SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Bu münasibətlər zamanın sınağından çıxıb" - İlham Əliyev

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko  - Sputnik Azərbaycan, 1920, 16.05.2024
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.
BAKI, 16 may - Sputnik. Azərbaycan və Belarus ticarət-iqtisadi və sənaye sahəsində əməkdaşlığın artırılması barədə razılığa gəliblər.
BELTA-nın müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib.
İlham Əliyev qeyd edib ki, danışıqlar zamanı tərəflər son illər əlaqələrin inkişafını ətraflı təhlil ediblər. Həmçinin bu əlaqələrin dinamik inkişafını məmnunluqla vurğulayaraq gələcək əməkdaşlığın yollarını müəyyənləşdiriblər. Xüsusilə, Minskdə hökumətlərarası komissiyanın növbəti iclası üçün son tarixlər və məsul şəxslərlə əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün konkret addımların müəyyənləşdirilməsi qərara alınıb.
"Bütün bunlar qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın potensialını daha da artırmaq üçündür" - Əliyev deyib.
"Bu gün danışdığımız hər şey olduqca spesifikdir. Söhbət ilk növbədə sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalatların yaradılmasından və bu, ilk növbədə, illər əvvəl yaradılmış birgə istehsalatların potensialının artırılmasından gedir. Növbə maşınqayırmanındır" - Azərbaycan prezidenti əlavə edib.
***
Azərbaycan Belarusla etibarlı tərəfdaşlığı yüksək qiymətləndirir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə danışıqlarda deyib.
İlham Əliyev qeyd edib ki, iki lider arasında ikitərəfli gündəlikdəki bir çox məsələlər, regional və beynəlxalq məsələlər ətrafında dar tərkibdə ətraflı söhbət olub. İki ölkə arasında münasibətlərin strateji xarakteri təsdiqlənib.
“Biz ölkələrimiz arasında qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan etimadlı, yaradıcı tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb” - İlham Əliyev vurğulayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış edirlər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Xəbər lenti
0