https://sputnik.az/20240513/minimum-emekhaqqi-ne-qeder-artirilacaq-464584695.html
Minimum əməkhaqqı nə qədər artırılacaq?
Minimum əməkhaqqı nə qədər artırılacaq?
Sputnik Azərbaycan
Eldəniz Əmirov bildirib ki, COP-29 başlayan müddətə qədər minimum əməkhaqqının artırılmasına dair yeniliyin olacağı gözlənilir. 13.05.2024, Sputnik Azərbaycan
2024-05-13T19:38+0400
2024-05-13T19:38+0400
2024-05-13T19:38+0400
aylıq minimum əməkhaqqı
cəmiyyət
pensiya
pensiya təminatı
əmək pensiyası
"əmək pensiyaları haqqında" qanun
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268521_0:56:2001:1181_1920x0_80_0_0_73fc44d4af7f06a4b5d22484d4cacff4.jpg
BAKI, 13 may — Sputnik. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı" işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı təsdiq edilib. Fəaliyyət Planında əməyin azadlığı indiqatoru ilə bağlı bir sıra tədbirlərin görülməsi nəzərdə tutulub. Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə noyabr ayının 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, COP-29 başlayan müddətə qədər minimum əməkhaqqının artırılmasına dair yeniliyin olacağı gözlənilir. Artımı miqdarı və zamanı isə noyabrın 1-dək hazırlanan təkliflərdən asılı olacaq: "Ehtimal etdiyim artım miqdarına və tarixinə gəldikdə isə, düşünürəm ki, bu əsasən infilyasiya göstəricəsindən asılı olacaq. İlkin proqnozlarda 2024-cü ildə ölkədə illik inflyasiyanı İN-i 5,3 %, BMT 5,9 % proqnozlaşdırsa da, Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu aprel ayında azaldaraq 2024-cü üçün 3,5 % olaraq açıqlanmışdı. Deməli, hazırda 345 manat olan minimum əmək haqqının minimum 5% artımla yenilənməsi olacaq ki, 362-363 manat deməkdir. Lakin nəzərə alsaq ki, 345 manatlıq məbləğ 2023-ci ilin 1 yanvarından müəyyən edilib, deməli əhalinin alıcılıq qabiliyyətinə təsir edən 2023-cü ildə infilyasiya göstəricilərinin də nəzərə alınması daha doğru olardı. 2023-cü ildə 8.8 % infilyasiya qeydə alınıb. Odur ki, infilyasiyanın 2 il ərzində təsir etdiyi alıcılıq qabiliyyətinin qorunması üçün bu artımın 13-14% ətrafında müəyyənləşməsi daha realdır. Bu isə minimum əmək haqqının növbəti dəfə 390-400 manata qədər artırılma ehtimalının olduğunu göstərir. Beləliklə, subyektiv olaraq gözləntim 370-400 manat intervalının yuxarı sərhədləridir. Bunun tətbiq edilmə vaxtına gəldikdə isə, 2025-ci ilin ilk aylarından olacağını ehtimal etmək olar. Ona görə ki, təkliflərin hazırlanıb təqdim edilmə tarixi bu ilin 11-ci ayına müəyyən edilib. Odur ki, qərarın qəbul edilməsi və fərmanın icrası üçün da lazım olan zamanı əlavə etsək, 2025-ci ildən yeni minimum əmək haqqı səviyyəsinin müəyyən ediləcəyini gözləyə bilərik". Qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqının məbləği 345 manatdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268521_37:0:1810:1330_1920x0_80_0_0_4dcb00be73187aabe10d3654b5f85ef7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
aylıq minimum əməkhaqqı, pensiya, pensiya təminatı, əmək pensiyası, "əmək pensiyaları haqqında" qanun
aylıq minimum əməkhaqqı, pensiya, pensiya təminatı, əmək pensiyası, "əmək pensiyaları haqqında" qanun
Minimum əməkhaqqı nə qədər artırılacaq?
Eldəniz Əmirov bildirib ki, COP-29 başlayan müddətə qədər minimum əməkhaqqının artırılmasına dair yeniliyin olacağı gözlənilir.
BAKI, 13 may — Sputnik. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı" işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı təsdiq edilib. Fəaliyyət Planında əməyin azadlığı indiqatoru ilə bağlı bir sıra tədbirlərin görülməsi nəzərdə tutulub.
Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə noyabr ayının 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, COP-29 başlayan müddətə qədər minimum əməkhaqqının artırılmasına dair yeniliyin olacağı gözlənilir. Artımı miqdarı və zamanı isə noyabrın 1-dək hazırlanan təkliflərdən asılı olacaq:
"Ehtimal etdiyim artım miqdarına və tarixinə gəldikdə isə, düşünürəm ki, bu əsasən infilyasiya göstəricəsindən asılı olacaq. İlkin proqnozlarda 2024-cü ildə ölkədə illik inflyasiyanı İN-i 5,3 %, BMT 5,9 % proqnozlaşdırsa da, Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu aprel ayında azaldaraq 2024-cü üçün 3,5 % olaraq açıqlanmışdı. Deməli, hazırda 345 manat olan minimum əmək haqqının minimum 5% artımla yenilənməsi olacaq ki, 362-363 manat deməkdir. Lakin nəzərə alsaq ki, 345 manatlıq məbləğ 2023-ci ilin 1 yanvarından müəyyən edilib, deməli əhalinin alıcılıq qabiliyyətinə təsir edən 2023-cü ildə infilyasiya göstəricilərinin də nəzərə alınması daha doğru olardı. 2023-cü ildə 8.8 % infilyasiya qeydə alınıb. Odur ki, infilyasiyanın 2 il ərzində təsir etdiyi alıcılıq qabiliyyətinin qorunması üçün bu artımın 13-14% ətrafında müəyyənləşməsi daha realdır. Bu isə minimum əmək haqqının növbəti dəfə 390-400 manata qədər artırılma ehtimalının olduğunu göstərir.
Beləliklə, subyektiv olaraq gözləntim 370-400 manat intervalının yuxarı sərhədləridir. Bunun tətbiq edilmə vaxtına gəldikdə isə, 2025-ci ilin ilk aylarından olacağını ehtimal etmək olar. Ona görə ki, təkliflərin hazırlanıb təqdim edilmə tarixi bu ilin 11-ci ayına müəyyən edilib. Odur ki, qərarın qəbul edilməsi və fərmanın icrası üçün da lazım olan zamanı əlavə etsək, 2025-ci ildən yeni minimum əmək haqqı səviyyəsinin müəyyən ediləcəyini gözləyə bilərik".
Qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqının məbləği 345 manatdır.