CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ləğv prosesində olan "Günaybank" ASC-nin qorunan əmanətçilərinə müraciət edilib

© Photo : TRENDmanat
manat - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Abunə olmaq
Ötən ilin iyun ayının 19-dan cari ilin may ayının 14-dək "Günaybank" ASC-nin 2200 əmanətçisinə 34248697 manat ekvivalentində kompensasiya ödənişi həyata keçirilib.
BAKI, 15 may — Sputnik. Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Günaybank" ASC-nin qorunan əmanətçilərinə müraciət edib.
Fonddan verilən məlumata görə, "Günaybank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinin yeri və vaxtı haqqında məlumat verilməsinə dair ilk bildiriş 26.05.2023-cü il tarixdə KİV-lərdə dərc edilib.
"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun tələblərinə əsasən "Günaybank" ASC-nin qorunan əmanətçiləri üçün bu müddət 26.05.2024-cü il tarixdə bitir.

"Kompensasiyaların ödənilməsi "Bank Respublika" ASC vasitəsilə həyata keçirilir. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə sözügedən bir il müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Ötən ilin iyun ayının 19-dan cari ilin may ayının 14-dək "Günaybank" ASC-nin 2200 əmanətçisinə 34248697 manat ekvivalentində (ümumi kompensasiya öhdəliyinin 97,45 faizi) kompensasiya ödənişi həyata keçirilib", fondun məlumatından bildirilir.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli qərarı ilə "Günaybank" ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0