https://sputnik.az/20240513/xezer-denizinde-zelzele-olub-451712526.html
Lənkərandakı zəlzələdən sonra yenə zəlzələ olacaq?
Lənkərandakı zəlzələdən sonra yenə zəlzələ olacaq?
Sputnik Azərbaycan
Qurban Yetirmişli deyib ki, Azərbaycan seysmik zonada yerləşir. Ona görə də elə gün yoxdur ki, müəyyən təkanlar olmasın. 13.05.2024, Sputnik Azərbaycan
2024-05-13T13:11+0400
2024-05-13T13:11+0400
2024-05-13T12:58+0400
zəlzələ
hadisə
astara
füzuli
füzuli rayonu
masallı
masallı rayonu
lənkəran
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426236702_0:98:2000:1223_1920x0_80_0_0_eab8d663676d72f93f1576b3a86b6076.jpg
BAKI, 13 may — Sputnik. Lənkərandakı zəlzələdən sonra bir sıra xırda təkanlar qeydə alınıb. Bu barədə biz xəbərdarlıq etmişdik.Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli media nümayəndələrinə açıqlaması zamanı deyib. "Zəlzələ hətta Qarabağda da hiss olunub. Amma ciddi dağıntı qeydə alınmayıb" - o, əlavə edib. Qurban Yetirmişli hazırda qorxunun olmadığını deyib: "Əhali narahat olmasın. Bu zəlzələ dağıdıcı yükə sahib deyildi". Mütəxəssis deyib ki, Azərbaycan seysmik zonada yerləşir, buna görə elə gün olmur ki, müəyyən təkan olmasın: "Amma sizə deyim ki, Lənkərandakı zəlzələ hər hansısa başqa ocaqları oyada bilməz". Qeyd edək ki, Lənkəranda mayın 11-də zəlzələ baş verib. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub. 11.05.24, 23:16Lənkəranda yeraltı təkanlar təkrarlanıb, afterşoklar davam edir - VİDEOLənkəranda gün ərzində ikinci dəfə yeraltı təkanlar qeydə alınıb.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Afterşoklar davam edir***Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də Azərbaycanın cənub bölgəsində baş vermiş zəlzələ ilə bağlı yeni məlumat açıqlayıb.Bürodan daxil olan məlumatda bildirilir ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.***Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində zəlzələ qeydə alınıb.Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.Bildirilib ki, ilkin məlumata görə, zəlzələ 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb.Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426236702_120:0:1881:1321_1920x0_80_0_0_e2b145d9a37d72efb65dce13a7f8bbee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zəlzələ, astara, füzuli, füzuli rayonu, masallı, masallı rayonu, lənkəran
zəlzələ, astara, füzuli, füzuli rayonu, masallı, masallı rayonu, lənkəran
Lənkərandakı zəlzələdən sonra yenə zəlzələ olacaq?
Qurban Yetirmişli deyib ki, Azərbaycan seysmik zonada yerləşir. Ona görə də elə gün yoxdur ki, müəyyən təkanlar olmasın.
BAKI, 13 may — Sputnik. Lənkərandakı zəlzələdən sonra bir sıra xırda təkanlar qeydə alınıb. Bu barədə biz xəbərdarlıq etmişdik.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli media nümayəndələrinə açıqlaması zamanı deyib.
"Zəlzələ hətta Qarabağda da hiss olunub. Amma ciddi dağıntı qeydə alınmayıb" - o, əlavə edib.
Qurban Yetirmişli hazırda qorxunun olmadığını deyib:
"Əhali narahat olmasın. Bu zəlzələ dağıdıcı yükə sahib deyildi".
Mütəxəssis deyib ki, Azərbaycan seysmik zonada yerləşir, buna görə elə gün olmur ki, müəyyən təkan olmasın:
"Amma sizə deyim ki, Lənkərandakı zəlzələ hər hansısa başqa ocaqları oyada bilməz".
Qeyd edək ki, Lənkəranda mayın 11-də zəlzələ baş verib. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
Lənkəranda yeraltı təkanlar təkrarlanıb, afterşoklar davam edir - VİDEO
Lənkəranda gün ərzində ikinci dəfə yeraltı təkanlar qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Afterşoklar davam edir
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də Azərbaycanın cənub bölgəsində baş vermiş zəlzələ ilə bağlı yeni məlumat açıqlayıb.
Bürodan daxil olan məlumatda bildirilir ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, ilkin məlumata görə, zəlzələ 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb.
Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.