Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Slovakiya XİN Fitsoya dəstəyinə görə İlham Əliyevə təşəkkür edib

İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Abunə olmaq
XİN Azərbaycan Prezidentinin Slovakiya Baş naziri Robert Fitsoya silahlı hücumu pislədiyi paylaşıma cavab verərək bu dəstəyi yüksək qiymətləndirib.
BAKI, 16 may — Sputnik. Slovakiya Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
XİN Azərbaycan Prezidentinin Slovakiya Baş naziri Robert Fitsoya silahlı hücumu pislədiyi paylaşıma cavab verərək bu dəstəyi yüksək qiymətləndirib.

"Cənab Prezident, şəfqət dolu sözlərinizə və dəstəyinizə görə təşəkkür edirik" - paylaşımda bildirilib.

Xatırladaq ki, ötən gün Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. Prezident İlham Əliyev həmin gün bu sui-qəsd cəhdini öz “X” səhifəsində pisləyib.
“Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram”, dövlət başçısı qeyd edib.
15.05.24, 19:51
İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdlə bağlı paylaşım edib. Dövlət başçısı “X” səhifəsindəki paylaşımda bildirib:

“Baş nazir Robert Fitsoya edilən sui-qəsddən təəccübləndim və dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram. Mənim fikrim Baş nazir Fitso, onun ailəsi və slovak xalqının yanındadır. Ona tezliklə sağalmağı arzulayıram”.

15.05.24, 17:44
Slovakiyanın baş naziri Robert Fitso silahlı hücum zamanı yaralanıb. Bu barədə Slovakiyanın "Pravda" nəşri xəbər verir. Yerli KİV hücum edən şəxsin saxlanıldığını bildirir.
"Robert Fitsoo hökumətin səyyar iclasından sonra yaralanıb. Hücum edən şəxs bir neçə dəfə atəş açıb, o, polis tərəfindən saxlanılıb", məlumatda deyilir.
"Pravda" nəşri xəbər verir ki, güllə yarası alan Slovakiyanın baş naziri Robert Fitso helikopterlə xəstəxanaya çatdırılır.
"Şahidlərin dediyinə görə, Fitso bir neçə atəş açıldıqdan sonra yerə yıxılıb. Baş nazir vertolyotla Bratislava xəstəxanasına aparılıb".
Fitsoya sui-qəsd cəhdi hökumətin Qandlova şəhərində keçirilən iclasından sonra baş verib. bu şəhərin Bratislava ilə məsafəsi 190 km-dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0