https://sputnik.az/20240514/sulh-muqavilesi-imzalanmasinin-vaxti-catib---pasinyan-464611484.html
Sülh müqaviləsi imzalanmasının vaxtı çatıb - Paşinyan
Sülh müqaviləsi imzalanmasının vaxtı çatıb - Paşinyan
Sputnik Azərbaycan
Ermənistan hökumətinin başçısı həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası barədə razılaşmaya da toxunub. 14.05.2024, Sputnik Azərbaycan
2024-05-14T20:22+0400
2024-05-14T20:22+0400
2024-05-14T20:22+0400
ermənistanın baş naziri nikol paşinyan
siyasət
sülh
sülh sazişi
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460816223_0:39:2723:1571_1920x0_80_0_0_9924bec2b5e920ce4c644c1b6170b456.jpg
BAKI, 14 may — Sputnik. "Azərbaycanla əldə olunan razılaşmaların sülh sazişinə əlavə etməklə bu müqaviləni imzalamağın vaxtı çatıb". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitindəki çıxışında bildirib. Ermənistan hökumətinin başçısı həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası barədə razılaşmaya da toxunub. O bildirib ki, bu sənəd 1991-ci ilə aid Almatı bəyannaməsinə əsaslanır: "Bu o deməkdir ki, delimitasiya zamanı biz sadəcə Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədləri əsas kimi götürməliyik. Almatı bəyannaməsinə əsasən, həmin sərhədlər iki ölkə arasında dövlət sərhədi kimi müəyyənləşdirilib". Paşinyanın sözlərinə görə, sərhədlərin delimitasiyasının başlanğıcı 2022-ci il oktyabrın 6-da Azərbaycan, Fransa, Aİ liderlərinin və onun iştirakı ilə keçirilən görüşdə əldə olunub: "Bu, Praqada baş verib. Hazırda isə bütün bu razılaşmaları sülh müqaviləsində əks etdirməyin və onu imzalamağın vaxtıdır". O həmçinin "Sülh kəsişməsi" layihəsinə də toxunaraq, həmin təşəbbüsün tərəflər arasında nəqliyyat əlaqələrinin bərpasına xidmət edəcəyini bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/17/460816223_229:0:2650:1816_1920x0_80_0_0_3950218d98f6855f1ba0d81588c7cd50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, sülh, sülh sazişi, nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan, sülh, sülh sazişi, nikol paşinyan
Sülh müqaviləsi imzalanmasının vaxtı çatıb - Paşinyan
Ermənistan hökumətinin başçısı həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası barədə razılaşmaya da toxunub.
BAKI, 14 may — Sputnik. "Azərbaycanla əldə olunan razılaşmaların sülh sazişinə əlavə etməklə bu müqaviləni imzalamağın vaxtı çatıb".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitindəki çıxışında bildirib.
Ermənistan hökumətinin başçısı həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası barədə razılaşmaya da toxunub. O bildirib ki, bu sənəd 1991-ci ilə aid Almatı bəyannaməsinə əsaslanır:
"Bu o deməkdir ki, delimitasiya zamanı biz sadəcə Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədləri əsas kimi götürməliyik. Almatı bəyannaməsinə əsasən, həmin sərhədlər iki ölkə arasında dövlət sərhədi kimi müəyyənləşdirilib".
Paşinyanın sözlərinə görə, sərhədlərin delimitasiyasının başlanğıcı 2022-ci il oktyabrın 6-da Azərbaycan, Fransa, Aİ liderlərinin və onun iştirakı ilə keçirilən görüşdə əldə olunub: "Bu, Praqada baş verib. Hazırda isə bütün bu razılaşmaları sülh müqaviləsində əks etdirməyin və onu imzalamağın vaxtıdır".
O həmçinin "Sülh kəsişməsi" layihəsinə də toxunaraq, həmin təşəbbüsün tərəflər arasında nəqliyyat əlaqələrinin bərpasına xidmət edəcəyini bildirib.