Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda nə qədər yeni müəssisə yaradılıb?

Abunə olmaq
Azərbaycanda yeni müəssisələrin 90%-dən çoxu yerli investisiyalar hesabına yaradılıb. Ölkədə nə qədər şirkətin fəaliyyət göstərdiyi barədə ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
BAKI, 15 may — Sputnik. Azərbaycanda ilin əvvəlindən yeni kommersiya subyektlərinin sayı artıb. 2024-cü ilin yanvar-mart aylarının yekunlarına əsasən, 2825 yeni müəssisə qeydiyyata alınıb.
Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 2544-ü və ya 90,1%-i yerli, 281-i və ya 9,9%-i xarici investisiyalar hesabına yaradılıb.
Qeyd edək ki, 2023-cü ilin yekunlarına əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 147 müəssisə və təşkilat, 2662 fərdi sahibkarlıq subyekti yaradılıb.
Onu da əlavə edək ki, bu ilin yanvar-mart aylarının yekunlarına görə, Azərbaycan iqtisadiyyatına 3,8 milyard manat investisiya yönəldilib ki, bu da illik müqayisədə 4% çoxdur.
Xəbər lenti
0