https://sputnik.az/20240514/azerbaycanda-saatliq-minimum-maasa-kecile-biler---ekspertler-ne-dusunur-464592248.html
Azərbaycanda saatlıq minimum maaşa keçilə bilər - Ekspertlər nə düşünür?
Azərbaycanda saatlıq minimum maaşa keçilə bilər - Ekspertlər nə düşünür?
Sputnik Azərbaycan
Ekspert bildirib ki, hazırda ölkədə aylıq minimum əməkhaqqı standartı tətbiq edilir. Yəni 1 ay ərzində işçiyə 345 manatdan aşağı maaş vermək olmaz. 14.05.2024, Sputnik Azərbaycan
2024-05-14T09:31+0400
2024-05-14T09:31+0400
2024-05-14T09:31+0400
natiq cəfərli
iqtisadiyyat
əmək haqqı
minimum əmək haqqı
"əmək pensiyaları haqqında" qanun
əmək məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_0:102:2000:1227_1920x0_80_0_0_5b2394a43c94e1d49e5dc8994fc4a2f9.jpg
BAKI, 14 may — Sputnik. Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb. Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlamalı və aidiyyəti üzrə təqdim etməlidir. Qeyd edək ki, "Business Ready" - dünyanın əksər iqtisadiyyatlarında biznes və investisiya mühitini müqayisə edən Dünya Bankının yeni qabaqcıl hesabatıdır. Həmin hesabatın indikatorlarından biri "İşçi qüvvəsi" adlanır. Ekspertlər nə düşünürlər? Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, hazırda ölkədə aylıq minimum əməkhaqqı standartı tətbiq edilir: "Yəni 1 ay ərzində işçiyə 345 manatdan aşağı maaş vermək olmaz. İndi isə aylıq minimum əməkhaqqını saatlıq minimum əməkhaqqı ilə əvəz etmək istəyirlər. Məqsəd bu sahədə çevikliyi artırmaq, nəzarət imkanlarını yaxşılaşdırmaqdır. Ola bilər ki, işçi ilə məsələn, 1-22 saatlıq müqavilə bağlansın və bunun üçün də saatlıq minimum əməkhaqqını müəyyən edəcəklər. Məsələn ABŞ-də, Avropada saatlıq minimum əməkhaqqı tətbiq edilir və bu, daha çevikdir. Çünki şəxs ayda 1 həftə, saatlıq işləyə bilər və s.". "Əvəzetmənin minimum maaş alanlar üçün heç bir üstünlüyü yoxdur" O bildirib ki, bununla bağlı yeni qayda hazırlanacaq: "Bu əvəzetmənin minimum maaş alanlar üçün heç bir üstünlüyü yoxdur, çünki bu, texniki hesablama qaydasıdır. Əvəzetmə minimum əməkhaqqının artırılmasına yox, hesablama qaydasının dəyişdirilməsinə yönəlib. Azərbaycanda aylıq minimum əməkhaqqı bu il böyük ehtimal artırılmayacaq. Əgər artırılsa belə 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Ölkədə minimum əməkhaqqının artırılmasına ehtiyac var". "Ola bilər bu əvəzetmə əsas iş yerləri olanlar üçün heç bir fərq yaratmasın. Amma saatlıq müqavilə bağlayanlar üçün minimum hədlər müəyyənləşəcək" - ekspert əlavə edib. "Dövlət saatlıq minimum əməkhaqqını müəyyən edir" İqtisadçı-ekspert Natiq Cəfərli də Sputnik Azərbaycan-a deyib ki, bu təcrübə bir çox ölkələrdə, o cümlədən ABŞ-də tətbiq edilir: "Burada işçilərin işlədiyi saatın müqabilində maaş alması nəzərdə tutulur. Dövlət tərəfindən saatlıq minimum əməkhaqqı müəyyən edilir. Yəni iş adamları müqavilə bağlayarkən saatlıq minimum əməkhaqqından aşağı işçiyə maaş ödəyə bilməz. Azərbaycanda isə aylıq minimum əməkhaqqı qaydası tətbiq edilir. İndi bizdə də saatlıq minimum əməkhaqqı ilə bağlı normal mexanizm olsa, bunu müsbət hesab etmək olar". "Əhəmiyyətli dərəcədə maliyyə vəsaitləri tələb olunacaq" Qeyd edək ki, "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Xəzər TV-yə deyib ki, yeni sistemin tətbiqi üçün bu sahədə müzakirələr getməli, hesablamalar aparılmalıdır: "Bununla bağlı aidiyyəti qurumlar tərəfindən xüsusi hazırlıq görülməli, eyni zamanda qanunvericilik aktlarında da müvafiq dəyişikliklər edilməlidir. Məsələn, şərti olaraq 1 saatlıq iş üçün minimum 3 manat əməkhaqqı müəyyən edilsə, 22 iş günü götürsək, bu, ayda 500 manatı keçəcək. Bu zaman əhəmiyyətli dərəcədə maliyyə vəsaitləri tələb olunacaq. Dəyişikliklər qəbul edilərsə, dövlət büdcəsindən əlavə vəsait ayrılmalı, eləcə də kommersiya qurumları əməkhaqlarını əhəmiyyətli dərəcədə artırmalıdır". "Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz" Xatırladaq ki, Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Qanunvericiliyə uyğun olaraq 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1901 saat təşkil edir. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_114:0:1887:1330_1920x0_80_0_0_9ac6f450a381a7b7e32c2a4fe5eb6845.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
natiq cəfərli, əmək haqqı, minimum əmək haqqı, "əmək pensiyaları haqqında" qanun, əmək məcəlləsi
natiq cəfərli, əmək haqqı, minimum əmək haqqı, "əmək pensiyaları haqqında" qanun, əmək məcəlləsi
Azərbaycanda saatlıq minimum maaşa keçilə bilər - Ekspertlər nə düşünür?
Ekspert bildirib ki, hazırda ölkədə aylıq minimum əməkhaqqı standartı tətbiq edilir. Yəni 1 ay ərzində işçiyə 345 manatdan aşağı maaş vermək olmaz.
BAKI, 14 may — Sputnik. Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.
Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb. Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlamalı və aidiyyəti üzrə təqdim etməlidir.
Qeyd edək ki, "Business Ready" - dünyanın əksər iqtisadiyyatlarında biznes və investisiya mühitini müqayisə edən Dünya Bankının yeni qabaqcıl hesabatıdır. Həmin hesabatın indikatorlarından biri "İşçi qüvvəsi" adlanır.
Ekspertlər nə düşünürlər?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, hazırda ölkədə aylıq minimum əməkhaqqı standartı tətbiq edilir:
"Yəni 1 ay ərzində işçiyə 345 manatdan aşağı maaş vermək olmaz. İndi isə aylıq minimum əməkhaqqını saatlıq minimum əməkhaqqı ilə əvəz etmək istəyirlər. Məqsəd bu sahədə çevikliyi artırmaq, nəzarət imkanlarını yaxşılaşdırmaqdır. Ola bilər ki, işçi ilə məsələn, 1-22 saatlıq müqavilə bağlansın və bunun üçün də saatlıq minimum əməkhaqqını müəyyən edəcəklər. Məsələn ABŞ-də, Avropada saatlıq minimum əməkhaqqı tətbiq edilir və bu, daha çevikdir. Çünki şəxs ayda 1 həftə, saatlıq işləyə bilər və s.".
"Əvəzetmənin minimum maaş alanlar üçün heç bir üstünlüyü yoxdur"
O bildirib ki, bununla bağlı yeni qayda hazırlanacaq: "Bu əvəzetmənin minimum maaş alanlar üçün heç bir üstünlüyü yoxdur, çünki bu, texniki hesablama qaydasıdır. Əvəzetmə minimum əməkhaqqının artırılmasına yox, hesablama qaydasının dəyişdirilməsinə yönəlib. Azərbaycanda aylıq minimum əməkhaqqı bu il böyük ehtimal artırılmayacaq. Əgər artırılsa belə 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Ölkədə minimum əməkhaqqının artırılmasına ehtiyac var".
"Ola bilər bu əvəzetmə əsas iş yerləri olanlar üçün heç bir fərq yaratmasın. Amma saatlıq müqavilə bağlayanlar üçün minimum hədlər müəyyənləşəcək" - ekspert əlavə edib.
"Dövlət saatlıq minimum əməkhaqqını müəyyən edir"
İqtisadçı-ekspert Natiq Cəfərli də Sputnik Azərbaycan-a deyib ki, bu təcrübə bir çox ölkələrdə, o cümlədən ABŞ-də tətbiq edilir: "Burada işçilərin işlədiyi saatın müqabilində maaş alması nəzərdə tutulur. Dövlət tərəfindən saatlıq minimum əməkhaqqı müəyyən edilir. Yəni iş adamları müqavilə bağlayarkən saatlıq minimum əməkhaqqından aşağı işçiyə maaş ödəyə bilməz. Azərbaycanda isə aylıq minimum əməkhaqqı qaydası tətbiq edilir. İndi bizdə də saatlıq minimum əməkhaqqı ilə bağlı normal mexanizm olsa, bunu müsbət hesab etmək olar".
"Əhəmiyyətli dərəcədə maliyyə vəsaitləri tələb olunacaq"
Qeyd edək ki, "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Xəzər TV-yə deyib ki, yeni sistemin tətbiqi üçün bu sahədə müzakirələr getməli, hesablamalar aparılmalıdır: "Bununla bağlı aidiyyəti qurumlar tərəfindən xüsusi hazırlıq görülməli, eyni zamanda qanunvericilik aktlarında da müvafiq dəyişikliklər edilməlidir. Məsələn, şərti olaraq 1 saatlıq iş üçün minimum 3 manat əməkhaqqı müəyyən edilsə, 22 iş günü götürsək, bu, ayda 500 manatı keçəcək. Bu zaman əhəmiyyətli dərəcədə maliyyə vəsaitləri tələb olunacaq. Dəyişikliklər qəbul edilərsə, dövlət büdcəsindən əlavə vəsait ayrılmalı, eləcə də kommersiya qurumları əməkhaqlarını əhəmiyyətli dərəcədə artırmalıdır".
"Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz"
Xatırladaq ki, Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Qanunvericiliyə uyğun olaraq 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1901 saat təşkil edir.
Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.