https://sputnik.az/20240514/bakida-hansi-vulkanlar-oyana-biler-464608195.html
Bakıda hansı vulkanlar oyana bilər?
Bakıda hansı vulkanlar oyana bilər?
Sputnik Azərbaycan
Adil Əliyev bu günlərdə Lənkəranda baş vermiş zəlzələdən sonra vulkanların aktivləşməsi iddialarına da cavab verib. 14.05.2024, Sputnik Azərbaycan
2024-05-14T20:00+0400
2024-05-14T20:00+0400
2024-05-14T20:00+0400
bakı
cəmiyyət
vulkan
vulkan ocaqları
keyrəki palçıq vulkanı
palçıq vulkanları
otman-bozdağ palçıq vulkanı
palçıq vulkanları qrupu dövlət təbiət qoruğu
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426767491_0:0:2200:1239_1920x0_80_0_0_b4443f785515242a54c4f5e524b0fbb5.jpg
BAKI, 14 may — Sputnik. Vulkanların püskürəcəyi barədə öncədən məlumat vermək mümkün deyil. Ona görə də, Güzdək Bozdağı palçıq vulkanından sonra hansı vulkanın püskürəcəyini demək olmaz. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri professor Adil Əliyev söyləyib. O, bu günlərdə Lənkəranda baş vermiş zəlzələdən sonra vulkanların aktivləşməsi iddialarına da cavab verib. Bildirib ki, zəlzələlər vulkanları aktivləşdirir: A.Əliyev onu da söyləyib ki, hava sabitləşdikdən sonra Güzdək Bozdağı palçıq vulkanına baxış keçiriləcək. Şöbə müdiri bununla belə Azərbaycanda vulkanların bəzilərinin aktiv sayıldığını söyləyib. Bildirib ki, bunlar Abşeronda Abşeron yarımadasında - Lökbatan, Keyrəki, Otmanbozdağ, Bozdağ-Güzdək , Şamaxı-Qobustanda Şıxzərli, Quşçu , Torağay , Ayazaxtarma, Bakı arxipelaqında isə Xərə-Zirə, Gil vulkanlarıdır. "Amma bunların püskürməsinə də bir təkan lazımdır. Yeraltı təkanlar vulkanları daha da aktivləşdirir" - Adil Əliyev deyib. O, vulkanların ətrafında evlərin və digər tikinti obyektlərinin tikintisinin təhlükəli olduğunu söyləyib. Bildirib ki, vulkanların yaxınlığında tikinti işləri aparılmamalıdır. Tikinti işləri vulkanlardan ən azı 1 kilometr kənarda olmalıdır. Onun sözlərinə görə, vulkan püskürdükdə tullantıları təhlükə yaradır. Qeyd edək ki, mayın 13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib.Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Püskürmə yerli vaxtla saat 02:13-də başlayıb və 9 dəqiqə davam edib. Vulkan pükürməsindən əvvəl alov sütünu müşahidə olunub. Püskürmə Respublika Seysmoloji Xidmət Mərkəzinin səkkiz rəqəmsal stansiyası tərəfindən qeydə alınıb. Palçıq vulkanlarının monitorinqini aparan seysmik stansiyaların məlumatları əsasında, Güzdək Bozdağı palçıq vulkanının ocağının dərinliyi 3.5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan enerjisi isə - 8.67*106 Coul təyin edilib. Xatırladaq ki, Güzdək Bozdağı palçıq vulkanı Abşeron yarımadasının ən iri oroqrafik vahidlərindən biri hesab edilir. Bu vulkanın son püskürməsi 13 fevral 2009-cü ildə baş vermişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426767491_159:0:2115:1467_1920x0_80_0_0_689cb9e4d93b96500b4e31aac0520362.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, vulkan, vulkan ocaqları, keyrəki palçıq vulkanı, palçıq vulkanları, otman-bozdağ palçıq vulkanı, palçıq vulkanları qrupu dövlət təbiət qoruğu
bakı, vulkan, vulkan ocaqları, keyrəki palçıq vulkanı, palçıq vulkanları, otman-bozdağ palçıq vulkanı, palçıq vulkanları qrupu dövlət təbiət qoruğu
Bakıda hansı vulkanlar oyana bilər?
Adil Əliyev bu günlərdə Lənkəranda baş vermiş zəlzələdən sonra vulkanların aktivləşməsi iddialarına da cavab verib.
BAKI, 14 may — Sputnik. Vulkanların püskürəcəyi barədə öncədən məlumat vermək mümkün deyil. Ona görə də, Güzdək Bozdağı palçıq vulkanından sonra hansı vulkanın püskürəcəyini demək olmaz.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri professor Adil Əliyev söyləyib.
O, bu günlərdə Lənkəranda baş vermiş zəlzələdən sonra vulkanların aktivləşməsi iddialarına da cavab verib.
Bildirib ki, zəlzələlər vulkanları aktivləşdirir:
"Güclü zəlzələlər olanda vulkanlar aktivləşir. Əgər vulkan uzun müddət enerjini toplayıbsa, püskürməyə hazır vəziyytədədirsə, güclü zəlzələlər aktivləşməni daha da artırır. Amma Lənkəranda baş vermiş zəlzələdən sonra Güzdək Bozdağı palçıq vulkanın püskürməsi mümkün deyil. Çünki, Lənkəran palçıq vulkanlarından uzaqdadır. Hər gün kiçik təkanlar baş verir. Əsasən güclü zəlzələlər vulkanları aktivləşdirə bilər".
A.Əliyev onu da söyləyib ki, hava sabitləşdikdən sonra Güzdək Bozdağı palçıq vulkanına baxış keçiriləcək.
Şöbə müdiri bununla belə Azərbaycanda vulkanların bəzilərinin aktiv sayıldığını söyləyib.
Bildirib ki, bunlar Abşeronda Abşeron yarımadasında - Lökbatan, Keyrəki, Otmanbozdağ, Bozdağ-Güzdək , Şamaxı-Qobustanda Şıxzərli, Quşçu , Torağay , Ayazaxtarma, Bakı arxipelaqında isə Xərə-Zirə, Gil vulkanlarıdır.
"Amma bunların püskürməsinə də bir təkan lazımdır. Yeraltı təkanlar vulkanları daha da aktivləşdirir" - Adil Əliyev deyib.
O, vulkanların ətrafında evlərin və digər tikinti obyektlərinin tikintisinin təhlükəli olduğunu söyləyib. Bildirib ki, vulkanların yaxınlığında tikinti işləri aparılmamalıdır. Tikinti işləri vulkanlardan ən azı 1 kilometr kənarda olmalıdır.
Onun sözlərinə görə, vulkan püskürdükdə tullantıları təhlükə yaradır.
Qeyd edək ki, mayın 13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib.Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Püskürmə yerli vaxtla saat 02:13-də başlayıb və 9 dəqiqə davam edib. Vulkan pükürməsindən əvvəl alov sütünu müşahidə olunub. Püskürmə Respublika Seysmoloji Xidmət Mərkəzinin səkkiz rəqəmsal stansiyası tərəfindən qeydə alınıb.
Palçıq vulkanlarının monitorinqini aparan seysmik stansiyaların məlumatları əsasında, Güzdək Bozdağı palçıq vulkanının ocağının dərinliyi 3.5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan enerjisi isə - 8.67*106 Coul təyin edilib.
Xatırladaq ki, Güzdək Bozdağı palçıq vulkanı Abşeron yarımadasının ən iri oroqrafik vahidlərindən biri hesab edilir. Bu vulkanın son püskürməsi 13 fevral 2009-cü ildə baş vermişdi.