CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 14 may – FOTO

© Sputnik / Elnur Salayev14 may
14 may - Sputnik Azərbaycan, 1920, 14.05.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 14 may — Sputnik. Mayın 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 14-də kim anadan olub?
Vilhelm Steinitz (1836-1900) - Avstriya və ABŞ şahmatçısı, şahmat üzrə ilk dünya çempionudur (1886-1894). O, 1860-1870-ci illərdə Adolf Andersenlə qarşılaşmada qalib gəldikdən sonra dövrünün ən güclü oyunçusu kimi tanınıb.
© SputnikABŞ şahmatçısı Vilhelm Steinitz (solda)
ABŞ şahmatçısı Vilhelm Steinitz (solda) - Sputnik Azərbaycan, 1920, 13.05.2024
ABŞ şahmatçısı Vilhelm Steinitz (solda)
Denni Hyuston (1962) amerikalı aktyor və rejissordur. O, "Anna Karenina", "Qarğa", "Mələyın yıxılması" və s. filmlərdə rol alıb.
© Joel Ryan / Invision / APDenni Hyuston
Denni Hyuston  - Sputnik Azərbaycan, 1920, 13.05.2024
Denni Hyuston
Keyt Blanşett (1969) - avstraliyalı səhnə və kino aktrisasıdır. O, kinoşünaslar və tənqidçilər tərəfindən öz nəslinin ən yaxşı və müxtəlif tərəfli aktrisalarından biri kimi tanınır. Aktrisa "Aviator", "Qalmaqallı gündəlik", "Mən orada deyiləm", "Qızıl əsr" və s. filmlərdə bir çox obrazları canlandırıb.
© AP Photo / Joel C RyanKeyt Blanşett
Актриса Кейт Бланшетт на премьере фильма Ocean's 8 в Лондоне - Sputnik Azərbaycan, 1920, 13.05.2024
Keyt Blanşett
Anna Mixalkova (1974) - Rusiyanın Əməkdar artisti, kinoaktrisa, teleaparıcı, RSFSR Xalq artisti Nikita Mixalkovun böyük qızıdır. O, "Buzqıran", "Marafon", "Adi qadın" və s. filmlərdə rol alıb.
© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidAnna Mixalkova
Anna Mixalkova - Sputnik Azərbaycan, 1920, 13.05.2024
Anna Mixalkova
14 May tarixində dünyada baş verən tarixi hadisələr
1607-ci ildə ingilislər Amerikada ilk daimi yaşayış məntəqəsi olan Ceymstaun şəhərinin əsasını qoyublar.
1643-cü ildə Fransa kralı XIII Lüdovikin ölümündən sonra XIV Lüdovik 5 yaşında taxta çıxıb.
1692-ci ildə Rusiyanın ilk hərbi gəmisi suya buraxılıb. Bu gəmi I Pyotrun və Preobrajensk alayının 16 əsgərinin iştirakı ilə ərsəyə gəlib.
2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın qalib gəldikləri 56-cı "Eurovision" mahnı müsabiqəsinin finalı keçirilib.
Xəbər lenti
0