https://sputnik.az/20240515/azerbaycan-belarusun-kend-teserrufati-seherciklerinin-tikintisi-uzre-tecrubesini-oyrenecek-464638222.html
Azərbaycan Belarusun kənd təsərrüfatı şəhərciklərinin tikintisi üzrə təcrübəsini öyrənəcək
Azərbaycan Belarusun kənd təsərrüfatı şəhərciklərinin tikintisi üzrə təcrübəsini öyrənəcək
Sputnik Azərbaycan
Vurğulanıb ki, Azərbaycan nümayəndə heyəti iyunun 4-dən 9-dək Minskdə keçiriləcək "Belaqro" sərgisində iştirak edəcək. 15.05.2024, Sputnik Azərbaycan
2024-05-15T20:01+0400
2024-05-15T20:01+0400
2024-05-15T20:01+0400
azərbaycan
iqtisadiyyat
belarus
şəhərcik
kənd təsərrüfatı
tikinti
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0a/427175381_0:105:1996:1227_1920x0_80_0_0_0c9f789d74944cc7bc5a16eb63c9e167.jpg
BAKI, 15 may — Sputnik. Azərbaycan Belarusun kənd təsərrüfatı şəhərciklərinin tikintisi üzrə təcrübəsini öyrənəcək. BELTA xəbər verir ki, bu barədə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoşun işgüzar səfəri çərçivəsində Bakıda görüş keçirilib:Vurğulanıb ki, Azərbaycan nümayəndə heyəti iyunun 4-dən 9-dək Minskdə keçiriləcək "Belaqro" sərgisində iştirak edəcək. Qeyd edək ki, bu gün Belarusun Baş nazirinin müavini İqor Petroşenko Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində deyib ki, Belarus ilə Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələri var. Azərbaycan Belarusa keyfiyyətli meyvə-tərəvəz və zeytun yağı ixrac edir və bu məhsullar əhali tərəfindən rəğbətlə qarşılanır. O bildirib ki, sərgidə Belarusun kənd təsərrüfatının bütün sahələrini təmsil edən 42 şirkət iştirak edir:"Bunlar bitkiçilik, heyvandarlıq, baytarlıq, kənd təsərrüfatı texnikaları istehsal edən şirkətlərdir. Belarus Azərbaycana kənd təsərrüfatında geniş tətbiq olunan traktorlar ixrac edir. Azərbaycanın kənd təsərrüfatında istifadə etdiyi traktorların 70 faizi Belarus istehsalıdır. Belarus Azərbaycana daha çox ət və ət məhsulları, süd və süd məhsulları ixrac edir. Bakıda Belarus brendi ilə 6 mağaza fəaliyyət göstərir. Bu mağazalarda satılan ət və süd məhsulları yerli əhali tərəfindən məmnuniyyətlə alınır". O bildirib ki, yaxın gələcəkdə Azərbaycanın regionlarında da Belarus mağazalarının açılması istiqamətində Azərbaycanın müvafiq qurumları ilə razılaşma əldə etmişik. İqor Petroşenko yeni mağazaların açılışında iştirak etmək üçün bir daha Bakıya gələcəyini vurğulayıb. Qeyd edək ki, Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsində artım müşahidə edilir. Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 104,5 milyon dollar olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,4 faiz çoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0a/427175381_111:0:1884:1330_1920x0_80_0_0_aec6d5f2085b5869365d9d11b80c949e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, belarus, şəhərcik, kənd təsərrüfatı, tikinti
azərbaycan, belarus, şəhərcik, kənd təsərrüfatı, tikinti
Azərbaycan Belarusun kənd təsərrüfatı şəhərciklərinin tikintisi üzrə təcrübəsini öyrənəcək
Vurğulanıb ki, Azərbaycan nümayəndə heyəti iyunun 4-dən 9-dək Minskdə keçiriləcək "Belaqro" sərgisində iştirak edəcək.
BAKI, 15 may — Sputnik. Azərbaycan Belarusun kənd təsərrüfatı şəhərciklərinin tikintisi üzrə təcrübəsini öyrənəcək. BELTA xəbər verir ki, bu barədə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoşun işgüzar səfəri çərçivəsində Bakıda görüş keçirilib:
"Tərəflər ticari-iqtisadi əməkdaşlığın inkişafı, Belarusun kənd təsərrüfatı şəhərciklərinin tikintisi üzrə təcrübəsinin öyrənilməsi, heyvandarlıq sahəsində qarşılıqlı fəaliyyət, baytarlıq preparatlarının tədarükünün artırılması perspektivlərinin işlənib hazırlanması, habelə bu istiqamətdə birgə istehsalın yaradılması barədə razılığa gəliblər. Bundan əlavə, kənd təsərrüfatı təhsili sahəsində əməkdaşlıqdan danışılıb".
Vurğulanıb ki, Azərbaycan nümayəndə heyəti iyunun 4-dən 9-dək Minskdə keçiriləcək "Belaqro" sərgisində iştirak edəcək.
Qeyd edək ki, bu gün Belarusun Baş nazirinin müavini İqor Petroşenko Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində deyib ki, Belarus ilə Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələri var. Azərbaycan Belarusa keyfiyyətli meyvə-tərəvəz və zeytun yağı ixrac edir və bu məhsullar əhali tərəfindən rəğbətlə qarşılanır.
O bildirib ki, sərgidə Belarusun kənd təsərrüfatının bütün sahələrini təmsil edən 42 şirkət iştirak edir:
"Bunlar bitkiçilik, heyvandarlıq, baytarlıq, kənd təsərrüfatı texnikaları istehsal edən şirkətlərdir. Belarus Azərbaycana kənd təsərrüfatında geniş tətbiq olunan traktorlar ixrac edir. Azərbaycanın kənd təsərrüfatında istifadə etdiyi traktorların 70 faizi Belarus istehsalıdır. Belarus Azərbaycana daha çox ət və ət məhsulları, süd və süd məhsulları ixrac edir. Bakıda Belarus brendi ilə 6 mağaza fəaliyyət göstərir. Bu mağazalarda satılan ət və süd məhsulları yerli əhali tərəfindən məmnuniyyətlə alınır".
O bildirib ki, yaxın gələcəkdə Azərbaycanın regionlarında da Belarus mağazalarının açılması istiqamətində Azərbaycanın müvafiq qurumları ilə razılaşma əldə etmişik. İqor Petroşenko yeni mağazaların açılışında iştirak etmək üçün bir daha Bakıya gələcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsində artım müşahidə edilir. Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 104,5 milyon dollar olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,4 faiz çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.