https://sputnik.az/20240515/azerbaycan-ve-ran-arasinda-tibb-tehsili-sahesinde-emekdasliq-muzakire-olunub---foto-464651407.html
Azərbaycan və İran arasında tibb təhsili sahəsində əməkdaşlıq müzakirə olunub - FOTO
Azərbaycan və İran arasında tibb təhsili sahəsində əməkdaşlıq müzakirə olunub - FOTO
Sputnik Azərbaycan
Görüşdə iki ölkənin universitetləri arasında ikili diplomların tanınması ilə bağlı prosedurların inkişafı haqqında ətraflı fikir mübadiləsi aparılıb. 15.05.2024, Sputnik Azərbaycan
2024-05-15T18:57+0400
2024-05-15T18:57+0400
2024-05-15T18:57+0400
iran
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0f/464651073_0:0:960:540_1920x0_80_0_0_ae90beb0763c645cc9ece6acc541cdcf.jpg
BAKI, 15 may — Sputnik. İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşdə iki ölkə arasında tibb təhsili sahəsində mövcud durum və əməkdaşlıq məsələləri müzakirə olunub. Rektor G.Gəraybəyli qonağa ölkənin ən qocaman ali məktəblərindən biri olan ATU-da həyata keçirilən islahatlar, təhsil sistemində tətbiq olunan yeniliklər haqqında məlumat verib. Üç ixtisas üzrə tədris proqramlarının beynəlxalq akkreditasiyanı əldə etdikdən sonra dünyanın daha çox ölkələrindən ATU-ya marağın artdığını qeyd edib. Rektor əcnəbi tələbə sayına görə Azərbaycanda ilk yerdə olan ATU-nun xarici tələbələri arasında İran İslam Respublikasından olanların da kifayət qədər təmsil olunduğunu bildirib. G.Gəraybəyli iki ölkə arasında bütün sahələrdə olduğu kimi tibb təhsili istiqamətində də münasibətlərin gücləndirilməsi üçün əhəmiyyətli addımlar atılacağından əminliyini vurğulayıb. Səfir Seyid Abbas Musəvi artıq ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatdığını bildirərək, bu dövrdəki əməkdaşlığa görə universitet rəhbərliyinə təşəkkür edib. O, iranlı tələbələrin yaşayışı və təhsili üçün ATU-da yaradılmış şəraitdən razı olduqlarını qeyd edib. Səfir bundan sonra da tibb təhsili sahəsində əlaqələrin və əməkdaşlığın uğurla inkişaf edəcəyindən əminliyini bildirib. Görüşdə iki ölkənin universitetləri arasında ikili diplomların tanınması ilə bağlı prosedurların inkişafı haqqında ətraflı fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0f/464651073_120:0:840:540_1920x0_80_0_0_1445d393a670964553b118729dea2a9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran
Azərbaycan və İran arasında tibb təhsili sahəsində əməkdaşlıq müzakirə olunub - FOTO
Görüşdə iki ölkənin universitetləri arasında ikili diplomların tanınması ilə bağlı prosedurların inkişafı haqqında ətraflı fikir mübadiləsi aparılıb.
BAKI, 15 may — Sputnik. İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşdə iki ölkə arasında tibb təhsili sahəsində mövcud durum və əməkdaşlıq məsələləri müzakirə olunub.
Rektor G.Gəraybəyli qonağa ölkənin ən qocaman ali məktəblərindən biri olan ATU-da həyata keçirilən islahatlar, təhsil sistemində tətbiq olunan yeniliklər haqqında məlumat verib. Üç ixtisas üzrə tədris proqramlarının beynəlxalq akkreditasiyanı əldə etdikdən sonra dünyanın daha çox ölkələrindən ATU-ya marağın artdığını qeyd edib.
Rektor əcnəbi tələbə sayına görə Azərbaycanda ilk yerdə olan ATU-nun xarici tələbələri arasında İran İslam Respublikasından olanların da kifayət qədər təmsil olunduğunu bildirib. G.Gəraybəyli iki ölkə arasında bütün sahələrdə olduğu kimi tibb təhsili istiqamətində də münasibətlərin gücləndirilməsi üçün əhəmiyyətli addımlar atılacağından əminliyini vurğulayıb.
Səfir Seyid Abbas Musəvi artıq ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatdığını bildirərək, bu dövrdəki əməkdaşlığa görə universitet rəhbərliyinə təşəkkür edib. O, iranlı tələbələrin yaşayışı və təhsili üçün ATU-da yaradılmış şəraitdən razı olduqlarını qeyd edib. Səfir bundan sonra da tibb təhsili sahəsində əlaqələrin və əməkdaşlığın uğurla inkişaf edəcəyindən əminliyini bildirib.
Görüşdə iki ölkənin universitetləri arasında ikili diplomların tanınması ilə bağlı prosedurların inkişafı haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.