https://sputnik.az/20240516/yeni-iscilerden-ve-bahali-alis-verislerden-imtina---turkiyede-sert-qenaet-elan-edildi-464630955.html
Yeni işçilərdən və bahalı alış-verişlərdən imtina - Türkiyədə sərt qənaət elan edildi
Yeni işçilərdən və bahalı alış-verişlərdən imtina - Türkiyədə sərt qənaət elan edildi
Sputnik Azərbaycan
Bu qərar hakim partiyanın yerli seçkilərdə gözlənilməz məğlubiyyətə uğramasından sonra verilib. 16.05.2024, Sputnik Azərbaycan
2024-05-16T10:11+0400
2024-05-16T10:11+0400
2024-05-16T10:30+0400
türkiyə
dünya xəbərləri
qənaət
maliyyə
https://cdnn1.img.sputnik.az/img/41774/43/417744370_0:160:3072:1888_1920x0_80_0_0_a6359eef916d5f47608139731d2f9e9f.jpg
BAKI, 16 may — Sputnik. Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşək və ölkənin vitse-prezidenti Cevdet Yılmaz dövlət sektorunda yeni büdcə qənaət paketini elan ediblər. Bu paket çərçivəsində xəzinədarlıq üçün, təxminən 3 milyard dollar qənaət edilməsi planlaşdırılır. Belə ki, təşəbbüsə əsasən, dövlət sektorunda yeni işçilər yalnız pensiyaya çıxanların yerinə işə götürüləcək. Bundan əlavə, yeni avtomobillərin və binaların alınmasına və kirayəsinə üç illik qadağa tətbiq edilir, mebel və ofis avadanlığı kimi kiçik xərclər kəsilir. Tədbirlər paketinə uyğun olaraq, 2024-cü ildə mal və xidmətlərə çəkilən xərclər 10%, investisiyalar 15%, reklam xərcləri 25% azalacaq. Bundan başqa, dövlət tədbirləri çərçivəsində dövlət qulluqçularına xaricdə istehsal olunan avtomobillərdən istifadə etmək qadağan edilib. Dövlət sektorunun nümayəndələri üçün də xaricə işgüzar səfərlərə məhdudiyyətlər tətbiq edilib. Nəzərdə tutulan tədbirlər arasında küçələrin işıqlandırılmasında işıq diodlarından istifadə, rabitə və arxiv işlərinin elektron formaya keçirilməsi də var. Qənaət tədbirləri paketinə beynəlxalq görüşlər və milli bayramlar istisna olmaqla, nazirlik və idarələrin vəsaiti hesabına qəbulların, naharların və digər tədbirlərin keçirilməsindən imtina kimi maddələr də daxildir. Jurnalistlər Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının yerli seçkilərdə gözlənilməz məğlubiyyətindən sonra qənaət rejiminə keçmək qərarını məcburi tədbir kimi qiymətləndiriblər. Hesab olunur ki, səslərin itirilməsinin səbəblərindən biri dövlət sektorunda əsassız xərclərdir. Türkiyə öz iqtisadiyyatını xilas etməyə çalışır Hazırda Türkiyə iqtisadiyyatı son onilliklərin ən ağır böhranlarından birini yaşayır. Belə ki, Böyük Britaniyanın ən böyük bankı olan HSBC ilin sonuna qədər türk valyutasının dollara nisbətdə məzənnəsinin 40 lirəyə qədər düşəcəyini gözləyir. Türk lirəsinin dəyəri daha əvvəl tarixi minimumunu yeniləyərək ilk dəfə 32 TL/1 dolları keçib. Lirə bu ilin əvvəlindən dollara nisbətdə 9%, bütün ötən il ərzində isə 60% dəyər itirib. Bundan əlavə, Türkiyədə apreldə illik inflyasiya, ölkənin Statistika İnstitutunun məlumatına görə, mart ayındaki 68,5%-dən 69,80%-ə yüksəlib. Bu, illik inflyasiyanın 84,39% olduğu 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir. Eyni zamanda, "ENAG"ın bir qrup müstəqil iqtisadçısı ötən ayın sonunda illik inflyasiyanı 124,35% qiymətləndirib. Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşək daha əvvəl bildirib ki, hökumət 2026-cı ilə qədər qiymət sabitliyinə və təkrəqəmli inflyasiyaya nail olmağı qarşısına məqsəd qoyub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41774/43/417744370_171:0:2902:2048_1920x0_80_0_0_b8acf43f8ef70e0eec91695a711220d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
türkiyə, qənaət, maliyyə
Yeni işçilərdən və bahalı alış-verişlərdən imtina - Türkiyədə sərt qənaət elan edildi
10:11 16.05.2024 (Yenilənib: 10:30 16.05.2024) Bu qərar hakim partiyanın yerli seçkilərdə gözlənilməz məğlubiyyətə uğramasından sonra verilib.
BAKI, 16 may — Sputnik. Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşək və ölkənin vitse-prezidenti Cevdet Yılmaz dövlət sektorunda yeni büdcə qənaət paketini elan ediblər. Bu paket çərçivəsində xəzinədarlıq üçün, təxminən 3 milyard dollar qənaət edilməsi planlaşdırılır.
Belə ki, təşəbbüsə əsasən, dövlət sektorunda yeni işçilər yalnız pensiyaya çıxanların yerinə işə götürüləcək. Bundan əlavə, yeni avtomobillərin və binaların alınmasına və kirayəsinə üç illik qadağa tətbiq edilir, mebel və ofis avadanlığı kimi kiçik xərclər kəsilir.
Tədbirlər paketinə uyğun olaraq, 2024-cü ildə mal və xidmətlərə çəkilən xərclər 10%, investisiyalar 15%, reklam xərcləri 25% azalacaq.
"Təcili yardım, müdafiə və təhlükəsizlik kimi sahələrdə məcburi alışlar istisna olmaqla, dövlət sektorunda yeni avtomobillərin alınmasını və lizinqini üç il müddətinə dayandırırıq" - Mehmet Şimşək bəyan edib.
Bundan başqa, dövlət tədbirləri çərçivəsində dövlət qulluqçularına xaricdə istehsal olunan avtomobillərdən istifadə etmək qadağan edilib. Dövlət sektorunun nümayəndələri üçün də xaricə işgüzar səfərlərə məhdudiyyətlər tətbiq edilib.
Nəzərdə tutulan tədbirlər arasında küçələrin işıqlandırılmasında işıq diodlarından istifadə, rabitə və arxiv işlərinin elektron formaya keçirilməsi də var.
Qənaət tədbirləri paketinə beynəlxalq görüşlər və milli bayramlar istisna olmaqla, nazirlik və idarələrin vəsaiti hesabına qəbulların, naharların və digər tədbirlərin keçirilməsindən imtina kimi maddələr də daxildir.
Jurnalistlər Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının yerli seçkilərdə gözlənilməz məğlubiyyətindən sonra qənaət rejiminə keçmək qərarını məcburi tədbir kimi qiymətləndiriblər. Hesab olunur ki, səslərin itirilməsinin səbəblərindən biri dövlət sektorunda əsassız xərclərdir.
Türkiyə öz iqtisadiyyatını xilas etməyə çalışır
Hazırda Türkiyə iqtisadiyyatı son onilliklərin ən ağır böhranlarından birini yaşayır. Belə ki, Böyük Britaniyanın ən böyük bankı olan HSBC ilin sonuna qədər türk valyutasının dollara nisbətdə məzənnəsinin 40 lirəyə qədər düşəcəyini gözləyir.
Türk lirəsinin dəyəri daha əvvəl tarixi minimumunu yeniləyərək ilk dəfə 32 TL/1 dolları keçib. Lirə bu ilin əvvəlindən dollara nisbətdə 9%, bütün ötən il ərzində isə 60% dəyər itirib.
Bundan əlavə, Türkiyədə apreldə illik inflyasiya, ölkənin Statistika İnstitutunun məlumatına görə, mart ayındaki 68,5%-dən 69,80%-ə yüksəlib. Bu, illik inflyasiyanın 84,39% olduğu 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.
Eyni zamanda, "ENAG"ın bir qrup müstəqil iqtisadçısı ötən ayın sonunda illik inflyasiyanı 124,35% qiymətləndirib. Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşək daha əvvəl bildirib ki, hökumət 2026-cı ilə qədər qiymət sabitliyinə və təkrəqəmli inflyasiyaya nail olmağı qarşısına məqsəd qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.