SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sahibə Qafarova və Alen Simonyan arasında görüş olub

© Photo : Milli MejlisSahibə Qafarova
Sahibə Qafarova  - Sputnik Azərbaycan, 1920, 16.05.2024
Abunə olmaq
Azərbaycan parlamentinin sədri parlament sədrlərinin 6-cı Ümumdünya Sammitinin hazırlıq iclasında iştirak məqsədilə Cenevrəyə gedib.
BAKI, 16 may — Sputnik. Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında qısa danışıqlar olub.
Bunu Ermənistan Parlamentinin mətbuat xidmətinin rəhbəri Nelli Qulyan deyib.
Qeyd edək ki, görüş Parlament sədrlərinin VI Ümumdünya Konfransı çərçivəsində baş tutub. Onların əsas görüşünün bu axşam baş tutacağı bildirilir.
14.05.24, 15:36
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri görüşəcəklər
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər.
Bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Azərbaycan parlamentinin sədri İsveçrəyə işgüzar səfərə gedəcək. Orada o, Parlament sədrlərinin 6-cı Ümumdünya Sammitinin hazırlıq iclasında iştirak edəcək.
Xatırladaq ki, Ermənistan və Azərbaycan parlamentlərinin spikerləri sonuncu dəfə martın 22-də Parlamentlərarası İttifaqın 148-ci iclası çərçivəsində görüşüblər.
Xəbər lenti
0