SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırdı

© Sputnik / Асатур ЕсаянцNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 16.05.2024
Abunə olmaq
O deyib ki, müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir.
BAKI, 16 may — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırıb. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Paşinyan hökumətin iclasında qeyd edib ki, bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub.
O deyib ki, müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir ki, bu da təkcə bu hissədə deyil, həm də Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Paşinyan bu prosesə görə Mqer Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.
Xatırladaq ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.
Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.
Xəbər lenti
0