DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Patriot" hava hücumundan müdafiə sistemi USQ-ni Rusiya raketlərindən qoruya bilməz

© AFP 2023 / KAZUHIRO NOGIPatriot
Patriot - Sputnik Azərbaycan, 1920, 14.05.2024
Abunə olmaq
"Patriot" hava hücumundan müdafiə sistemi rusiyalıların artıq döyüşdə istifadə etdiyi "İsgəndər-M" ballistik raketləri və "Çirkon" hipersəs raketlərindən qoruya bilməz.
BAKI, 14 may — Sputnik. Amerikanın "Patriot" zenit-raket kompleksi Ukrayna qoşunlarını Rusiya Silahlı Qüvvələrinin hücumlarından qoruya bilməz.
Bunu Britaniyalı hərbi ekspert Aleksandr Merkuris söyləyib. Bu barədə o, özünün "YouTube" kanalında danışıb.
"Aydındır ki, "Patriot" hava hücumundan müdafiə sistemi rusiyalıların artıq döyüşdə istifadə etdiyi "İsgəndər-M" ballistik raketləri və "Çirkon" hipersəs raketlərindən qoruya bilməz" – Merkuris dəqiqləşdirib.
O, həmçinin Qərb müttəfiqləri tərəfindən Ukraynaya yeni hava hücumundan müdafiə sistemlərinin tədarükünün döyüş meydanında Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini dəyişdirə bilməyəcəyini və onları havadan zərbələrdən qoruya bilməyəcəyini bildirib.
Daha əvvəl Pentaqonun rəhbəri Lloyd Austin bildirmişdi ki, Vaşinqton öz tərəfdaşları ilə danışıqlar aparmağı planlaşdırıb ki, onlar "Patriot" hava hücumundan müdafiə sistemlərini Ukrayna ilə bölüşsünlər. Eyni zamanda o, Kiyevin başqa silahlara da ehtiyacı olduğunu vurğulayıb.
Xəbər lenti
0