https://sputnik.az/20240516/azerbaycanla-belarus-emekdasliginin-hansi-perspektivleri-var-464678526.html
Azərbaycanla Belarus əməkdaşlığının hansı perspektivləri var?
Azərbaycanla Belarus əməkdaşlığının hansı perspektivləri var?
Sputnik Azərbaycan
Professor Elşad Məmmədovun sözlərinə görə, Belarus gübrə təminatı nöqteyi nəzərindən ölkəmizin kənd təsərrüfatı sektorunun inkişafına öz töhfələrini verə... 16.05.2024, Sputnik Azərbaycan
2024-05-16T19:24+0400
2024-05-16T19:24+0400
2024-05-16T19:24+0400
belarus
siyasət
professor
elşad məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e8/05/10/464673471_0:0:798:449_1920x0_80_0_0_98d5e9b91b37faed5cbd4f59602432a6.jpg
BAKI, 16 may — Sputnik. Azərbaycanla Belarus arasında ikitərəfli iqtisadi münasibətlərin dərinləşməsi tərəflərin iqtisadi inkişaf və artım göstəricilərinin təmin edilməsi üçün önəmlidir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyib. Professorun sözlərinə görə, Azərbaycanda bu gün qeyri-neft, xammal sektorunun inkişafına dair çağırışlar var: "Həm daxili bazarın yerli məhsullarla təminatı baxımından, həm də ixracatın şaxələndirilməsi ilə bağlı böyük işlər görülməlidir. Bu baxımdan Belarusla əməkdaşlığımız kənd təsərrüfatı sektorunun inkişafı, emal sektoru ilə bağlı olduqca böyük önəm kəsb edə bilər. Belarus kifayət qədər yüksək texnoloji tutumlu kənd təsərrüfatı aqrar sənaye istehsal imkanlarına malik olan dövlətdir. Belarus iqtisadiyyatı kifayət qədər çoxşaxəli texnoloji tutumludur. Eyni zamanda Belarus gübrə təminatı nöqteyi nəzərindən ölkəmizin kənd təsərrüfatı sektorunun inkişafına öz töhfələrini verə bilər". Ekspert əlavə edib ki, Azərbaycanın Belarusa verə biləcəyi töhfə yanacaq enerji sektoru ilə bağlıdır. "Belarus iqtisadiyyatının enerji daşıyıcıları idxalından asılılığı və sənaye sektorunun inkişafı nöqteyi nəzərindən enerji daşıyıcılara olan tələbatı şübhəsiz ki, Azərbaycanla əməkdaşlıq perspektivlərini bu ölkə üçün artırmış olur. Məhz texnoloji əməkdaşlığın dərinləşməsi bizim iqtisadi əməkdaşlığımızın mərkəzində olmalıdır. Çünki hər iki ölkənin böyük investisiya potensialı var. Hər iki ölkə Avrasiya iqtisadi məkanında müvafiq əməkdaşlığın dərinləşdirilməsi ilə böyük bazarlar əldə edə bilər. Bu investisiya bazarlarının mövcudluğu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə müsbət təsirlər göstərə bilər" - Elşad Məmmədov fikirlərini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/10/464673471_0:0:798:599_1920x0_80_0_0_2e29d01f7a112bf5adb1165e487e32cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
belarus, professor, elşad məmmədov
belarus, professor, elşad məmmədov
Azərbaycanla Belarus əməkdaşlığının hansı perspektivləri var?
Professor Elşad Məmmədovun sözlərinə görə, Belarus gübrə təminatı nöqteyi nəzərindən ölkəmizin kənd təsərrüfatı sektorunun inkişafına öz töhfələrini verə bilər.
BAKI, 16 may — Sputnik. Azərbaycanla Belarus arasında ikitərəfli iqtisadi münasibətlərin dərinləşməsi tərəflərin iqtisadi inkişaf və artım göstəricilərinin təmin edilməsi üçün önəmlidir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyib.
Professorun sözlərinə görə, Azərbaycanda bu gün qeyri-neft, xammal sektorunun inkişafına dair çağırışlar var:
"Həm daxili bazarın yerli məhsullarla təminatı baxımından, həm də ixracatın şaxələndirilməsi ilə bağlı böyük işlər görülməlidir. Bu baxımdan Belarusla əməkdaşlığımız kənd təsərrüfatı sektorunun inkişafı, emal sektoru ilə bağlı olduqca böyük önəm kəsb edə bilər. Belarus kifayət qədər yüksək texnoloji tutumlu kənd təsərrüfatı aqrar sənaye istehsal imkanlarına malik olan dövlətdir. Belarus iqtisadiyyatı kifayət qədər çoxşaxəli texnoloji tutumludur. Eyni zamanda Belarus gübrə təminatı nöqteyi nəzərindən ölkəmizin kənd təsərrüfatı sektorunun inkişafına öz töhfələrini verə bilər".
Ekspert əlavə edib ki, Azərbaycanın Belarusa verə biləcəyi töhfə yanacaq enerji sektoru ilə bağlıdır.
"Belarus iqtisadiyyatının enerji daşıyıcıları idxalından asılılığı və sənaye sektorunun inkişafı nöqteyi nəzərindən enerji daşıyıcılara olan tələbatı şübhəsiz ki, Azərbaycanla əməkdaşlıq perspektivlərini bu ölkə üçün artırmış olur. Məhz texnoloji əməkdaşlığın dərinləşməsi bizim iqtisadi əməkdaşlığımızın mərkəzində olmalıdır. Çünki hər iki ölkənin böyük investisiya potensialı var. Hər iki ölkə Avrasiya iqtisadi məkanında müvafiq əməkdaşlığın dərinləşdirilməsi ilə böyük bazarlar əldə edə bilər. Bu investisiya bazarlarının mövcudluğu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə müsbət təsirlər göstərə bilər" - Elşad Məmmədov fikirlərini yekunlaşdırıb.