SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sülhə doğru addım: Moskvadan XİN rəhbərlərinin Almatı görüşünə reaksiya

© Photo : X / MFA Azerbaijan Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi deyib ki, Moskva Qazaxıstanın bu istiqamətdə səylərini dəstəkləyir və lazım gələrsə, tərəfdaşlara kömək etməyə hazırdır.
BAKI, 15 may — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Almatıda keçirilmiş görüşü Cənubi Qafqazda davamlı sülh və rifahın əldə edilməsi istiqamətində növbəti addımdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Moskva Qazaxıstanın bu istiqamətdə səylərini dəstəkləyir və lazım gələrsə, tərəfdaşlara kömək etməyə hazırdır" - Zaxarova brifinq zamanı deyib.

O, təmasların Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderləri arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin "yol xəritəsini" müəyyən edən sazişlər toplusuna uyğun olmasının vacibliyini qeyd edib.
© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Официальный представитель Министерства иностранных дел России Мария Захарова - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova

"Mən mayın 8-də Rusiya və Ermənistan başçıları arasında keçirilən görüşlə bağlı çoxlu sayda spekulyasiyalar görürəm. Rusiya tərəfinin guya Ermənistan ərazisindən öz sərhədçilərini tamamilə çıxarması ilə bağlı şaiyələr həqiqətə uyğun deyil" - Zaxarova vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Rusiya Federasiyası və Ermənistan liderləri arasında aparılan danışıqlarda Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd olan bir sıra rayonlarından çıxarılması, əvvəllər qoyulmuş tapşırıqların həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0