https://sputnik.az/20240515/azerbaycan-gurcustan-ruminiya-ve-macaristan-nazirlerinin-iclasi-kecirilecek-464632552.html
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nazirlərinin iclası keçiriləcək
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nazirlərinin iclası keçiriləcək
Sputnik Azərbaycan
Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək. 15.05.2024, Sputnik Azərbaycan
2024-05-15T13:51+0400
2024-05-15T13:51+0400
2024-05-15T14:13+0400
iqtisadiyyat
energetika naziri pərviz şahbazov
gürcüstan
səfər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461274176_0:72:3036:1780_1920x0_80_0_0_332b5a0a883f4812929f14fcbb37b50d.jpg
BAKI, 15 may — Sputnik. Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib. Nazir və rəhbərlik etdiyi nümayəndə heyəti 15 may tarixində Tbilisi şəhərində keçiriləcək "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə dörd ölkə nazirlərinin 7-ci iclasında iştirak edəcək. Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək. Qeyd edək ki, bu Sazişə uyğun olaraq, tərəflər əməkdaşlığı hüquq bərabərliyi və qarşılıqlı maraqlar əsasında aşağıdakı sahələr üzrə həyata keçirirlər: Tərəflər qlobal istiləşmə ilə mübarizədə və iqlim dəyişikliklərinin qarşısının alınmasında yaşıl və təmiz enerjinin əhəmiyyətini vurğulayaraq, enerji sistemlərinin təhlükəsizliyinin və təchizatın sabitliyinin artırılması məqsədilə bərpa olunan enerji, enerji səmərəliliyi və yaşıl hidrogen sahələrində qarşılıqlı əməkdaşlığı təşviq edir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461274176_153:0:2884:2048_1920x0_80_0_0_cf07789efd6a7babc8da1b5c874b2095.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
energetika naziri pərviz şahbazov, gürcüstan, səfər, azərbaycan
energetika naziri pərviz şahbazov, gürcüstan, səfər, azərbaycan
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nazirlərinin iclası keçiriləcək
13:51 15.05.2024 (Yenilənib: 14:13 15.05.2024) Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək.
BAKI, 15 may — Sputnik. Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib. Nazir və rəhbərlik etdiyi nümayəndə heyəti 15 may tarixində Tbilisi şəhərində keçiriləcək "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə dörd ölkə nazirlərinin 7-ci iclasında iştirak edəcək.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək.
Qeyd edək ki, bu Sazişə uyğun olaraq, tərəflər əməkdaşlığı hüquq bərabərliyi və qarşılıqlı maraqlar əsasında aşağıdakı sahələr üzrə həyata keçirirlər:
yaşıl və təmiz enerji mənbələrini və enerji səmərəliliyini, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadəni təşviq etmək üçün əməkdaşlığın gücləndirilməsi;
bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin tranzit ötürülməsi və təchizatı sahəsində əməkdaşlıq;
yaşıl hidrogenin istehsalı, nəqli və ticarəti layihələrinin, məlumat və nou-hau mübadiləsi və ümumi maraq doğuran tədqiqat layihələrinin müəyyənləşdirilməsinin dəstəklənməsi;
Tərəflər arasında elektrik enerjisinin təhlükəsiz, etibarlı və fasiləsiz ötürülməsini təmin etmək üçün texniki və kommersiya şərtlərinin, inzibati qaydaların və digər təşkilatı tələblərin müəyyən edilməsi.
Tərəflər qlobal istiləşmə ilə mübarizədə və iqlim dəyişikliklərinin qarşısının alınmasında yaşıl və təmiz enerjinin əhəmiyyətini vurğulayaraq, enerji sistemlərinin təhlükəsizliyinin və təchizatın sabitliyinin artırılması məqsədilə bərpa olunan enerji, enerji səmərəliliyi və yaşıl hidrogen sahələrində qarşılıqlı əməkdaşlığı təşviq edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.