DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İndiki hakimiyyət Moldovanı müharibəyə apara bilər - Dodon

© AP Photo / Andreea Alexandru Iqor Dodon
 Iqor Dodon - Sputnik Azərbaycan, 1920, 17.05.2024
Abunə olmaq
Moldova konstitusiyasına görə, respublika neytral statusa malikdir, lakin 1994-cü ildən ölkə NATO ilə fərdi tərəfdaşlıq planı əsasında əməkdaşlıq edir.
BAKI, 17 may — Sputnik. Moldova hakimiyyəti öz ərazisində NATO təlimləri keçirməklə və silahlara milyonlarla dollar xərcləməklə ölkəni müharibəyə sürükləyə bilər. Bunu Moldovanın eks-prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon bildirib.
Bundan əvvəl Moldova Müdafiə Nazirliyi ABŞ komandanlığının rəhbərliyi altında mayın 9-dan 16-dək respublika ərazisində keçirilən Swift Response-2024 ("Quick Response-2024") irimiqyaslı Moldova-ABŞ təlimlərini elan edib. Manevrlərdə Moldova motoatıcı briqadasının, Milli Ordunun "Molliya" xüsusi təyinatlı batalyonunun 400 hərbçisi və ABŞ-ın 82-ci Hava Desant Diviziyasının hərbçiləri iştirak edir. Təlimlərdə 2 ABŞ C-130 Hercules hərbi təyyarəsi də iştirak edəcək.
"Niyə milyardları iqtisadiyyata deyil, silahlara xərcləyirsiniz? Bu radarlara və başqa hər şeyə niyə ehtiyacımız var? Nə üçün yaxınlıqda müharibə olanda ABŞ hərbçilərini bura gətirilir, niyə ABŞ təyyarələri Balti üzərində uçur, gecələr niyə təlimlər keçirilir? Bunu ancaq vətən xainləri edir. İndiki hakimiyyət Moldovanı müharibəyə apara bilər. Onlar bu istiqamətdə irəliləyirlər", - Dodon brifinqdə bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik naminə bütün müxalifət müharibəyə və Maya Sanduya qarşı birləşməlidir.
Moldova konstitusiyasına görə, respublika neytral statusa malikdir, lakin 1994-cü ildən ölkə NATO ilə fərdi tərəfdaşlıq planı əsasında əməkdaşlıq edir. Bundan başqa, qeyri-rəsmi lideri prezident Maia Sandu olan Fəaliyyət və Həmrəylik partiyasının hakimiyyətə gəlməsi ilə ABŞ, Böyük Britaniya, Almaniya və Rumıniyadan olan hərbçilərin iştirakı ilə ölkədə tez-tez təlimlər keçirilməyə başlayıb. Moldova Müdafiə Nazirliyinin nümayəndələri də ölkənin müdafiə qabiliyyətini gücləndirmək və bunun üçün lazımi silahlar əldə etmək istədiklərini bildiriblər. Xüsusilə müdafiə naziri Anatoli Nosatı hava hücumundan müdafiə sisteminin yaradılmasının zəruriliyindən danışıb. Sandu özü yerli nəşrlərə verdiyi müsahibədə vurğulayır ki, respublika NATO ilə yaxınlaşma ilə bağlı müzakirələri davam etdirməlidir, çünki bu, guya ölkənin müdafiə qabiliyyətini gücləndirməyə kömək edir.
Xəbər lenti
0