https://sputnik.az/20240516/lukasenko-azerbaycana-dovlet-seferine-gedib-464658739.html
Aramızda qapalı mövzular yoxdur, dünyanın hara hərəkət etdiyini başa düşürük - Lukaşenko
Aramızda qapalı mövzular yoxdur, dünyanın hara hərəkət etdiyini başa düşürük - Lukaşenko
Sputnik Azərbaycan
Lukaşenko Əliyevlə geniş tərkibdə danışıqlar zamanı deyib ki, Azərbaycanla Belarus arasında münasibətlər "ən mehriban və ən yaxındır". 16.05.2024, Sputnik Azərbaycan
2024-05-16T14:00+0400
2024-05-16T14:00+0400
2024-05-16T14:59+0400
azərbaycan xəbərləri
belarus
belarus prezidenti aleksandr lukaşenko
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0e/426696516_0:147:3119:1901_1920x0_80_0_0_79b6a64731a5037db136aa55ca3f7d37.jpg
BAKI, 16 may - Sputnik. Belarusla Azərbaycan arasında münasibətlərdə qapalı mövzular yoxdur, tərəflər dünyanın hara hərəkət etdiyini başa düşürlər.BELTA-nın yaydığı xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə danışıqlar zamanı deyib.“Bizim qapalı mövzularımız yoxdur, hər şey açıqdır. Əgər kimsə bizim hansı məsələləri müzakirə etdiyimizi eşitsəydi, düşünərdi: bizim münasibətlərimiz necədir? Ən mehriban, ən yaxın. Biz qardaş kimi ünsiyyət qururuq, dünyanın hara hərəkət etdiyini bir başa düşürük. Mən təkbətək görüşümüzdə sizə Heydər Əliyev haqqında dedim: əgər o Azərbaycanın necə inkişaf etdiyini görsəydi...” - o bildirib.***Azərbaycana dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verib. Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü başlayıb. 15.05.24, 22:40Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlibMayın 15-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib. Bu barədə Azərtac məlumat yayıb.15.05.24, 20:14Belarusun rezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gedib. Bu barədə BELTA-ya Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.Bakıda dövlət başçısı Azərbaycan prezidenti İlham Əliyevlə rəsmi danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.Prezidentlər müxtəlif sahələrdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi vurğulanmaqla ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirəcəklər.Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda və inteqrasiya birliklərində əməkdaşlıq olacaq. Dövlət başçıları regionda və bütövlükdə dünyada vəziyyəti müzakirə edəcəklər.Danışıqların yekunu olaraq ikitərəfli sənədlər paketi imzalanacaq. Gözlənilir ki, Bakıda Aleksandr Lukaşenko və İlham Əliyev Azərbaycanın beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkəcək, burada Belarus və Azərbaycanın ekspozisiyaları, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi ilə tanış olacaqlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0e/426696516_194:0:2923:2047_1920x0_80_0_0_8df74887fef4b547334ee16dc8b285f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus, belarus prezidenti aleksandr lukaşenko, azərbaycan
belarus, belarus prezidenti aleksandr lukaşenko, azərbaycan
Aramızda qapalı mövzular yoxdur, dünyanın hara hərəkət etdiyini başa düşürük - Lukaşenko
14:00 16.05.2024 (Yenilənib: 14:59 16.05.2024) Lukaşenko Əliyevlə geniş tərkibdə danışıqlar zamanı deyib ki, Azərbaycanla Belarus arasında münasibətlər "ən mehriban və ən yaxındır".
BAKI, 16 may - Sputnik. Belarusla Azərbaycan arasında münasibətlərdə qapalı mövzular yoxdur, tərəflər dünyanın hara hərəkət etdiyini başa düşürlər.
BELTA-nın yaydığı xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə danışıqlar zamanı deyib.
“Bizim qapalı mövzularımız yoxdur, hər şey açıqdır. Əgər kimsə bizim hansı məsələləri müzakirə etdiyimizi eşitsəydi, düşünərdi: bizim münasibətlərimiz necədir? Ən mehriban, ən yaxın. Biz qardaş kimi ünsiyyət qururuq, dünyanın hara hərəkət etdiyini bir başa düşürük. Mən təkbətək görüşümüzdə sizə Heydər Əliyev haqqında dedim: əgər o Azərbaycanın necə inkişaf etdiyini görsəydi...” - o bildirib.
Azərbaycana dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verib.
Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü başlayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
Mayın 15-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib. Bu barədə Azərtac məlumat yayıb.
Belarusun rezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gedib. Bu barədə BELTA-ya Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.
Bakıda dövlət başçısı Azərbaycan prezidenti İlham Əliyevlə rəsmi danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.
Prezidentlər müxtəlif sahələrdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi vurğulanmaqla ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirəcəklər.
Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda və inteqrasiya birliklərində əməkdaşlıq olacaq. Dövlət başçıları regionda və bütövlükdə dünyada vəziyyəti müzakirə edəcəklər.
Danışıqların yekunu olaraq ikitərəfli sənədlər paketi imzalanacaq. Gözlənilir ki, Bakıda Aleksandr Lukaşenko və İlham Əliyev Azərbaycanın beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkəcək, burada Belarus və Azərbaycanın ekspozisiyaları, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi ilə tanış olacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.