SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aİ missiyasının mövcudluğu heç bir ölkə tərəfindən məmnunluqla qarşılanmır

© Photo : Twitter / European Union Mission in ArmeniaAİ-nin Ermənistandakı missiyası, arxiv
Aİ-nin Ermənistandakı missiyası, arxiv - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Abunə olmaq
Politoloq qeyd edir ki, Rusiya Ermənistanla münasibətləri erməni xalqının suveren seçiminə hörmət əsasında qurur.
BAKI, 15 may — Sputnik. Avropa İttifaqının (Aİ) missiyası Ermənistanın qonşularına - Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür, açıq-aşkar təxribatçı fəaliyyət göstərir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "News.ru" portalına müsahibəsində deyib.
Qaluzinin sözlərinə görə, uzunmüddətli regional təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışılırsa, qərblilərin bölgəni hərbiləşdirmək, burada Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək planları bunlara heç uyğun gəlmir.
Bəs Rusiya XİN rəhbərinin müavini təxribatçı fəaliyyət deyərkən nəyi nəzərdə tutur?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a danışıb.
Millət vəlkili Arzu Nağıyevin sözlərinə görə, Rusiya XİN rəhbərinin müavini bu açıqlama ilə Qərbin Ermənistandan istifadə edərək Rusiyanın nüfuz dairəsini sarsıtmağa yönəlmiş fəaliyyətinə işarə edir.
© Sputnik / Murad OrujovArzu Nağıyev, arxiv
Политолог Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Arzu Nağıyev, arxiv
Millət vəkili hesab edir ki, Aİ həm iqtisadi və həm də hərbi cəhətdən bölgədə Türkiyə və Rusiyanın nüfuzunu zərbə altına alacaq fəaliyyətlər icra etmək niyyətindədir:

"Türkiyə NATO üzvü olduğu üçün qardaş ölkəyə o qədər də çox təsir edə bilmirlər. Digər tərəfdən Azərbaycan Türkiyə strateji birliyi bu təşəbbüslərə mane olur. Lakin Rusiyaya qarşı Ermənistan amilindən ciddi cəhdlə istifadə edilir. Biz bunu Ermənistandakı Rusiya sərhədçiləri ilə bağlı yaşanan hadisələrdə, Ermənistanın silahlandırılması üçün Qərbin təşəbbüslərində, bu ölkənin KTMT-dəki fəaliyyətinin qeyri-müəyyən xarakter almasında görə bilərik. Rusiya yaxşı anlayır ki, bu, ona qarşı aparılan təxribatın tərkib hissələridir. Qərb Ermənistanı silahlandırmaqla təhlükəli oyunlar oynayır. Çünki bu, bölgənin son dörd ildə dəyişmiş geosiyasi mənzərəsinə qarşı yönəlib, eyni zamanda Rusiya amilinin bölgədəki təsir imkanlarını məhdudlaşdırmaq planları ilə əlaqəlidir".

Millət vəkili bildirir ki, NATO-Rusiya sərhəddi Türkiyə-Ermənistan sərhədidir:
"Bu baxımdan Ermənistan sərhədlərində Rusiya qalacaq. Aİ missiyasının isə fəaliyyəti təxribatlar yaratmaqdan ibarətdir. İlk gündən Azərnbaycan bu missiyanın bölgəyə gəlməsinə qarşı olub. Biz keçmiş münaqişə dövründə də bu missiyanın əslində Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplamaqla məşğul olduğu qənaətindəyik. Yəni, Ermənistan anlamalıdır ki, bu ölkə Aİ-də heç kimə lazım deyil. Aİ missiyası bölgəyə sülhün gəlməsinə də mane ola bilər. Azərbaycan və Ermənistan vasitəçisiz sülhə nail olmağa çalışırlar. Ancaq bu, Aİ-nin bir sıra ölkələrinin xoşuna gəlmir, mövcud vəziyyət onları qane edə bilməz. Aİ missiyası çalışır ki, İranla sərhədə daha yaxın olsun. İran da bunun əleyhinədir. Ümumilikdə bu missiyanın bölgədəki mövcudluğu Ermənistandan başqa heç bir ölkə tərəfindən məmnunluqla qarşılanmır".
Politoloq Elşən Manafovun sözlərinə görə, Qaluzinin bu açıqlaması Aİ-nin bölgədəki mahiyyətini ortaya qoyur:
"Aİ Rusiyaya münasibətdə Ermənistandan kəşfiyyat xarakterli məlumatların toplanmasında istifadə edir. Qaluzinin açıqlamasından bir qədər əvvəl Rusiya XİN rəhbəri Lavrov açıq şəkildə bildirdi ki, Aİ-nin bölgədəki missiyası gələcəkdə NATO-nun missiyasına çevrilə bilər. Bu Ermənistanın NATO üzvünə çevriləcəyi anlamına gəlmir. Çünki Ermənistan ilk olaraq NATO-nun standartlarına cavab verməlidir. Bildiyiniz kimi, Ermənistan Baş naziri bəyan edib ki, Aİ-yə üzv olmağa hazırdır. Amma bunun üçün bir sıra prosedurların yerinə yetirilməsi vacibdir. Ermənistan qanunvericiliyi Aİ-nin müəyyən etdiyi standartlara cavab verməlidir. Ermənistan coğrafi anlamda da Aİ-nin hüdudlarından kənardadır. Ermənistan Avrasiya İqtisadi İttfaqının üzvü olaraq yetərincə fayda götürür. Xatırladım ki, ABŞ Ermənistana islahatların dəstəklənməsi üçün 65 milyon dollar ayırmışdısa, Paşinyan Aİİ-nin Moskvadakı tədbirindən 100 milyon dollarla qayıdıb. Moskva Ermənistanla münasibətləri yumşaq gücün tətbiq edilməsi ilə qurur".
© Photo : Courtesy of Elshan ManafovElşən Manafov
Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Elşən Manafov
Politoloq qeyd edir ki, Rusiya Ermənistanla münasibətləri erməni xalqının suveren seçiminə hörmət əsasında qurur:
"Ermənistanın Aİ-yə üzvlüyü üçün qarşısında kəskin tələblər olacaq. Ermənistanda Rusiya hərbi bazlarının mövcudluğu da bu ölkənin yaxın zamanda Aİ-yə inteqrasiyasını mümkünsüz edir. Ermənistan dövlət sərhədlərinin təhlükəsizliyinə Rusiya zəmanət verir. Belə bir şəraitdə Aİ Ermənistanı Rusiyanın təsir dairəsindən çıxara bilməz. Paşinyan erməni cəmiyyətinə müraciətində göstərir ki, Ermənistanın problemlərinin həllinə real Ermənistanın maraqları kontekstində yanaşmağı məqbul hesab edir. O göstərir ki, real Ermənistanın gələcəyi üçün "böyük Ermənistan" xülyalarından imtina etmək lazımdır. Ermənistan hökumətinin Aİ ilə münasibətləri daha çox ABŞ-ın Paşinyan hakimiyyətinə sifarişləri rakursunda həyata keçirilən siyasətdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0