Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Qarabağ Universitetində 6 fakültə üzrə bakalavriat səviyyəsinə tələbə qəbul olunacaq

© Photo : AZERTAGQarabağ Universiteti
Qarabağ Universiteti  - Sputnik Azərbaycan, 1920, 18.05.2024
Abunə olmaq
Təhsil nazirinin bildirdiyinə görə, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq.
BAKI, 18 may - Sputnik. 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universitetinin bukleti hazırlanıb. Bu barədə Azərtac-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçiriləcək.
Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti, eləcə də (070) 812 10 10 vatsap nömrəsi açılıb.
Xatırladaq ki, Qarabağ Universitetinin qəbul planı təsdiqlənib. Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq:

"Bu həftə artıq seçilmiş 3 proqram rəhbəri ictimaiyyətə təqdim olunacaq. Universitetdə təhsil ödənişsiz olacaq və tələbələr yataqxana ilə təmin olunacaqlar".

Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 28-də Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə sərəncam imzalayıb.
Qeyd edək ki, nazir Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisasları da açıqlayıb:
İbtidai sinif müəllimliyi;
Məktəbəqədər təhsil;
Riyaziyyat müəllimliyi;
İnformatika müəllimliyi;
Təhsildə sosial-psixoloji xidmət;
İnformasiya texnologiyaları;
Kompüter elmləri;
Kompüter mühəndisliyi;
Qida mühəndisliyi;
Şəhərsalma;
İnşaat mühəndisliyi;
Beynəlxalq münasibətlər;
Regionşünaslıq;
Tarix;
Kommunikasiya və rəqəmsal media;
Beynəlxalq ticarət və logistika;
Biznesin idarə edilməsi;
İqtisadiyyat;
Maliyyə, marketinq;
Menecment;
Mühasibat;
Turizm işinin təşkili;
Turizm bələdçiliyi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Вид на Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.02.2024
Qarabağın dirçəlişi və reinteqrasiyası
Qarabağ universitetində tələbə olmağın hansı üstünlükləri var? VİDEO
Xəbər lenti
0