https://sputnik.az/20240515/tibb-muessiselerinin-akkreditasiyasi-ve-keyfiyyete-nezaret-merkezi-yaradilir-464652424.html
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır
Sputnik Azərbaycan
Dövlət başçısının imzaladığı sənədə əsasən, Səhiyyə Nazirliyinin tabeliyində "Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi" publik hüquqi... 15.05.2024, Sputnik Azərbaycan
2024-05-15T20:37+0400
2024-05-15T20:37+0400
2024-05-15T20:37+0400
tibb
səhiyyə
müəssisə
keyfiyyət
nəzarət
mərkəz
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460841242_0:131:3072:1859_1920x0_80_0_0_d3185965b927125ae220e8ec18021998.jpg
BAKI, 15 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması barədə Fərman imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Səhiyyə Nazirliyinin tabeliyində "Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi" publik hüquqi şəxs yaradılacaq. Fərmana əsasən, Mərkəzin "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs olması müəyyən edilib. Mərkəzin təsisçisinin səlahiyyətləri Azərbaycan Prezidentinə verilib. Fərmana əsasən, Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tibb müəssisələrinin akkreditasiyası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir. Bundan başqa, Nazirlər Kabineti iki ay müddətində Mərkəzin nizamnaməsini təsdiq edib Prezidentə məlumat verməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460841242_54:0:2785:2048_1920x0_80_0_0_8f6d916936e98eff45e5c3079ccbff78.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tibb, müəssisə, keyfiyyət, nəzarət, mərkəz, azərbaycan
tibb, müəssisə, keyfiyyət, nəzarət, mərkəz, azərbaycan
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır
Dövlət başçısının imzaladığı sənədə əsasən, Səhiyyə Nazirliyinin tabeliyində "Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi" publik hüquqi şəxs yaradılacaq.
BAKI, 15 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması barədə Fərman imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, Səhiyyə Nazirliyinin tabeliyində "Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi" publik hüquqi şəxs yaradılacaq.
Fərmana əsasən, Mərkəzin "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs olması müəyyən edilib.
Mərkəzin təsisçisinin səlahiyyətləri Azərbaycan Prezidentinə verilib.
Fərmana əsasən, Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tibb müəssisələrinin akkreditasiyası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Bundan başqa, Nazirlər Kabineti iki ay müddətində Mərkəzin nizamnaməsini təsdiq edib Prezidentə məlumat verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.