https://sputnik.az/20240517/qerb-azerbaycan-ermenistan-ve-gurcustan-ucun-xaos-planlari-hazirlayib---politoloq-464686085.html
Qərb Azərbaycan, Ermənistan və Gürcüstan üçün xaos planları hazırlayıb - Politoloq
Qərb Azərbaycan, Ermənistan və Gürcüstan üçün xaos planları hazırlayıb - Politoloq
Sputnik Azərbaycan
Paşinyan deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bu ilin noyabrına kimi imzalana bilər. 17.05.2024, Sputnik Azərbaycan
2024-05-17T10:21+0400
2024-05-17T10:21+0400
2024-05-17T10:32+0400
gürcüstan
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
tofiq abbasov
təhlil
https://cdnn1.img.sputnik.az/img/07e7/03/09/452514619_0:160:3072:1888_1920x0_80_0_0_7472a1a9cf76837b6efca2f38060ceae.jpg
BAKI, 17 may — Sputnik. Mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib. Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırıb. Almatı görüşünün ardınca tərəflərin belə bir protokol imzalaması siyasi çevrələrdə ikitərəfli təmaslardakı müsbət dinamikanın davamı kimi dəyərləndirilir. Ümumilikdə sülh prosesinin əsas tərkib hissələrindən biri olan delimitasiya prosesi ilə bağlı tərəflərin uzlaşmaya nail olması sülh müqaviləsinin imzalanması perspektivləri ilə bağlı zaman proqnozlarını ortaya çıxarıb. Bəzi mənbələr iddia edirlər ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bu ilin noyabrına kimi imzalana bilər. Politoloq Tofiq Abbasov son proseslərlə bağlı Sputnik Azərbaycan-a danışıb. Onun fikrincə, xarici qüvvələrin Ermənistan üzərindəki təsiri ucbatından sülh prosesi çətinliklə irəliləyir: "Bununla belə Ermənistanın daxilində baş verən transformasiyalar bu prosesə təsirsiz ötüşməyib. Qərbin Qafqazda gedən proseslərə bütün müdaxilələri onu göstərir ki, onlar ayrı-ayrılıqda həm Azərbaycan, həm Ermənistan, həm Gürcüstan üçün xaos planları hazırlayıblar. Qərb çalışır ki, bölgədə eskalasiya riskləri yenidən yüksəlsin. Ermənistan rəhbərliyi yaxın zamanlara qədər Qərbin vədlərinə uyurdu. İndisə anlayırlar ki, Qərb heç də Ermənistanın qayğısı ilə yaşayan mərkəz deyil. İstər ABŞ, istər Fransa, istərsə də Avropa İttifaqı öz maraqlarının həlli üçün çalışırlar. Onlar çalışırlar ki, Ermənistanın vasitəsilə özlərinin Qafqazda mövcudluqlarını təmin etsinlər". Politoloq qeyd edir ki, onlar çalışırlar ki, Rusiya, İran və hətta Türkiyə ilə bağlı öz məkrli planlarını həyata keçirsinlər: "Görünən odur ki, nəhayət Paşinyan bu prosesləri qavrayır və illuziyalardan uzaqlaşır. Bununla belə biz sülh prosesi ilə bağlı Ermənistan cəmiyyətinin ümumi əhval-ruhiyyəsini diqqətdən kənarda qoymamalıyıq. Çünki Ermənistan cəmiyyətinin əksəriyyəti türkofob, islamofoblardır. Buna görə də Paşinyan onların qarşısında bütün kartları birdən-birə açmır. Paşinyan dərk etməyə başlayıb ki, Azərbaycan ona etibarlı variantları təqdim edib. Paşinyan bundan imtina edəcəksə, özünə pislik etmiş olacaq". Tofiq Abbasov vurğulayıb ki, Ermənistanın xilas yolu Azərbaycan və Türkiyə ilə barışıqdan keçir: "Təsadüfi deyil ki, Qərb bunu istəmir. Qərb Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasına nisbətən yaxşı baxır. Burada da məqsəd Ermənistanın yükünü Türkiyənin üzərinə yıxmaqdır. Ancaq Türkiyənin də bu proseslərə öz yanaşması var". Politoloq Türkiyənin daxilində baş verən təzadlı işlərə, xüsusən də dövlət çevrilişinə cəhd iddialarına diqqət çəkib. O hesab edir ki, baş verənlər Qərbin İslam birliyinə, türk birliyinə münasibətinin təzahürləridir:"Nikol Paşinyan da anlayır ki, bu oyunlarda alətə çevrilməli deyil. Ona görə də erməni kilsəsi indi vay-şüvən qaldırır, müharibə çağrışları edir, Paşinyanı istefaya çağırır. Paşinyan artıq başa düşür ki, bu, onun üçün son deməkdir. Məhz buna görə də Azərbaycanla mütərəqqi proseslərə qatılır. Hələki proseslər sülhə doğru gedir. Ancaq sülh sazişi hər şey demək deyil. Çünki Ermənistan daxilində xarici mərkəzlərə xidmət edən qüvvələr istənilən məqamda sazişi poza bilərlər. Bu baxımdan hesab edirəm ki, prosesləri süni surətdə tezləşdirmək doğru deyil. Addım-addım və sığortalayıcı məsələləri də diqqətlə saxlamaqla hərəkət etmək lazımdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/09/452514619_171:0:2902:2048_1920x0_80_0_0_5b8d16acf31b68e656ec023cbe226c9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gürcüstan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, tofiq abbasov
gürcüstan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, tofiq abbasov
Qərb Azərbaycan, Ermənistan və Gürcüstan üçün xaos planları hazırlayıb - Politoloq
10:21 17.05.2024 (Yenilənib: 10:32 17.05.2024) Paşinyan deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bu ilin noyabrına kimi imzalana bilər.
BAKI, 17 may — Sputnik. Mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib. Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb.
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırıb.
Almatı görüşünün ardınca tərəflərin belə bir protokol imzalaması siyasi çevrələrdə ikitərəfli təmaslardakı müsbət dinamikanın davamı kimi dəyərləndirilir. Ümumilikdə sülh prosesinin əsas tərkib hissələrindən biri olan delimitasiya prosesi ilə bağlı tərəflərin uzlaşmaya nail olması sülh müqaviləsinin imzalanması perspektivləri ilə bağlı zaman proqnozlarını ortaya çıxarıb. Bəzi mənbələr iddia edirlər ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bu ilin noyabrına kimi imzalana bilər.
Politoloq Tofiq Abbasov son proseslərlə bağlı Sputnik Azərbaycan-a danışıb. Onun fikrincə, xarici qüvvələrin Ermənistan üzərindəki təsiri ucbatından sülh prosesi çətinliklə irəliləyir:
"Bununla belə Ermənistanın daxilində baş verən transformasiyalar bu prosesə təsirsiz ötüşməyib. Qərbin Qafqazda gedən proseslərə bütün müdaxilələri onu göstərir ki, onlar ayrı-ayrılıqda həm Azərbaycan, həm Ermənistan, həm Gürcüstan üçün xaos planları hazırlayıblar. Qərb çalışır ki, bölgədə eskalasiya riskləri yenidən yüksəlsin. Ermənistan rəhbərliyi yaxın zamanlara qədər Qərbin vədlərinə uyurdu. İndisə anlayırlar ki, Qərb heç də Ermənistanın qayğısı ilə yaşayan mərkəz deyil. İstər ABŞ, istər Fransa, istərsə də Avropa İttifaqı öz maraqlarının həlli üçün çalışırlar. Onlar çalışırlar ki, Ermənistanın vasitəsilə özlərinin Qafqazda mövcudluqlarını təmin etsinlər".
Politoloq qeyd edir ki, onlar çalışırlar ki, Rusiya, İran və hətta Türkiyə ilə bağlı öz məkrli planlarını həyata keçirsinlər: "Görünən odur ki, nəhayət Paşinyan bu prosesləri qavrayır və illuziyalardan uzaqlaşır. Bununla belə biz sülh prosesi ilə bağlı Ermənistan cəmiyyətinin ümumi əhval-ruhiyyəsini diqqətdən kənarda qoymamalıyıq. Çünki Ermənistan cəmiyyətinin əksəriyyəti türkofob, islamofoblardır. Buna görə də Paşinyan onların qarşısında bütün kartları birdən-birə açmır. Paşinyan dərk etməyə başlayıb ki, Azərbaycan ona etibarlı variantları təqdim edib. Paşinyan bundan imtina edəcəksə, özünə pislik etmiş olacaq".
Tofiq Abbasov vurğulayıb ki, Ermənistanın xilas yolu Azərbaycan və Türkiyə ilə barışıqdan keçir: "Təsadüfi deyil ki, Qərb bunu istəmir. Qərb Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasına nisbətən yaxşı baxır. Burada da məqsəd Ermənistanın yükünü Türkiyənin üzərinə yıxmaqdır. Ancaq Türkiyənin də bu proseslərə öz yanaşması var".
Politoloq Türkiyənin daxilində baş verən təzadlı işlərə, xüsusən də dövlət çevrilişinə cəhd iddialarına diqqət çəkib. O hesab edir ki, baş verənlər Qərbin İslam birliyinə, türk birliyinə münasibətinin təzahürləridir:
"Nikol Paşinyan da anlayır ki, bu oyunlarda alətə çevrilməli deyil. Ona görə də erməni kilsəsi indi vay-şüvən qaldırır, müharibə çağrışları edir, Paşinyanı istefaya çağırır. Paşinyan artıq başa düşür ki, bu, onun üçün son deməkdir. Məhz buna görə də Azərbaycanla mütərəqqi proseslərə qatılır. Hələki proseslər sülhə doğru gedir. Ancaq sülh sazişi hər şey demək deyil. Çünki Ermənistan daxilində xarici mərkəzlərə xidmət edən qüvvələr istənilən məqamda sazişi poza bilərlər. Bu baxımdan hesab edirəm ki, prosesləri süni surətdə tezləşdirmək doğru deyil. Addım-addım və sığortalayıcı məsələləri də diqqətlə saxlamaqla hərəkət etmək lazımdır".