https://sputnik.az/20240517/ermenistanda-hakimiyyet-yalniz-demokratik-yolla-deyise-biler---xandanyan-464715475.html
Ermənistanda hakimiyyət yalnız demokratik yolla dəyişə bilər - Xandanyan
Ermənistanda hakimiyyət yalnız demokratik yolla dəyişə bilər - Xandanyan
Sputnik Azərbaycan
Baş nazirlə "Vətən uğrunda Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan arasında görüş nəzərdə tutulmayıb. 17.05.2024, Sputnik Azərbaycan
2024-05-17T23:22+0400
2024-05-17T23:22+0400
2024-05-17T23:22+0400
ermənistan
bölgə
parlament
parlament
hakimiyyət
deputat
deputat
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458903481_0:160:3072:1888_1920x0_80_0_0_9c6acc79d005b412285170159a83ba40.jpg
BAKI, 17 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan və hakim "Vətəndaş müqaviləsi" partiyası onun istefası ilə bağlı məsələni heç kimlə müzakirə etmək niyyətində deyil, heç kim hökumətin legitimliyini şübhə altına ala bilməz. Bunu mayın 17-də jurnalistlərə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim partiyadan olan deputat Sarkis Xandanyan bildirib. O bildirib ki, bu məsələ müzakirə mövzusu ola bilməz, çünki Ermənistan vətəndaşları 2021-ci ildə seçki yolu ilə hökuməti təyin edən parlament formalaşdırıblar. Ermənistanda hakimiyyət yalnız demokratik, legitim yolla, 2026-cı ildə keçiriləcək seçkilər yolu ilə dəyişə bilər. S.Xandanyan onu da qeyd edib ki, baş nazirlə "Vətən uğrunda Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan arasında görüş nəzərdə tutulmayıb: "Hansı məsələ ətrafında görüş keçirilməlidir? Hakim partiya belə bir təklif almayıb".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458903481_171:0:2902:2048_1920x0_80_0_0_a3a0562b2cbdbf52e84c1d33c8f391b1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, parlament, parlament, hakimiyyət, deputat, deputat
ermənistan, parlament, parlament, hakimiyyət, deputat, deputat
Ermənistanda hakimiyyət yalnız demokratik yolla dəyişə bilər - Xandanyan
Baş nazirlə "Vətən uğrunda Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan arasında görüş nəzərdə tutulmayıb.
BAKI, 17 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan və hakim "Vətəndaş müqaviləsi" partiyası onun istefası ilə bağlı məsələni heç kimlə müzakirə etmək niyyətində deyil, heç kim hökumətin legitimliyini şübhə altına ala bilməz.
Bunu mayın 17-də jurnalistlərə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim partiyadan olan deputat Sarkis Xandanyan bildirib.
O bildirib ki, bu məsələ müzakirə mövzusu ola bilməz, çünki Ermənistan vətəndaşları 2021-ci ildə seçki yolu ilə hökuməti təyin edən parlament formalaşdırıblar. Ermənistanda hakimiyyət yalnız demokratik, legitim yolla, 2026-cı ildə keçiriləcək seçkilər yolu ilə dəyişə bilər.
S.Xandanyan onu da qeyd edib ki, baş nazirlə "Vətən uğrunda Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan arasında görüş nəzərdə tutulmayıb: "Hansı məsələ ətrafında görüş keçirilməlidir? Hakim partiya belə bir təklif almayıb".