https://sputnik.az/20240516/trendyol-dan-aldigimiz-mehsullari-nece-geri-qaytara-bilerik-resmi-aciqlama-461425847.html
"Trendyol"un çatdırılma qiymətlərini artırmasının ilginc səbəbi
"Trendyol"un çatdırılma qiymətlərini artırmasının ilginc səbəbi
Sputnik Azərbaycan
Natiq Cəfərli bu qərarın yeni yaradılmış onlayn satış platformasına marağı artırmaq məqsədi daşıdığını söyləyir. 16.05.2024, Sputnik Azərbaycan
2024-05-16T17:19+0400
2024-05-16T17:19+0400
2024-05-16T16:37+0400
"trendyol" markası
iqtisadiyyat
onlayn
ticarət
istehlakçı
qaytarılma
mal
gün
qayda
qərar
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/13/461425829_0:160:3072:1888_1920x0_80_0_0_4b2d8db7bc681d9cd3dbac270b1ddbf8.jpg
BAKI, 16 may — Sputnik. "Trendyol"da daşıma xərclərinin bahalaşması "Trendyol"un özü tərəfindən verilmiş qərardır. Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Trendyol"-un Azərbaycanda rəsmi tərəfdaşı olan "Starex" Şirkətin Biznesin İnkişafı Departamentinin rəhbəri Pərviz Əzimov bildirib. O, "Trendyol" vasitəsilə sifariş verilən məhsulların daşıma qiymətlərinin bahalaşmasının "Starex"lə bir əlaqəsi olmadığını söyləyib. Qeyd edək ki, bu günlərdə Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində bahalaşma olub. "Trendyol Azərbaycan" şirkəti daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyinin olduğunu təsdiqləyib. Şirkətdən Sputnik Azərbaycan-a bildirilib ki, yeni qaydalara əsasən, məhsul çeşidimizin çox kiçik bir hissəsində müxtəlif həcmli bağlamaların qiyməti fərqlənir. Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. "Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər" - şirkətdən bildirilib. "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində bahalaşması birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artmasının onlara sərf etməyəcəyi qənaətindədirlər. İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daşıma xərclərinin "Trendyol"dan qaynaqlandığını düşünmür. "Türkiyədə "Trendyol" da daşıma qiymətlərində hər hansı bahalaşma baş verməyib. Sifarişlərin tırlarla gətirildiyini nəzərə alsaq, nəqliyyat xərclərində, yanacağın qiymətində də artım olmayıb. Bu zaman daşınma xərclərinin artması sual yaradır. Ehtimal var ki, buna hansısa lobbi qrupları təsir göstərib. Yaxud başqa bir onlayn satış platformanın xeyrinə qərar qəbul edilib. Çünki, bu günlərdə Azərbaycan üçün yeni onlayn satış platforması yaradılıb. Əks halda qiymət artımı ilə bağlı qərar "Trendyol"un müştərilərini itirməsinə səbəb olacaq" - iqtisadçı bildirib.14.05.24, 12:10"Trendyol Azərbaycan" daşıma qiymətlərini nə qədər artırıb? Şirkət açıqladıYeni qaydalara əsasən müxtəlif həcmli bağlamaların karqo qiyməti fərqlənir. Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir.Bu barədə Sputnik Azərbaycan-ın Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı sorğusuna "Trendyol Azərbaycan" şirkətindən verilmiş cavabda bildirilib. "Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər" - şirkət qeyd edib. Məlumat üçün bildirək ki, desi dedikdə bir bağlamanın ümumilikdə ölçüsü (eni, uzunluğu) nəzərdə tutulur. Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. Sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər. İddia olunur ki, əvvəllər alınan eyni məhsula bu gündən etibarən daha çox daşıma xərci tələb olunur. 19.12.23, 18:11Trendyol-dan aldığımız məhsulları necə geri qaytara bilərik?Onlayn ticarətin genişlənməsi istehlakçı hüququnun qorunması məsələsini aktuallaşdırıb. Belə ki, tez-tez onlayn yolla alınan məhsulun keyfiyyətsiz çıxdığı, rəngi və ölçüsü uyğun gəlmədiyi barədə şikayətlər dolaşır. Bəs belə olan halda onlayn yolla alınan məhsulları geri qaytarmaq olarmı? Bunun üçün qanunvericilikdə müddət nəzərdə tutulubmu? İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu mövzuda Sputnik Azərbaycan-ın sorğusunu cavablandırıb: - Trendyol və s. onlayn platformadan alış-verişlə bağlı zaman-zaman sosial platformada şikayətlər yayılır. Müştərinin onlayn aldığı məhsulun keyfiyyətsiz çıxması hallarına rast gəlinir. Qanunla birbaşa onlayn alış-verişdə istehlakçı hüququ bu hallarda necə qorunur? - Satıcının xarici ölkədə fəaliyyət göstərdiyi hallarda alqı-satqı münasibətlərindən irəli gələn məsələlər tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tənzimlənir. Yəni xarici ölkədən sifariş edilən malların keyfiyyət ilə bağlı məsələlər onlar arasında bağlanmış müqavilə şərtlərinə əsasən həyata keçirilir. Əgər tərəflər arasında bağlanmış müqavilədə bu qaydalar müəyyənləşdirilməyibsə, "Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, bu məsələ tərəflərin razılığı ilə seçilən ölkənin qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Əgər alıcı və satıcı alqı-satqı müqaviləsində hansı ölkənin qanunvericiliyinin həmin münasibətə şamil olunacağını seçməyibsə və sonradan bu barədə razılığa gəlinməyibsə, o zaman malların dəyişdirilməsi və qaytarılması qaydası satıcının mənsub olduğu ölkənin qanunvericiliyinə əsasən tənzimlənir. - "Elektron Ticarət Haqqında" qanuna dəyişikliklə bağlı təkliflər verilibmi? - "Elektron ticarət haqqında" Qanuna dəyişikliklə bağlı Dövlət Xidməti tərəfindən hər hansı təkliflər verilməyib. - Onlayn ticarət vasitəsilə alınan hansı məhsulları geri qaytarmaq olar? - İstehlakçının istər ənənəvi qaydada, istərsə də onlayn ticarət zamanı əldə etdiyi lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə istehlakçının onu aldığı gündən 14 gün ərzində (satıcı tərəfindən daha uzun müddət müəyyən edilməyibsə) oxşar mala dəyişdirmək, dəyişdirmək üçün satışda uyğun mal olmadıqda isə qaytarmaq hüququ vardır. Malın hansı qaydada alınmasından asılı olmayaraq, dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 114 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Aşağıdakı siyahıda adları qeyd olunan lazımi keyfiyyətli mallar dəyişdirilmir və qaytarılmır: - Canlı alış-verişdə məhsulu 14 gün ərzində geri qaytarmaq olar, bəs onlayn ticarətdə bu müddət niyə 7 gündür? - Həm ənənəvi formada, həm də onlayn qaydada alınmış lazımi keyfiyyətli malı dəyişdirmək üçün satışda uyğun mal olmadıqda 14 gün ərzində (satıcı tərəfindən daha uzun müddət müəyyən edilməyibsə) həmin malı geri qaytarmaq olar. "Elektron ticarət haqqında" Qanunda nəzərdə tutulmuş 7 gün müddət lazımi keyfiyyətli malların dəyişdirilməsi, qaytarılması üçün yox, sifarişdən imtina üçün nəzərdə tutulan müddətdir. Yəni, istehlakçı 7 gün ərzində onlayn qaydada aldığı maldan, verdiyi sifarişdən imtina edə bilər. Malların dəyişdirilməsi, dəyişdirmək üçün uyğun mal olmadıqda qaytarılması üçün nəzərdə tutulmuş 14 gün müddətin axımı isə istehlakçının malı əldə etdiyi andan başlayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231205/uc-yuz-dollarliq-limit-yeniden-azaldilir-sahibkarlar-trendyolun-elinden-dad-edir-461070852.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/13/461425829_171:0:2902:2048_1920x0_80_0_0_5ef14b1c7df53aec3b94918c68b08970.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
"trendyol" markası, onlayn, ticarət, istehlakçı, qaytarılma, mal, gün, qayda, qərar
"trendyol" markası, onlayn, ticarət, istehlakçı, qaytarılma, mal, gün, qayda, qərar
"Trendyol"un çatdırılma qiymətlərini artırmasının ilginc səbəbi
Natiq Cəfərli bu qərarın yeni yaradılmış onlayn satış platformasına marağı artırmaq məqsədi daşıdığını söyləyir.
BAKI, 16 may — Sputnik. "Trendyol"da daşıma xərclərinin bahalaşması "Trendyol"un özü tərəfindən verilmiş qərardır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Trendyol"-un Azərbaycanda rəsmi tərəfdaşı olan "Starex" Şirkətin Biznesin İnkişafı Departamentinin rəhbəri Pərviz Əzimov bildirib.
O, "Trendyol" vasitəsilə sifariş verilən məhsulların daşıma qiymətlərinin bahalaşmasının "Starex"lə bir əlaqəsi olmadığını söyləyib.
""Trendyol"la imzaladığımız müqaviləyə görə, biz onların verdiyi qərarlarla bağlı açıqlama verə bilmərik. Bizim işimiz müştərinin sifariş etdiyi məhsulu "Trendyol"dan gətirib müştəriyə çatdırmaqdır. Qiymət siyasətinə qarışmırıq. Daşıma qiymətləri "Trendyol" tərəfindən tənzimlənir".
Qeyd edək ki, bu günlərdə Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində bahalaşma olub.
"Trendyol Azərbaycan" şirkəti daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyinin olduğunu təsdiqləyib. Şirkətdən Sputnik Azərbaycan-a bildirilib ki, yeni qaydalara əsasən, məhsul çeşidimizin çox kiçik bir hissəsində müxtəlif həcmli bağlamaların qiyməti fərqlənir. Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir.
"Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər" - şirkətdən bildirilib.
"Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində bahalaşması birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artmasının onlara sərf etməyəcəyi qənaətindədirlər.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daşıma xərclərinin "Trendyol"dan qaynaqlandığını düşünmür.
"Türkiyədə "Trendyol" da daşıma qiymətlərində hər hansı bahalaşma baş verməyib. Sifarişlərin tırlarla gətirildiyini nəzərə alsaq, nəqliyyat xərclərində, yanacağın qiymətində də artım olmayıb. Bu zaman daşınma xərclərinin artması sual yaradır. Ehtimal var ki, buna hansısa lobbi qrupları təsir göstərib. Yaxud başqa bir onlayn satış platformanın xeyrinə qərar qəbul edilib. Çünki, bu günlərdə Azərbaycan üçün yeni onlayn satış platforması yaradılıb. Əks halda qiymət artımı ilə bağlı qərar "Trendyol"un müştərilərini itirməsinə səbəb olacaq" - iqtisadçı bildirib.
"Trendyol Azərbaycan" daşıma qiymətlərini nə qədər artırıb? Şirkət açıqladı
Yeni qaydalara əsasən müxtəlif həcmli bağlamaların karqo qiyməti fərqlənir. Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir.
Bu barədə Sputnik Azərbaycan-ın Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı sorğusuna "Trendyol Azərbaycan" şirkətindən verilmiş cavabda bildirilib.
"Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər" - şirkət qeyd edib.
Məlumat üçün bildirək ki, desi dedikdə bir bağlamanın ümumilikdə ölçüsü (eni, uzunluğu) nəzərdə tutulur.
Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. Sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər. İddia olunur ki, əvvəllər alınan eyni məhsula bu gündən etibarən daha çox daşıma xərci tələb olunur.
Trendyol-dan aldığımız məhsulları necə geri qaytara bilərik?
Onlayn ticarətin genişlənməsi istehlakçı hüququnun qorunması məsələsini aktuallaşdırıb. Belə ki, tez-tez onlayn yolla alınan məhsulun keyfiyyətsiz çıxdığı, rəngi və ölçüsü uyğun gəlmədiyi barədə şikayətlər dolaşır. Bəs belə olan halda onlayn yolla alınan məhsulları geri qaytarmaq olarmı? Bunun üçün qanunvericilikdə müddət nəzərdə tutulubmu?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu mövzuda Sputnik Azərbaycan-ın sorğusunu cavablandırıb:
- Trendyol və s. onlayn platformadan alış-verişlə bağlı zaman-zaman sosial platformada şikayətlər yayılır. Müştərinin onlayn aldığı məhsulun keyfiyyətsiz çıxması hallarına rast gəlinir. Qanunla birbaşa onlayn alış-verişdə istehlakçı hüququ bu hallarda necə qorunur?
- Satıcının xarici ölkədə fəaliyyət göstərdiyi hallarda alqı-satqı münasibətlərindən irəli gələn məsələlər tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tənzimlənir. Yəni xarici ölkədən sifariş edilən malların keyfiyyət ilə bağlı məsələlər onlar arasında bağlanmış müqavilə şərtlərinə əsasən həyata keçirilir. Əgər tərəflər arasında bağlanmış müqavilədə bu qaydalar müəyyənləşdirilməyibsə, "Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, bu məsələ tərəflərin razılığı ilə seçilən ölkənin qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Əgər alıcı və satıcı alqı-satqı müqaviləsində hansı ölkənin qanunvericiliyinin həmin münasibətə şamil olunacağını seçməyibsə və sonradan bu barədə razılığa gəlinməyibsə, o zaman malların dəyişdirilməsi və qaytarılması qaydası satıcının mənsub olduğu ölkənin qanunvericiliyinə əsasən tənzimlənir.
- "Elektron Ticarət Haqqında" qanuna dəyişikliklə bağlı təkliflər verilibmi?
- "Elektron ticarət haqqında" Qanuna dəyişikliklə bağlı Dövlət Xidməti tərəfindən hər hansı təkliflər verilməyib.
- Onlayn ticarət vasitəsilə alınan hansı məhsulları geri qaytarmaq olar?
- İstehlakçının istər ənənəvi qaydada, istərsə də onlayn ticarət zamanı əldə etdiyi lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə istehlakçının onu aldığı gündən 14 gün ərzində (satıcı tərəfindən daha uzun müddət müəyyən edilməyibsə) oxşar mala dəyişdirmək, dəyişdirmək üçün satışda uyğun mal olmadıqda isə qaytarmaq hüququ vardır. Malın hansı qaydada alınmasından asılı olmayaraq, dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 114 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Aşağıdakı siyahıda adları qeyd olunan lazımi keyfiyyətli mallar dəyişdirilmir və qaytarılmır:
Qızıl və qızıl məmulatları.
Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar.
İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
Parfümer-kosmetika malları.
Kişi, qadın və uşaq çimərlik paltarları.
Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.
Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
- Canlı alış-verişdə məhsulu 14 gün ərzində geri qaytarmaq olar, bəs onlayn ticarətdə bu müddət niyə 7 gündür?
- Həm ənənəvi formada, həm də onlayn qaydada alınmış lazımi keyfiyyətli malı dəyişdirmək üçün satışda uyğun mal olmadıqda 14 gün ərzində (satıcı tərəfindən daha uzun müddət müəyyən edilməyibsə) həmin malı geri qaytarmaq olar. "Elektron ticarət haqqında" Qanunda nəzərdə tutulmuş 7 gün müddət lazımi keyfiyyətli malların dəyişdirilməsi, qaytarılması üçün yox, sifarişdən imtina üçün nəzərdə tutulan müddətdir. Yəni, istehlakçı 7 gün ərzində onlayn qaydada aldığı maldan, verdiyi sifarişdən imtina edə bilər. Malların dəyişdirilməsi, dəyişdirmək üçün uyğun mal olmadıqda qaytarılması üçün nəzərdə tutulmuş 14 gün müddətin axımı isə istehlakçının malı əldə etdiyi andan başlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.