https://sputnik.az/20240514/araik-arutunyanin-tutularaq-istintaqa-celb-olunmasi-temin-edilecek---prokurorluq-439192061.html
Araik və digər separatçıların həbs müddəti uzadılsın - Baş Prokurorluqdan təqdimat
Araik və digər separatçıların həbs müddəti uzadılsın - Baş Prokurorluqdan təqdimat
Sputnik Azərbaycan
Hazırda DTX İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə... 14.05.2024, Sputnik Azərbaycan
2024-05-14T16:15+0400
2024-05-14T16:15+0400
2024-05-14T16:05+0400
araik arutyunyan
siyasət
cinayət məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425106575_0:0:1406:792_1920x0_80_0_0_252a6b8b6283b26419645de6e303929e.jpg
BAKI, 14 may — Sputnik. Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması istənilib.Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları məhkəməyə daxil olub.Təqdimatlara Binəqədi rayon Məhkəməsində baxılacaq (APA). Qeyd edək ki, məhkəmə qondarma qurumun “prezidenti” olmuş Arkadi Qukasyan barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimat məhkəmə tərəfindən təmin olunub. Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, A.Qukasyan barədində həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.Xatırladaq ki, istintaqı Baş Prokurorluq və DTX əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.Hazırda DTX İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.15.02.22, 12:46Araik Arutunyanın tutularaq istintaqa cəlb olunması təmin ediləcək Ümid edirik ki, qısa müddətdə cinayət törətmiş hər bir şəxsin, o cümlədən Araik Arutunyanın və digərlərinin tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq.Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.Nemət Əvəzov bildirib ki, Vətən Müharibəsi zamanı Gəncə şəhərinə 4 dəfə terror hücumu olub, özünü qondarma rejimin "prezident"i kimi təqdim edən Araik Arutunyan sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb.O qeyd edib ki, buna görə də onunla bağlı Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanılaraq axtarışa verilib.Məlumat üçün bildirək ki, Qarabağ separatçılarının başçısı Araik Arutunyan haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi açılıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib. A.Arutunyanın istintaqa cəlb edilmələri barədə müvafiq qərar qəbul edilib. Onun həbs edilməsi üçün İnterpola məlumat verilib. Amma Araik Arutunyanın həbsini hələ ki gerçəkləşdirmək mümkün olmayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Araik Arutyunyan Paşinyana müavin gətirilir?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425106575_123:0:1406:962_1920x0_80_0_0_2f5ff6f5aecf3e841361fe495bf48380.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan araik arutunyanın tutaraq istintaqa cəlb edəcək
azərbaycan araik arutunyanın tutaraq istintaqa cəlb edəcək
Araik və digər separatçıların həbs müddəti uzadılsın - Baş Prokurorluqdan təqdimat
Hazırda DTX İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
BAKI, 14 may — Sputnik. Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması istənilib.
Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları məhkəməyə daxil olub.
Təqdimatlara Binəqədi rayon Məhkəməsində baxılacaq (APA).
Qeyd edək ki, məhkəmə qondarma qurumun “prezidenti” olmuş Arkadi Qukasyan barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimat məhkəmə tərəfindən təmin olunub. Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, A.Qukasyan barədində həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.
Xatırladaq ki, istintaqı Baş Prokurorluq və DTX əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.
Hazırda DTX İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
Araik Arutunyanın tutularaq istintaqa cəlb olunması təmin ediləcək
Ümid edirik ki, qısa müddətdə cinayət törətmiş hər bir şəxsin, o cümlədən Araik Arutunyanın və digərlərinin tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq.
Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.
Nemət Əvəzov bildirib ki, Vətən Müharibəsi zamanı Gəncə şəhərinə 4 dəfə terror hücumu olub, özünü qondarma rejimin "prezident"i kimi təqdim edən Araik Arutunyan sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb.
O qeyd edib ki, buna görə də onunla bağlı Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə cinayət işi başlanılaraq axtarışa verilib.
Məlumat üçün bildirək ki, Qarabağ separatçılarının başçısı Araik Arutunyan haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi açılıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib.
A.Arutunyanın istintaqa cəlb edilmələri barədə müvafiq qərar qəbul edilib. Onun həbs edilməsi üçün İnterpola məlumat verilib. Amma Araik Arutunyanın həbsini hələ ki gerçəkləşdirmək mümkün olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.