Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb

© Photo : AZƏRTAC“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb

 - Sputnik Azərbaycan, 1920, 12.05.2024
Abunə olmaq
Ekspozisiyada 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş olunur.
BAKI, 12 may - Sputnik. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada işə başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də “Qarabağnamə” adlı sərgi açılıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Şuşa şəhərində yerləşən Yaradıcılıq Mərkəzində açılan sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş olunur.
© Photo : AZƏRTAC“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
 - Sputnik Azərbaycan, 1920, 12.05.2024
“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
Qarabağın tarixinə, füsunkar təbiətinə boyalara həyat verən təsviri sənət ustalarımızın “Laləzar körpüsü”, “Saatlı məscidi”, “Azad Şuşa”, “Şuşa incisi”, “Ana Vətən” və digər əsərlərinin qarşısından dayanmadan keçmək mümkün deyil.
© Photo : AZƏRTAC“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
 - Sputnik Azərbaycan, 1920, 12.05.2024
“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
Fırça ustalarımız Azərbaycanın dilbər guşəsi Qarabağa xüsusi həssaslıqla yanaşıblar. Qarabağın tarixi şəxsiyyətləri, başı qarlı dağları, çayları, dərələri əsərlərdə çox təbii alınıb.
© Photo : AZƏRTAC“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
 - Sputnik Azərbaycan, 1920, 12.05.2024
“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
Sərgidə rəssamların seçilmiş mövzulu əsərlərini səciyyələndirən ilkin xüsusiyyət rəng-forma cəlbediciliyidirsə, ikinci əsas şərt bədii ümumiləşdimələr aparmaları, Qarabağın tarixi ənənələrinə bələdçilik, ana təbiətə, adət-ənənələrimizə maraq və sevgidir.
© Photo : AZƏRTAC“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
 - Sputnik Azərbaycan, 1920, 12.05.2024
“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
Sərgilənən əsərlərdə Qarabağın stereotipləri, musiqi sənəti, süfrə mədəniyyəti, bayram coşqusu, milli mətbəxi kimi mövzular böyük həvəslə canlandırılıb.
© Photo : AZƏRTAC“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
 - Sputnik Azərbaycan, 1920, 12.05.2024
“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
Əsərləri nümayiş etdirilən rəssamlar da öz sevinclərini bölüşərək öz yaradıcılıqlarında bundan sonra da doğma, əziz Qarabağımıza və onun baş tacı olan Şuşaya xüsusi yer ayıracaqlarını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0