Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Qobu parkda" sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin son durumu açıqlandı

© Sputnik / Irade JELILSahibsiz itlər
Sahibsiz itlər - Sputnik Azərbaycan, 1920, 13.05.2024
Abunə olmaq
Yeniyetmə qız axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlərin hücumuna məruz qalıb.
BAKI, 13 may — Sputnik. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park" yaşayış massivində sahibsiz itlərin hücumuna məruz qalmış yeniyetmə qızın son durumu açıqlanıb.
TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, 2013-cü il təvəllüdlü şəxs 11.05.2023-cü il tarixində saat 19:30 radələrində təcili tibbi yardım maşını vasitəsilə Respublika Klinik Xəstəxanasına gətirilərək Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib:
"Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda pasiyentin müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir, vəziyyəti stabildir".
Qeyd edək ki, yeniyetmə qız mayın 11-i axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər ona hücum ediblər. Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb. Xatırladaq ki, martın 3-ü saat 17:37 radələrində "Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında daha bir azyaşlı sahibsiz itlərin hücumuna məruz qalmışdı. Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq (kişi cinsli) bir aya yaxın müalicədən sonra evə buraxılmışdı.
02.04.24, 10:40
Qobuda itlərin hücumuna məruz qalan uşaqdan yeni xəbər var
Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq (kişi cinsli) bir aya yaxın müalicədən sonra bu gün evə buraxılıb.
Bədənində çoxsaylı yaralarla xəstəxanaya çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə olduğundan bir müddət reanimasiya şəraitində müalicə olunub. KTM-in Uşaq cərrahiyyəsi və Cərrahi reanimasiya şöbələrinin həkimlərinin səyləri nəticəsində azyaşlının səhhətində müsbət dinamika müşahidə edilib.
Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev bildirib ki, stasionar şəraitdə uzun müddət müalicəsi davam edən azyaşlının həyatı üçün artıq hər hansı təhlükə qalmadığına görə ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, martın əvvəlində Qobuda uşaq küçə itlərinin hücumuna məruz qalmışdı.
11.03.24
Qobuda itlərin dişlədiyi doqquz yaşlı uşaq bu gün reanimasiyadan palataya köçürülüb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunur: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir".
Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Uşaqda çoxsaylı yaralar müşahidə edilib və dərhal cərrahi müdaxilə edilib.
05.03.24
"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi sahibsiz itlərin küçələrdən yığışdırılmaması ilə bağlı səslənən şikayətlərə cavab verib.
Mərkəzdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzi artıq 5 ildən çoxdur, fəaliyyət göstərir.
Mərkəzin əsas işi Bakı şəhərinin inzibati ərazilərindən sahibsiz küçə itlərinin tutulmasıdır. Ancaq buna baxmayaraq, küçə itləri hələ də ünvanlarda var. Mərkəzə gün ərzində çoxsaylı vətəndaş müraciətləri daxil olur və işçilər də bu müraciətləri növbəli şəkildə təmin edir.
Mərkəzdən onu da bildiriblər ki, hətta bəzən elə hallar olur, işçilər sakinlərin göstərdiyi ünvanlara getsələr də, itlər həmin vaxt orada olmurlar:
"Dəfələrlə bununla bağlı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb və nəzərlərinə çatdırılıb ki, bu məsələ qısa zaman kəsiyində həllini tapan deyil. Buna müəyyən müddət lazımdır. Hər kəsə də bəllidir ki, Mərkəz daim gücləndirilmiş iş rejimində çalışır və küçə itlərinə qarşı mübarizə tədbirlərini həyata keçirən qurum kimi əlindən gələni edir".
Qobuda baş verən hadisəyə gəlincə, "Toplan"ın əməkdaşları bu gün həmin ünvanda olublar və çox sayda sahibsiz küçə itləri tutulub.
"Bu iş tək bu gün deyil, hər gün aparılır. Ümumiyyətlə hər bir ünvanda dəfələrlə təkrar-təkrar reydlər aparılır. Açıq sahələrdə, böyük ərazilərdə küçə itləri daha çox olur, sürü halında gəzirlər" - Mərkəzdən bildirilib.
"Toplan" belə halların daha çox azyaşlı uşaqların başına gəlməsinə təəssüf edir: Böyüklər özlərini küçə itlərindən azyaşlılara nisbətən daha yaxşı qoruya bilirlər".
O, ki qaldı toplanan sahibsiz itlərin aqibətinə, Mərkəzdən bildirilib ki, sahibsiz küçə itləri tutulduqdan sonra qısırlaşdırma əməliyyatı olunur, quduzluq və digər zəruri vaksinlər vurulub şəhər ətrafı ərazilərə qaytarılır.
Qeyd edək ki, martın 3-də isə Qaradağ rayonu "Qobu Park" yaşayış kompleksində itlər azyaşlı oğlana hücum ediblər. Müxtəlif xəsarətlər alan doqquz yaşlı uşaq xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.
Orada yaşayan sakinlər hadisənin üzərindən iki gün keçsə də, sahibsiz itlərin hələ də yaşayış mərkəzinin ətrafında dolaşmasından narahatdırlar.
İtlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti açıqlanıb
İt parçalayan 9 yaşlı uşağın vəziyyəti ağır stabil olaraq qalır. Bu barədə Sputnik Azərbaycan-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib. Klinikanın sözçüsü deyib ki, azyaşlının müalicəsi reanimasiyada davam etdirilir.
Xatırladaq ki, martın 3-ü saat 17:37 radələrində "Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib.
04.03.24
Ötən gün "Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında sahibsiz itlər 9 yaşlı oğlan uşağına hücum edərək ona ağır xəsarətlər yetiriblər. Təcili tibbi yardım göstərildikdən sonra azyaşlı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
TƏBİB Qobuda itlərin hücumuna məruz qalan həmin uşaqla bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, 03.03.2024-cü il tarixində saat 17:37 radələrində "Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.
Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib.
Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
Xəbər lenti
0