https://sputnik.az/20240515/merkezi-bank-dovriyyede-olan-odenis-kartlarinin-sayi-22-faizden-cox-artib-464620238.html
Mərkəzi Bank: Dövriyyədə olan ödəniş kartlarının sayı 22 faizdən çox artıb
Mərkəzi Bank: Dövriyyədə olan ödəniş kartlarının sayı 22 faizdən çox artıb
Sputnik Azərbaycan
Mərkəzi Bankın sədrinin birinci müavini bildirib ki, statistik rəqəmlərdən də göründüyü kimi, əhalinin vərdişlərinin dəyişməsi rəqəmsal ödəniş xidmətlərindən... 15.05.2024, Sputnik Azərbaycan
2024-05-15T12:02+0400
2024-05-15T12:02+0400
2024-05-15T12:10+0400
mərkəzi bank
iqtisadiyyat
maliyyə
texnologiyalar
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_0:286:3011:1980_1920x0_80_0_0_70fa857dee77906e4ba82e202252cd45.jpg
BAKI, 15 may — Sputnik. "Rəqəmsallaşma və fintekslərin daha aktiv fəaliyyəti xüsusilə ödəniş xidmətləri sahəsində müşahidə olunmaqdadır". Bunu Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən "Fintex Sammit 2024" tədbirində deyib. O qeyd edib ki, nağdsız ödənişlərin istifadəsində də yüksək artım templəri nəzərə çarpacaq dərəcədə müşahidə edilir:İcraçı direktor: Azərbaycanda finteks sənayesini inkişaf etdirəcəyik İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri icraçı direktoru Vüsal Qasımlı bildirib ki, qlobal fintex bazarının həcmi ötən il 300 milyard dollara yaxın olub. Cari ildə bu rəqəm 340 milyard dolları ötəcək. Qeyd edək ki, Bakıda "Bank və maliyyə ekosistemində yeni trendlər: İnnovativ həllər, fintex və təhlükəsizlik" mövzusunda fintex sammiti keçirilir. Sammit Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə keçirilir. Sammit bütün maraqlı tərəflərin biraraya gələrək yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullarını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu bir platforma olaraq özünü sübut edib. Tədbirdə müzakirələr 8 panel çərçivəsində aparılacaq, müxtəlif ölkələrdən 45 məruzəçi, 300-ə yaxın tərəfdaş və iştirakçı şirkət, 1500 yerli və xarici iştirakçı sammitə qatılıb. Maliyyə və texnologiya sammiti maliyyə texnologiyaları, rəqəmsallaşdırma, ödəniş ekosistemləri sahəsində fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_164:0:2895:2048_1920x0_80_0_0_59c26546f7c11b2d7ea6073d6ee28b51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mərkəzi bank, maliyyə, texnologiyalar
mərkəzi bank, maliyyə, texnologiyalar
Mərkəzi Bank: Dövriyyədə olan ödəniş kartlarının sayı 22 faizdən çox artıb
12:02 15.05.2024 (Yenilənib: 12:10 15.05.2024) Mərkəzi Bankın sədrinin birinci müavini bildirib ki, statistik rəqəmlərdən də göründüyü kimi, əhalinin vərdişlərinin dəyişməsi rəqəmsal ödəniş xidmətlərindən istifadəni artırıb.
BAKI, 15 may — Sputnik. "Rəqəmsallaşma və fintekslərin daha aktiv fəaliyyəti xüsusilə ödəniş xidmətləri sahəsində müşahidə olunmaqdadır".
Bunu Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən "Fintex Sammit 2024" tədbirində deyib.
O qeyd edib ki, nağdsız ödənişlərin istifadəsində də yüksək artım templəri nəzərə çarpacaq dərəcədə müşahidə edilir:
"Belə ki, aprelin 1-nə olan məlumata görə, dövriyyədə olan ödəniş kartlarının sayı 22 faizdən çox artaraq 17,4 milyon ədəd olub, kartlarla aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 80 faizdən çox artaraq 16 milyard manatı ötüb. Ölkədaxili nağd ödənişlərdə nağdsız dövriyyənin xüsusi çəkisi 11 faizə yaxın artıb. Statistik rəqəmlərdən də göründüyü kimi, əhalinin vərdişlərinin dəyişməsi rəqəmsal ödəniş xidmətlərindən istifadəni artırıb".
İcraçı direktor: Azərbaycanda finteks sənayesini inkişaf etdirəcəyik
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri icraçı direktoru Vüsal Qasımlı bildirib ki, qlobal fintex bazarının həcmi ötən il 300 milyard dollara yaxın olub. Cari ildə bu rəqəm 340 milyard dolları ötəcək.
"Milyard dolları aşan fintekslər əsasən ABŞ, Britaniya, Hindistan və Çindədir. 2024-2028-ci illərdə finteks strategiyası ilə bağlı məsələlər müzakirə olunmaqdadır. Strategiya qəbul olunanda biz hədəfləri müəyyənləşdiririk. İnanıram ki, Azərbaycanda çox uğurlu şəkildə finteks sənayesini inkişaf etdirəcəyik. Bunun üçün ölkəmizdə bütün lazımi şərait yaradılıb" - V.Qasımlı qeyd edib.
Qeyd edək ki, Bakıda "Bank və maliyyə ekosistemində yeni trendlər: İnnovativ həllər, fintex və təhlükəsizlik" mövzusunda fintex sammiti keçirilir.
Sammit Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə keçirilir.
Sammit bütün maraqlı tərəflərin biraraya gələrək yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullarını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu bir platforma olaraq özünü sübut edib.
Tədbirdə müzakirələr 8 panel çərçivəsində aparılacaq, müxtəlif ölkələrdən 45 məruzəçi, 300-ə yaxın tərəfdaş və iştirakçı şirkət, 1500 yerli və xarici iştirakçı sammitə qatılıb.
Maliyyə və texnologiya sammiti maliyyə texnologiyaları, rəqəmsallaşdırma, ödəniş ekosistemləri sahəsində fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.