https://sputnik.az/20240513/ermeni-deputatdan-sensassion-aciqlamlar-kilse-ermeni-dovletciliyini-mehv-edir-464578356.html
Erməni deputatdan sensasion açıqlamalar: Kilsə erməni dövlətçiliyini məhv edir
Erməni deputatdan sensasion açıqlamalar: Kilsə erməni dövlətçiliyini məhv edir
Sputnik Azərbaycan
Torosyan öz xalqını artıq miflərlə deyil, reallıqlarla yaşamağa çağırdı
2024-05-13T10:57+0400
2024-05-13T10:57+0400
2024-05-13T14:26+0400
ermənistan
dünya xəbərləri
kilsə
kilsə xadimi
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0d/464578190_0:0:3077:1731_1920x0_80_0_0_a306b198e2bc92218add41ec73384528.jpg
BAKI, 13 may — Sputnik. Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Arsen Torosyan ölkədəki xristian kilsəsinə qarşı sərt ittihamlarla çıxış edib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb. Erməni parlamentari bildirib ki, erməni kilsəsinin 1700 illik mifi dağıdılmalıdır. O, kilsəni erməni dövlətçiliyini məhv etməkdə ittiham edib. “Xalqımız bu fırtınalı dənizdə üzmək üçün 100 ildən artıq köhnə əfsanələri və stereotipləri məhv etməlidir. Baxmayaraq ki, o, dövlətçilik yaratmaqla qismən uğur qazanıb, ancaq bu 1700 illik mifi tamamilə məhv etmək məcburiyyətindədir” - deyə Torosyan sosial şəbəkələrdə yazıb. Paşinyanın tərəfdarı hesab edir ki, kilsə öz daxili və xarici maraqları naminə Ermənistanın dövlətçiliyini qurban vermək istəyir və xalq bu struktura yekun qiymət verməlidir. “Bununla da 1700 illik tarixi ərzində erməni dövlətçiliyinin məhvinə kilsənin dəfələrlə təkrarlanan töhfəsinin qarşısı alınacaq” - hakim partiyanın nümayəndəsi bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0d/464578190_0:0:2729:2047_1920x0_80_0_0_51ff438c60f2a88aa1574cc223aa14d7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
erməni deputat: köhnə əfsanələri və stereotipləri məhv etməliyik, torosyan, miflər
erməni deputat: köhnə əfsanələri və stereotipləri məhv etməliyik, torosyan, miflər
Erməni deputatdan sensasion açıqlamalar: Kilsə erməni dövlətçiliyini məhv edir
10:57 13.05.2024 (Yenilənib: 14:26 13.05.2024) Paşinyanın tərəfdarı hesab edir ki, kilsə öz daxili və xarici maraqları naminə Ermənistanın dövlətçiliyini qurban vermək istəyir.
BAKI, 13 may — Sputnik. Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Arsen Torosyan ölkədəki xristian kilsəsinə qarşı sərt ittihamlarla çıxış edib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Erməni parlamentari bildirib ki, erməni kilsəsinin 1700 illik mifi dağıdılmalıdır. O, kilsəni erməni dövlətçiliyini məhv etməkdə ittiham edib.
“Xalqımız bu fırtınalı dənizdə üzmək üçün 100 ildən artıq köhnə əfsanələri və stereotipləri məhv etməlidir. Baxmayaraq ki, o, dövlətçilik yaratmaqla qismən uğur qazanıb, ancaq bu 1700 illik mifi tamamilə məhv etmək məcburiyyətindədir” - deyə Torosyan sosial şəbəkələrdə yazıb.
Paşinyanın tərəfdarı hesab edir ki, kilsə öz daxili və xarici maraqları naminə Ermənistanın dövlətçiliyini qurban vermək istəyir və xalq bu struktura yekun qiymət verməlidir.
“Bununla da 1700 illik tarixi ərzində erməni dövlətçiliyinin məhvinə kilsənin dəfələrlə təkrarlanan töhfəsinin qarşısı alınacaq” - hakim partiyanın nümayəndəsi bildirib.