https://sputnik.az/20240516/azerbaycan-ehalisinin-sayi-bu-qederdir---statistika-463936702.html
Azərbaycanın demoqrafik göstəriciləri açıqlandı: ölüm, artım, evlənmə və boşanma
Azərbaycanın demoqrafik göstəriciləri açıqlandı: ölüm, artım, evlənmə və boşanma
Sputnik Azərbaycan
Bu ilin yanvar-mart aylarında ölkədə 15645 ölüm halı qeydə alınıb. 16.05.2024, Sputnik Azərbaycan
2024-05-16T16:33+0400
2024-05-16T16:33+0400
2024-05-16T15:17+0400
əhali
cəmiyyət
say
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42397/43/423974381_0:0:2000:1125_1920x0_80_0_0_564bba0b2b343aa319b66d73ce7f0db8.jpg
BAKI, 16 may — Sputnik. Ölkə əhalisinin sayı ilin əvvəlindən 9016 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10189786 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Bu il aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 2,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb. 10 mindən çox nikah, 5000-dən çox boşanma qeydə alınıbƏdliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10081 nikah və 5124 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,0-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb. Nikah səviyyəsi Qarabağ (5,0), Şərqi Zəngəzur (4,9), Mil-Muğan (4,7), Qazax-Tovuz və Lənkəran-Astara (4,5), Mərkəzi Aran (4,4), Gəncə-Daşkəsən (4,2) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.15 mindən çox ölüm qeydə alınıb Bu ilin yanvar-mart aylarında ölkədə 15645 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,7-dən 6,2-yə düşüb. 828 əkiz, 39 üçəm doğulub Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24526 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,7-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,3 faiz olub. Körpələrdən 828-i əkiz, 39-u isə üçəm doğulub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Şərqi Zəngəzur (12,1), Dağlıq Şirvan və Qarabağ (11,6), Lənkəran-Astara (11,4), Mil-Muğan (11,1), Mərkəzi Aran (10,9), Quba-Xaçmaz (10,7), Qazax-Tovuz və Şirvan-Salyan (10,6) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.15.04.24, 22:35Azərbaycan əhalisinin sayı bu qədərdirÖlkə əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10187539 nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Bu ilin ilk iki ayında Azərbaycanda 10395 ölüm halı qeydə alınıb. Qeyd olunub ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,8-dən 6,2-yə düşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42397/43/423974381_185:0:1958:1330_1920x0_80_0_0_e6ac0a264aa07d5ff837b72236999678.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əhali, say, azərbaycan
Azərbaycanın demoqrafik göstəriciləri açıqlandı: ölüm, artım, evlənmə və boşanma
Bu ilin yanvar-mart aylarında ölkədə 15645 ölüm halı qeydə alınıb.
BAKI, 16 may — Sputnik. Ölkə əhalisinin sayı ilin əvvəlindən 9016 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10189786 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu il aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 2,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.
10 mindən çox nikah, 5000-dən çox boşanma qeydə alınıb
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10081 nikah və 5124 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,0-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb. Nikah səviyyəsi Qarabağ (5,0), Şərqi Zəngəzur (4,9), Mil-Muğan (4,7), Qazax-Tovuz və Lənkəran-Astara (4,5), Mərkəzi Aran (4,4), Gəncə-Daşkəsən (4,2) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
15 mindən çox ölüm qeydə alınıb
Bu ilin yanvar-mart aylarında ölkədə 15645 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,7-dən 6,2-yə düşüb.
828 əkiz, 39 üçəm doğulub
Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24526 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,7-yə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,3 faiz olub. Körpələrdən 828-i əkiz, 39-u isə üçəm doğulub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Şərqi Zəngəzur (12,1), Dağlıq Şirvan və Qarabağ (11,6), Lənkəran-Astara (11,4), Mil-Muğan (11,1), Mərkəzi Aran (10,9), Quba-Xaçmaz (10,7), Qazax-Tovuz və Şirvan-Salyan (10,6) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
Azərbaycan əhalisinin sayı bu qədərdir
Ölkə əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10187539 nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin ilk iki ayında Azərbaycanda 10395 ölüm halı qeydə alınıb.
Qeyd olunub ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,8-dən 6,2-yə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.