Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Neçə bağça isti yeməklə təmin olunur? Rəsmi açıqlama

Bağça  - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Abunə olmaq
Cavabda məktəbəqədər təhsil müəssisələrinin əhatə dairəsinin genişləndirilməsinin də əsas hədəflərdən olduğu bildirilib.
BAKI, 15 may — Sputnik. "Pilot layihə olaraq Bərdə, Mingəçevir, Gəncə və Bakı şəhərinin 4 rayonu (Nərimanov, Səbail, Nizami, Binəqədi) üzrə 195 məktəbəqədər təhsil müəssisəsi qablaşdırılmış hazır isti qida ilə təmin olunur". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, uşaqların qidalanması Nazirlər Kabinetinin qərarına əsasən tənzimlənir.
Cavabda məktəbəqədər təhsil müəssisələrinin əhatə dairəsinin genişləndirilməsinin də əsas hədəflərdən olduğu bildirilib.
"Məqsəd daha çox uşağın belə müəssisələrə cəlb edilməsidir. Bununla bağlı ölkə ərazisində alternativ bağça modeli tətbiq edilir" - məlumatda bildirilir.
Həmçinin qeyd olunub ki, bağçalara qəbul www.bq.edu.az saytı üzərindən həyata keçirilir. Valideynlər il boyu aktiv olan bu platformaya daxil olmaqla müəssisələrdə növbəyə yazıla bilirlər. Elektron qeydiyyat sistemi yalnız komplektasiya dövründə deaktiv olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0