Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Türkiyə anlaşdı: İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək

© AFP 2024 / ASAAD NIAZIQaz kəmər
Qaz kəmər - Sputnik Azərbaycan, 1920, 14.05.2024
Abunə olmaq
Nazir bildirib ki, bu layihənin həyata keçirilməsi Naxçıvanın enerji təhlükəsizliyi və geniş yanaşsaq, Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsi üçün əhəmiyyəti əvəzsizdir.
BAKI, 14 may — Sputnik. İğdır-Naxçıvan qaz kəmərinin ən qısa zamanda istifadəyə verilməsi planlaşdırılır.
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Türkiyə-Azərbaycan təbii qaz sahəsində əməkdaşlıq anlaşması"nın imzalanma mərasimində deyib.
Onun sözlərinə görə, bu qış mövsümündə Naxçıvana təbii qaz Türkiyə üzərindən təslim ediləcək.
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib ki, Türkmənistan qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub.
İğdır-Naxçıvan layihəsinin önəmindən danışan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, bu layihənin həyata keçirilməsi Naxçıvanın enerji təhlükəsizliyi və geniş yanaşsaq, Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsi üçün əhəmiyyəti əvəzsizdir.
Xatırladaq ki, 2023-cü ilin sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyublar.
Diametri 16 düym (40 sm) olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17,5 km, Türkiyə hissəsinin uzunluğu 80 km-dir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.
Xəbər lenti
0