Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Slovakiya Baş nazirinin müavini: Fitsonun həyati təhlükəsi yoxdur

© AP Photo / Petr David JosekRobert Fitso, arxiv şəkli
Robert Fitso, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.05.2024
Abunə olmaq
Dünən Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub.
BAKI, 16 may - Sputnik. “Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun həyati təhlükəsi yoxdur”.
“Report” xəbər verir ki, bunu Slovakiya Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri Tomas Taraba deyib.
O, Robert Fitsonun əməliyyatının uğurlu keçdiyini qeyd edib: “Düşünürəm ki, o, sonunda sağ qalacaq. Hazırda onun həyatı üçün təhlükə yoxdur”.
Xatırladaq ki, dünən Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.
Xəbər lenti
0