https://sputnik.az/20240513/telebelerin-kocurulmesi-ile-bagli-yenilik-464586135.html
Tələbələrin köçürülməsi ilə bağlı yenilik
Tələbələrin köçürülməsi ilə bağlı yenilik
Sputnik Azərbaycan
Pərviz Əliyev bildirib ki, qaydalara əsasən təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir... 13.05.2024, Sputnik Azərbaycan
2024-05-13T16:33+0400
2024-05-13T16:33+0400
2024-05-13T16:40+0400
tələbə
təhlil
elm və təhsil nazirliyi
universitet
köçürmə
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082874_0:0:3087:1737_1920x0_80_0_0_d7c3e45618adc7da636ec00d40c448e0.jpg
BAKI, 13 may — Sputnik. Bu il tələbələrin köçürülməsi prosesi ilə bağlı bir sıra yeniliklər olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, proses elektron portal vasitəsilə yay tətili dövründə ali təhsil müəssisələrinin özləri tərəfindən həyata keçiriləcək. Əvvəllər tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilirdi. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Pərviz Əliyev mətbuata açıqlamasında bildirib ki, Ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları"na əsasən tənzimlənir. "Qaydalara əsasən, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin köçürlməsinə yol verilmir" - o qeyd edib. Pərviz Əliyev tələbələrin köçürülməsinin universitetlər tərəfindən həyata keçirilməsinin məqsədinə aydınlıq gətirib: "Proses elektron portal vasitəsilə yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən həyata keçiriləcək. Tələbələrin köçürülmə prosesini sadələşdirmək, eləcə də təhsil müəssisələrinin muxtariyyətini genişləndirmək məqsədilə proses təhsil müəssisələri tərəfindən aparılacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082874_313:0:3044:2048_1920x0_80_0_0_3b92e293ed6755c22ef0b93993ded296.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tələbə, elm və təhsil nazirliyi, universitet, köçürmə
tələbə, elm və təhsil nazirliyi, universitet, köçürmə
Tələbələrin köçürülməsi ilə bağlı yenilik
16:33 13.05.2024 (Yenilənib: 16:40 13.05.2024) Pərviz Əliyev bildirib ki, qaydalara əsasən təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin köçürülməsinə yol verilmir.
BAKI, 13 may — Sputnik. Bu il tələbələrin köçürülməsi prosesi ilə bağlı bir sıra yeniliklər olacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, proses elektron portal vasitəsilə yay tətili dövründə ali təhsil müəssisələrinin özləri tərəfindən həyata keçiriləcək.
Əvvəllər tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilirdi.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Pərviz Əliyev mətbuata açıqlamasında bildirib ki, Ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları"na əsasən tənzimlənir.
"Qaydalara əsasən, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin köçürlməsinə yol verilmir" - o qeyd edib.
Pərviz Əliyev tələbələrin köçürülməsinin universitetlər tərəfindən həyata keçirilməsinin məqsədinə aydınlıq gətirib: "Proses elektron portal vasitəsilə yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən həyata keçiriləcək. Tələbələrin köçürülmə prosesini sadələşdirmək, eləcə də təhsil müəssisələrinin muxtariyyətini genişləndirmək məqsədilə proses təhsil müəssisələri tərəfindən aparılacaq".