkası nümayiş etdirilib.
1923-cü ildə fransız mühəndisi Antuan Barnay fırlanan diskli telefon üçün patent alıb.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Laçın rayonunu işğal edib. 2020-ci il dekabrın 1-də isə Vətən müharibəsi nəticəsində Laçın rayonu Azərbaycan Respublikasının nəzarətinə keçib.
1977-ci ildən Beynəlxalq Muzeylər Şurasının qərarı ilə Beynəlxalq Muzeylər Günü qeyd edilir.
2004-cü ildə Brüsseldə Ümumdünya Gömrük Təşkilatının qərargahının qarşısında "Dədə Qorqud" abidəsinin açılışı olub.
Xəbər lenti
0