https://sputnik.az/20240514/etik-qaydani-gozleyib-sekil-ceksen-o-hec-kime-lazim-olmayacaq---mirnaib-hesenoglu-464614415.html
Etik qaydanı gözləyib şəkil çəksən o heç kimə lazım olmayacaq - Mirnaib Həsənoğlu
Etik qaydanı gözləyib şəkil çəksən o heç kimə lazım olmayacaq - Mirnaib Həsənoğlu
Sputnik Azərbaycan
Əgər çəkdiyimiz şəkildə hər şey ütülü görünərsə, o şəkli heç nəyə yaramır. 14.05.2024, Sputnik Azərbaycan
2024-05-14T23:59+0400
2024-05-14T23:59+0400
2024-05-14T23:59+0400
fotoqraf
mədəniyyət
şəkil
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0e/464614245_0:0:1008:568_1920x0_80_0_0_b01294deb25d39ba3837def51856c15b.jpg
BAKI, 14 may — Sputnik. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Bəs edilən dəyişikliklər fotoqrafların işinə necə təsir göstərəcək? Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Azərbaycan Fotoqraflar Birliyinin hüquqi təsisçisi Mirnaib Həsənoğlu bildirib ki, foto və ya video çəkilişinə yanaşma ilə bağlı problemlər təkcə bizdə deyil: "Avropa ölkələrində də qayda var ki, şəxsin icazəsi olmadan onun şəklini çəkə bilməzsən. Azərbaycanda da bunu da zərərçəkmiş adam terminologiyasından istifadə edərək qanuniləşdiriblər. Ancaq onu demək yerinə düşər ki, bütün layihələr keçiriləndə, müsabiqələr təşkil olunanda şərt qoyulur ki, fotoda üzü görünən adamın razılığı fotoqrafın üzərindədir. Həmin adam şəklinin istifadəsinə görə iddia qaldırsa, bunun məsuliyyətini fotoqraf daşıyır. Bu demək olar ki, bütün dünyada belədir". Mirnaib Həsənoğlu deyir ki, fotonun subyektindən razılığı fotoqraf almalıdır: "Avropada icazə almaq məsələsi çoxdan var. İctimai yer anlayışının da öz izahı var. Əgər ictimai yerdə kiminsə yaxın plandan şəklini çəkirsənsə, o sənə qarşı iddia qaldıra bilər. Yəni bu məsələnin özündə mübahisəli məqamlar var". Həsənoğlunun fikrincə, müəyyən şeylər var ki, orada etik qaydanı gözləyib şəkil çəksən, o, heç kimə lazım olmayacaq:"Əgər çəkdiyimiz şəkildə hər şey ütülü görünərsə, o şəkli heç nəyə yaramır. Məsələn Qərbdə nüfuzlu şəxslərin şəkillərini çəkəndə onların emosialarını çəkməyə çalışırlar. Bizdə hansısa tanınmış simanın burnunu qurdaladığı yerdə şəklini çəkib verə bilməzsən. Bizim özünəməxsus mentaliltetimiz var. Ümumi vəziyyətlə bağlı onu deyə bilərəm ki, müəyyən qadağalar var, amma Azərbaycanda başlıca problemlərdən biri müəllif hüquqları ilə bağlıdır. Müəllif hüquqluğu sarıdan problem var. Ona görə də qəbul edilən qanunun nə qədər işlək olacağını demək çətindir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0e/464614245_0:0:1008:756_1920x0_80_0_0_683ad398995d2717b9e309b49aed7a0c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
fotoqraf, şəkil
Etik qaydanı gözləyib şəkil çəksən o heç kimə lazım olmayacaq - Mirnaib Həsənoğlu
Əgər çəkdiyimiz şəkildə hər şey ütülü görünərsə, o şəkli heç nəyə yaramır.
BAKI, 14 may — Sputnik. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Bəs edilən dəyişikliklər fotoqrafların işinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Azərbaycan Fotoqraflar Birliyinin hüquqi təsisçisi Mirnaib Həsənoğlu bildirib ki, foto və ya video çəkilişinə yanaşma ilə bağlı problemlər təkcə bizdə deyil:
"Avropa ölkələrində də qayda var ki, şəxsin icazəsi olmadan onun şəklini çəkə bilməzsən. Azərbaycanda da bunu da zərərçəkmiş adam terminologiyasından istifadə edərək qanuniləşdiriblər. Ancaq onu demək yerinə düşər ki, bütün layihələr keçiriləndə, müsabiqələr təşkil olunanda şərt qoyulur ki, fotoda üzü görünən adamın razılığı fotoqrafın üzərindədir. Həmin adam şəklinin istifadəsinə görə iddia qaldırsa, bunun məsuliyyətini fotoqraf daşıyır. Bu demək olar ki, bütün dünyada belədir".
Mirnaib Həsənoğlu deyir ki, fotonun subyektindən razılığı fotoqraf almalıdır:
"Avropada icazə almaq məsələsi çoxdan var. İctimai yer anlayışının da öz izahı var. Əgər ictimai yerdə kiminsə yaxın plandan şəklini çəkirsənsə, o sənə qarşı iddia qaldıra bilər. Yəni bu məsələnin özündə mübahisəli məqamlar var".
Həsənoğlunun fikrincə, müəyyən şeylər var ki, orada etik qaydanı gözləyib şəkil çəksən, o, heç kimə lazım olmayacaq:
"Əgər çəkdiyimiz şəkildə hər şey ütülü görünərsə, o şəkli heç nəyə yaramır. Məsələn Qərbdə nüfuzlu şəxslərin şəkillərini çəkəndə onların emosialarını çəkməyə çalışırlar. Bizdə hansısa tanınmış simanın burnunu qurdaladığı yerdə şəklini çəkib verə bilməzsən. Bizim özünəməxsus mentaliltetimiz var. Ümumi vəziyyətlə bağlı onu deyə bilərəm ki, müəyyən qadağalar var, amma Azərbaycanda başlıca problemlərdən biri müəllif hüquqları ilə bağlıdır. Müəllif hüquqluğu sarıdan problem var. Ona görə də qəbul edilən qanunun nə qədər işlək olacağını demək çətindir".