Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Səfirliklərin fəaliyyəti münasibətlərin normallaşması demək deyil - Sədrəddin Soltan

© Photo : courtesy of Sadraddin SoltanSədrəddin Soltan
Sədrəddin Soltan
 - Sputnik Azərbaycan, 1920, 18.05.2024
Abunə olmaq
Soltan qeyd edib ki, əgər diplomatik münasibətlər pozulmayıbsa, bu səfirlik səviyyəsində davam etdirilə bilər.
BAKI, 18 may — Sputnik. "Ötən ilin yanvarında səfirliyimizdə törədilmiş məlum terror hadisəsindən sonra Azərbaycan tərəfi diplomatlarının təhlükəsizliyinin təmin olunması üçün təxirəsalınmaz tədbirlər görməyə məcbur olmuşdu". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.
Siyasi şərhçi bildirib ki, səfirliyin köhnə binası təhlükəsizlik baxımından tələblərə cavab vermir: "Digər tərəfdən terror hadisəsi baş vemriş binada səfirliyin diplomatik fəaliyyətini davam etdirməsi mənəvi-psixoloji aspektlərdən məqsədəuyğun sayılmayıb. Azərbaycanla İran arasında səfirlik fəaliyyət göstərəndə də diplomatik gərginlik var idi. 44 günlük müharibə zamanı Azərbaycanın İranda, İranın isə Azərbaycanda səfiri fəaliyyət göstərirdi. Tehran hakimiyyəti Ermənistana yardımlar edirdi, İran rəsmiləri Azərbaycana qarşı təxribatçı açıqlamalar verirdi. Yəni, səfirliklərin fəaliyyət göstərməsi hələ münasibətlərin normallaşması demək deyil".
Sədrəddin Soltan qeyd edib ki, əgər diplomatik münasibətlər pozulmayıbsa, bu səfirlik səviyyəsində davam etdirilə bilər: "Azərbaycan ilkin olaraq səfirliyin yerinin dəyişdirilməsini zəruri hesab edib. Bundan sonra səfirliyin işçilərinin fəaliyyəti ilə bağlı məsələlər tənzimlənə bilər. Mümkündür ki, bu proses bir müddət uzansın və yaxud diplomatların işə başlaması sürətlənsin. Bu, Azərbaycan tərəfinin məsələyə yanaşmasından asılı olacaq. Azərbaycan İran qarşısında diplomatik missiyalarda təhlükəsizliyin təmin olunması tələbini qoyub. O cümlədən, Azərbaycanın Təbrizdəki konsulluğunun əməkdaşlarının və binasının təhlükəsizliyinə dair məsələni də İran tərəfi qarşısında qaldırıb. İran hakimiyyəti Azərbaycan qarşısında bu tip məsələlərlə bağlı tələbləri yerinə yetirib ki, Azərbaycan da buna razılıq verib".
Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycan İrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi istiqamətində aparılan işlər barədə yerli medianın sualına cavablandırarkən deyib.
Soltan bildirib ki, ötən ilin yanvar ayında Azərbaycan səfərliyinə qarşı törədilmiş terror hücumundan sonra İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub:
"Son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb. Aparılmış iş nəticəsində səfirliyin yeni məkanı artıq müəyyən edilib".
Xəbər lenti
0