https://sputnik.az/20240513/azerbaycanla-bu-olke-arasinda-telebe-mubadilesi-heyata-kecirilecek-464578044.html
Azərbaycanla bu ölkə arasında tələbə mübadiləsi həyata keçiriləcək
Azərbaycanla bu ölkə arasında tələbə mübadiləsi həyata keçiriləcək
Sputnik Azərbaycan
Layihəyə əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas tibb... 13.05.2024, Sputnik Azərbaycan
2024-05-13T11:42+0400
2024-05-13T11:42+0400
2024-05-13T12:07+0400
tələbə
təhsil
elm və təhsil nazirliyi
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463219948_0:143:3380:2044_1920x0_80_0_0_c9391e330af49971f68beffd8346974f.jpg
BAKI, 13 may — Sputnik. Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu, "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər tələbənin bərabər sayda mübadiləsini həyata keçirəcək. Azərbaycan tərəfi texniki və texnoloji ixtisaslar qrupu üzrə 3 nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura-1), humanitar və sosial ixtisaslar qrupu üzrə – 3 nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura -1), iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə – 3 nəfərin (bakalavriat -1, magistratura-2), təbiət ixtisasları qrupu üzrə – 1 nəfərin (magistratura-1), əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu üzrə və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə – 2 nəfərin təhsilini təşkil edəcək. Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları, mühəndislik, emal və tikinti sənayesi üzrə – 5 nəfər (bkalavriat-1, magistratura -3, doktorantura-1), kənd təsərrüfatı və bioresurslar, incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər (bakalavriat -2, magistratura-2, doktorantura-1), səhiyyə və sosial təminat (tibb) ixtisasları üzrə – 2 nəfərin (fasiləsiz inteqrə olunmuş tibb təhsili proqramı (6 il) və rezidentura (5 ilədək təhsil) təhsilini təşkil edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463219948_206:0:2937:2048_1920x0_80_0_0_425c04275460140fee1c7502fb198e6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tələbə, elm və təhsil nazirliyi, qazaxıstan
tələbə, elm və təhsil nazirliyi, qazaxıstan
Azərbaycanla bu ölkə arasında tələbə mübadiləsi həyata keçiriləcək
11:42 13.05.2024 (Yenilənib: 12:07 13.05.2024) Layihəyə əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər tələbənin bərabər sayda mübadiləsini həyata keçirəcək.
BAKI, 13 may — Sputnik. Azərbaycanla Qazaxıstan arasında tələbə mübadiləsi həyata keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu, "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər tələbənin bərabər sayda mübadiləsini həyata keçirəcək.
Azərbaycan tərəfi texniki və texnoloji ixtisaslar qrupu üzrə 3 nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura-1), humanitar və sosial ixtisaslar qrupu üzrə – 3 nəfərin (bakalavriat -1, magistratura -1, doktorantura -1), iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə – 3 nəfərin (bakalavriat -1, magistratura-2), təbiət ixtisasları qrupu üzrə – 1 nəfərin (magistratura-1), əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu üzrə və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə – 2 nəfərin təhsilini təşkil edəcək.
Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları, mühəndislik, emal və tikinti sənayesi üzrə – 5 nəfər (bkalavriat-1, magistratura -3, doktorantura-1), kənd təsərrüfatı və bioresurslar, incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər (bakalavriat -2, magistratura-2, doktorantura-1), səhiyyə və sosial təminat (tibb) ixtisasları üzrə – 2 nəfərin (fasiləsiz inteqrə olunmuş tibb təhsili proqramı (6 il) və rezidentura (5 ilədək təhsil) təhsilini təşkil edəcək.