https://sputnik.az/20240515/azerbaycanin-regionlarinda-da-belarus-magazalari-acilacaq---bas-nazirin-muavini-464628432.html
Azərbaycanın regionlarında da Belarus mağazaları açılacaq - Baş nazirin müavini
Azərbaycanın regionlarında da Belarus mağazaları açılacaq - Baş nazirin müavini
Sputnik Azərbaycan
Belarusun Baş nazirinin müavini bildirib ki, Belarus Azərbaycana kənd təsərrüfatında geniş tətbiq olunan traktorlar ixrac edir. Azərbaycanın kənd... 15.05.2024, Sputnik Azərbaycan
2024-05-15T12:45+0400
2024-05-15T12:45+0400
2024-05-15T13:05+0400
azərbaycan
iqtisadiyyat
belarus
sərgi
məhsul
avrasiya iqtisadi ittifaqı
mağaza
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0f/464628265_0:0:922:520_1920x0_80_0_0_b5845e26adbba832a5b2f08f0937d30f.jpg
BAKI, 15 may — Sputnik. Belarus ilə Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələri var. Azərbaycan Belarusa keyfiyyətli meyvə-tərəvəz və zeytun yağı ixrac edir və bu məhsullar əhali tərəfindən rəğbətlə qarşılanır. Bu sözləri Belarusun Baş nazirinin müavini İqor Petroşenko 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində deyib. O bildirib ki, sərgidə Belarusun kənd təsərrüfatının bütün sahələrini təmsil edən 42 şirkət iştirak edir:O bildirib ki, yaxın gələcəkdə Azərbaycanın regionlarında da Belarus mağazalarının açılması istiqamətində Azərbaycanın müvafiq qurumları ilə razılaşma əldə etmişik. İqor Petroşenko yeni mağazaların açılışında iştirak etmək üçün bir daha Bakıya gələcəyini vurğulayıb. Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artır Qeyd edək ki, Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqının üzvü olan Belarus arasında ticarət dövriyyəsində artım müşahidə edilir. Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 104,5 milyon dollar olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,4 faiz çoxdur. Hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 9,5 milyon dollar təşkil edib. Azərbaycanın Belarusdan idxalı isə 95 milyon dollar təşkil edib. Xatırladaq ki, keçən ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib ki, 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. 2022-ci ildə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Avrasiya İqtisadi İttifaqı 2014-cü ildə yaradılıb. Quruma Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0f/464628265_20:0:860:630_1920x0_80_0_0_b410f68b6a93f7f908e8b1126bcd81ea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, belarus, sərgi, məhsul, avrasiya iqtisadi ittifaqı, mağaza
azərbaycan, belarus, sərgi, məhsul, avrasiya iqtisadi ittifaqı, mağaza
Azərbaycanın regionlarında da Belarus mağazaları açılacaq - Baş nazirin müavini
12:45 15.05.2024 (Yenilənib: 13:05 15.05.2024) Belarusun Baş nazirinin müavini bildirib ki, Belarus Azərbaycana kənd təsərrüfatında geniş tətbiq olunan traktorlar ixrac edir. Azərbaycanın kənd təsərrüfatında istifadə etdiyi traktorların 70 faizi Belarus istehsalıdır.
BAKI, 15 may — Sputnik. Belarus ilə Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələri var. Azərbaycan Belarusa keyfiyyətli meyvə-tərəvəz və zeytun yağı ixrac edir və bu məhsullar əhali tərəfindən rəğbətlə qarşılanır.
Bu sözləri Belarusun Baş nazirinin müavini İqor Petroşenko 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində deyib.
O bildirib ki, sərgidə Belarusun kənd təsərrüfatının bütün sahələrini təmsil edən 42 şirkət iştirak edir:
"Bunlar bitkiçilik, heyvandarlıq, baytarlıq, kənd təsərrüfatı texnikaları istehsal edən şirkətlərdir. Belarus Azərbaycana kənd təsərrüfatında geniş tətbiq olunan traktorlar ixrac edir. Azərbaycanın kənd təsərrüfatında istifadə etdiyi traktorların 70 faizi Belarus istehsalıdır. Belarus Azərbaycana daha çox ət və ət məhsulları, süd və süd məhsulları ixrac edir. Bakıda Belarus brendi ilə 6 mağaza fəaliyyət göstərir. Bu mağazalarda satılan ət və süd məhsulları yerli əhali tərəfindən məmnuniyyətlə alınır".
O bildirib ki, yaxın gələcəkdə Azərbaycanın regionlarında da Belarus mağazalarının açılması istiqamətində Azərbaycanın müvafiq qurumları ilə razılaşma əldə etmişik. İqor Petroşenko yeni mağazaların açılışında iştirak etmək üçün bir daha Bakıya gələcəyini vurğulayıb.
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artır
Qeyd edək ki, Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqının üzvü olan Belarus arasında ticarət dövriyyəsində artım müşahidə edilir. Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 104,5 milyon dollar olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,4 faiz çoxdur. Hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 9,5 milyon dollar təşkil edib. Azərbaycanın Belarusdan idxalı isə 95 milyon dollar təşkil edib.
Xatırladaq ki, keçən ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib ki, 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. 2022-ci ildə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük.
Avrasiya İqtisadi İttifaqı 2014-cü ildə yaradılıb. Quruma Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.