https://sputnik.az/20240515/azerbaycanin-dovlet-budcesine-yeniden-baxila-biler-gelirler-proqnozlasdirilandan-artiqdir-464608391.html
Azərbaycanın dövlət büdcəsinə yenidən baxıla bilər: Gəlirlər proqnozlaşdırılandan artıqdır
Azərbaycanın dövlət büdcəsinə yenidən baxıla bilər: Gəlirlər proqnozlaşdırılandan artıqdır
Sputnik Azərbaycan
DSK bəyan edib ki, 2024-cü ildə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. 15.05.2024, Sputnik Azərbaycan
2024-05-15T09:03+0400
2024-05-15T09:03+0400
2024-05-15T12:10+0400
büdcə
iqtisadiyyat
dövlət büdcəsi
vüqar bayramov
samir şərifov
maliyyə naziri samir şərifov
profisit
büdcə proqnozları
https://cdnn1.img.sputnik.az/img/41093/04/410930448_0:0:2000:1125_1920x0_80_0_0_15765d0f4375dd53c7509ac7fa1f85c8.jpg
BAKI, 15 may — Sputnik. 2024-cü ilin birinci rübün yekunları göstərir ki, dövlət büdcəsində profisit var. Dövlət büdcəsinin gəlir və xərclərində proqnoza nisbətən artımlar qeydə alınıb. Bütün bunlar dövlət büdcəsinə yenidən baxılmanı mümkün edir.Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a cari ilin dövlət büdcəsinə yenidən baxılma ehtimalından danışarkən deyib."Hökumətdəki qiymətləndirmədən sonra bu istiqamətdə qərarlar veriləcək. Mövcud fiskal gəlirlərimizdə artımlar büdcəyə yenidən baxılmasını istisna etmir" - deputat deyib. "Sosial istiqamətdə daha çox vəsaitin ayrılmasını təklif edəcəyik" Bayramov bildirib ki, işğaldan azad edilən ərazilərin bərpası və yenidənqurulması, müdafiə və təhlükəsizliyin daha da gücləndirilməsi və sosial təminat prioritet istiqamətlər ola bilər: "Biz sosial istiqamətdə daha çox vəsaitin ayrılmasını təklif edəcəyik. Büdcəyə yenidən baxılma ilə bağlı xüsusi qərar verilsə, yeniləşmiş büdcədə istiqamətlər üzrə müzakirələrin aparılması və prioritet istiqamətlərə daha çox vəsaitin ayrılması mümkün ola bilər". Deputat onu da qeyd edib ki, dövlət büdcəsinə yenidən baxılması hökumətdə aparılan qiymətləndirmədən sonra bəlli olur: "May ayının 15-dən tez olmayaraq və oktyabrın 15-dən gec olmayaraq dövlət büdcəsinə yenidən baxılması və dəyişdirilməsi mümkündür". Dövlət büdcəsində profisit yaranıb Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,2 milyard manat, xərcləri isə 8,4 milyard manat olub. Bu o deməkdir ki, 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Bazarda neftin qiyməti büdcə proqnozlarına daxil ediləndən yüksəkdir Xatırladaq ki, bundan öncə maliyyə naziri Samir Şərifov deyib ki, bu ilin dövlət büdcəsinin proqnozlarına ilin ortalarında yenidən baxıla bilər, çünki ötən dövrün nəticələri pis deyil: "Bazarda neftin qiyməti büdcə proqnozlarına daxil ediləndən yüksəkdir. Bildiyiniz kimi, bu il Azərbaycanın dövlət büdcəsində neftin bir bareli 60 dollar səviyyəsində müəyyən edilib. Bizim neftlə yanaşı, qazdan da gəlirimiz var". "Bu gün müəyyən hesablamalar aparılır. Həmişə olduğu kimi, əlavə gəlir olanda və onlardan makroiqtisadi sabitliyə xələl gətirmədən layihələr üçün istifadə etmək imkanı yarananda orta müddətli, makrofiskal dayanıqlığa əngəl törətməməklə müvafiq səviyyədə qərar veriləcək", nazir əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41093/04/410930448_188:0:1965:1333_1920x0_80_0_0_1b89ca1f2b51063782287c529255b875.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
büdcə, dövlət büdcəsi, vüqar bayramov, samir şərifov, maliyyə naziri samir şərifov, profisit, büdcə proqnozları
büdcə, dövlət büdcəsi, vüqar bayramov, samir şərifov, maliyyə naziri samir şərifov, profisit, büdcə proqnozları
Azərbaycanın dövlət büdcəsinə yenidən baxıla bilər: Gəlirlər proqnozlaşdırılandan artıqdır
09:03 15.05.2024 (Yenilənib: 12:10 15.05.2024) DSK bəyan edib ki, 2024-cü ildə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
BAKI, 15 may — Sputnik. 2024-cü ilin birinci rübün yekunları göstərir ki, dövlət büdcəsində profisit var. Dövlət büdcəsinin gəlir və xərclərində proqnoza nisbətən artımlar qeydə alınıb. Bütün bunlar dövlət büdcəsinə yenidən baxılmanı mümkün edir.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a cari ilin dövlət büdcəsinə yenidən baxılma ehtimalından danışarkən deyib.
"Hökumətdəki qiymətləndirmədən sonra bu istiqamətdə qərarlar veriləcək. Mövcud fiskal gəlirlərimizdə artımlar büdcəyə yenidən baxılmasını istisna etmir" - deputat deyib.
"Sosial istiqamətdə daha çox vəsaitin ayrılmasını təklif edəcəyik"
Bayramov bildirib ki, işğaldan azad edilən ərazilərin bərpası və yenidənqurulması, müdafiə və təhlükəsizliyin daha da gücləndirilməsi və sosial təminat prioritet istiqamətlər ola bilər: "Biz sosial istiqamətdə daha çox vəsaitin ayrılmasını təklif edəcəyik. Büdcəyə yenidən baxılma ilə bağlı xüsusi qərar verilsə, yeniləşmiş büdcədə istiqamətlər üzrə müzakirələrin aparılması və prioritet istiqamətlərə daha çox vəsaitin ayrılması mümkün ola bilər".
Deputat onu da qeyd edib ki, dövlət büdcəsinə yenidən baxılması hökumətdə aparılan qiymətləndirmədən sonra bəlli olur:
"May ayının 15-dən tez olmayaraq və oktyabrın 15-dən gec olmayaraq dövlət büdcəsinə yenidən baxılması və dəyişdirilməsi mümkündür".
Dövlət büdcəsində profisit yaranıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,2 milyard manat, xərcləri isə 8,4 milyard manat olub. Bu o deməkdir ki, 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Bazarda neftin qiyməti büdcə proqnozlarına daxil ediləndən yüksəkdir
Xatırladaq ki, bundan öncə maliyyə naziri Samir Şərifov deyib ki, bu ilin dövlət büdcəsinin proqnozlarına ilin ortalarında yenidən baxıla bilər, çünki ötən dövrün nəticələri pis deyil:
"Bazarda neftin qiyməti büdcə proqnozlarına daxil ediləndən yüksəkdir. Bildiyiniz kimi, bu il Azərbaycanın dövlət büdcəsində neftin bir bareli 60 dollar səviyyəsində müəyyən edilib. Bizim neftlə yanaşı, qazdan da gəlirimiz var".
"Bu gün müəyyən hesablamalar aparılır. Həmişə olduğu kimi, əlavə gəlir olanda və onlardan makroiqtisadi sabitliyə xələl gətirmədən layihələr üçün istifadə etmək imkanı yarananda orta müddətli, makrofiskal dayanıqlığa əngəl törətməməklə müvafiq səviyyədə qərar veriləcək", nazir əlavə edib.