https://sputnik.az/20240512/gozumun-qarsisindan-ruhlar-kecirdi---kecmis-narkomanin-aci-heyat-hekayesi---video--foto-464453797.html
"Gözümün qarşısından ruhlar keçirdi" - keçmiş narkomanın acı həyat hekayəsi - VİDEO+Foto
"Gözümün qarşısından ruhlar keçirdi" - keçmiş narkomanın acı həyat hekayəsi - VİDEO+Foto
Sputnik Azərbaycan
"Həyat naminə" Reablitasiya Mərkəzinin böyük darvazası taybatay açıq olsa da, bu məkandan qaçmağa heç kəs cəhd belə etmir. 12.05.2024, Sputnik Azərbaycan
2024-05-12T09:27+0400
2024-05-12T09:27+0400
2024-05-12T10:21+0400
şüvəlan
cəmiyyət
narkoman
narkomaniya
reabilitasiya
ruh
https://cdnn1.img.sputnik.az/img/07e8/04/1e/464291726_0:0:1280:720_1920x0_80_0_0_aeb62dc461e85ae7296b74b17ae39792.jpg
BAKI, 12 may — Sputnik. Şüvəlanda hündür divarların arasında, içərisində yaşıllıqlarla əhatə olunmuş bu məkanı kənardan baxanda hansısa imkanlı şəxsin bağ evinə bənzətmək olar. Bəlkə də kənardan kimsə buranın narkomanlar üçün reablitasiya mərkəzi olduğunu ağlına belə gətirə bilməz. İçəridəki korpusların qarşısında, həyətdə isə dəstə-dəstə müxtəlif yaşda insanlar görünür. Reablitasiya mərkəzinin bizi qapıda qarşılayan təsisçisi və rəhbəri Kənan Hacıyev onların hamısının narkomaniyadan əziyyət çəkdiyini, bu bəladan qurtulmaq üçün bura üz tutduğunu söyləyir. Narkomanlar üçün nəzərdə tutulmuş "Həyat naminə" Reablitasiya Mərkəzinin böyük darvazası taybatay açıq olsa da, bu məkandan qaçmağa heç kəs cəhd belə etmir. Səbəb isə çox bəsitdir. Bura onların son ümid yeridir. Bu həyatda qaçacaq başqa yerləri yoxdur. Yaşıllıqlar içərisində abad həyəti olan bu məkanda dincəlməyə hər cür şərait var. Geniş həyətdə idman etmək üçün qurğular, üzmək üçün böyük hovuz, futbol oynamaq üçün kiçik meydança. Bir sözlə, reablitasiya mərkəzi narkotik maddə asılılığından əziyyət çəkən insanların bütün ehtiyaclarını bu məkanda qarşılayır. Yetər ki, onlar yenidən "ağ ölüm"ün girdabına düşməsinlər. Elə həmsöhbətimiz Mərdan Məmmədov (ad və soyad şərtidir) da narkomaniyadan xilas olmaq üçün buradadır. Dəfələrlə narkomanlar üçün mərkəzlərdə müalicə alsa da, narkotik asılılığından qurtula bilməyib. Sumqayıtda ziyalı ailədə doğulub boya-başa çatan həmsöhbətimiz narkotik maddəni ilk dəfə məktəbin son sinifində oxuyarkən dadıb. İlk dəfə yüngül narkotik maddə istifadə etdikdən sonra tədricən narkotik maddənin aludəçisinə çevrilib. Artıq xeyli müddətdir ki, narkomaniyadan xilas olmaq üçün reablitasiya mərkəzindədir. O, narkotik maddə istifadəçisi olduğu üçün ailəsinin belə dağıldığını söyləyir. Bir vaxtlar narkoman olduğunu həyat yoldaşının bilməməsi üçün bir gün güclə ayıq qalan M.Məmmədov artıq aylarladır ki, narkotik maddə istifadə etmir. Onun sözlərinə görə, narkomaniyadan xilas olmaq üçün narkoloji dispanserlərdə detoks müalicəsi əsas şərt deyil. Bu bəladan qurtulmaq üçün mütləq düzgün reablitasiya keçmək vacibdir. M.Məmmədova ailəsi müalicə almaq üçün dəfələrlə müalicə mərkəzlərinə yerləşdirib. Amma çıxdıqdan bir müddət sonra yenidən narkotik istifadə etməyə başlayıb. Odeyir ki, bu bəladan xilas olmaq üçün hər bir narkoman ilk növbədə öz ruhunu tərbiyə etməlidir. Çünki, sağlam düşüncə olduqda hətta ətrafda narkotik istifadə edənlər olsa belə, insan özünü o mühitə düşməkdən qoruya bilir. Narkotik maddə istifadə etdiyi üçün yaxın dostlarının belə onunla görüşməyə ehtiyat etdiyini deyən həmsöhbətimiz, narkomaniyanın insan həyatını sözün əsl mənasında məhv etdiyini bildirir. Narkomaniyada ən dəhşətli məqamın sintetik narkotiklərə qurşanmaq olduğunu söyləyir. Mərdanın təbirincə desək, sintetik narkotiklər insanı zombiləşdirir, ağlını əlindən alır: O, uzun müddət həyat yoldaşından narkotik maddə istifadə etdiyini gizlətdiyini söyləyir. Bildirir ki, evli olduğu 9 ilə yaxın müddətdə bacardığı qədər narkotik maddə aludəçisi olduğunu gizlətməyə çalışıb: "Amma narkotik maddənin dozası artdıqca, bu özünü biruzə verirdi. Yatağımın yanına çəkic qoyub yatırdım. Həyat yoldaşım belə-belə anladı ki, narkotik aludəçisiyəm. Məni dərhal müalicə mərkəzinə göndərdilər. 5 dəfə müxtəlif vaxtlarda müalicə alsam da bunun xeyri olmurdu. Mən artıq bu həyatdan narkoman kimi köçəcəyimə inanmışdım. Amma bu mərkəzə gəldikdən sonra narkomaniyadan xilas olmağın mümkün olduğunu anladım. Artıq bir ildir ki, tam ayığam, narkotik maddə istifadə etmirəm. Hətta burada reabilitasiyamı tamamlayıb işə də başlamışam. İndi içki olan yerə belə getmirəm. Anladım ki, narkomaniyadan xilas olmaq üçün onun olduğu yerə getməməliyəm. Çünki, daha narkoman olmaq istəmirəm". O, bildirir ki, narkotik maddəyə aludəçilik insanı pis vərdişlərə yönəldir. İnsan hətta oğurluq etmək planı belə qurur. Mərdan deyir ki, narkomaniyadan xilas olmaq istəyən şəxs özünü dəyişməlidir. Bunun üçün isə düzgün reablitasiya keçmək şərtdir. O, hazırda narkotik maddə istifadə etməzdən əvvəlki dostları ilə belə görüşdüyünü, hər kəsin onun narkomaniyadan xilas olmasını böyük rəğbətlə qarşıladığını söyləyir. Bu hal onun özü ilə yanaşı ailəsinə də xöşbəxtlik bəxş edib. İndi Məmmədovun hətta gələcəklə bağlı planları da var. Həmsöhbətimiz müalicə mərkəzinə bu bəladan xilas olmaq üçün gələn bütün narkotik maddə istifadəçilərinə canlı nümunə olduğunu bildirir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/1e/464291726_0:0:1280:960_1920x0_80_0_0_49622e81f30adcb0b64aeca47bff44d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şüvəlan, narkoman, narkomaniya, reabilitasiya, ruh
şüvəlan, narkoman, narkomaniya, reabilitasiya, ruh
"Gözümün qarşısından ruhlar keçirdi" - keçmiş narkomanın acı həyat hekayəsi - VİDEO+Foto
09:27 12.05.2024 (Yenilənib: 10:21 12.05.2024) "Həyat naminə" Reablitasiya Mərkəzinin böyük darvazası taybatay açıq olsa da, bu məkandan qaçmağa heç kəs cəhd belə etmir.
BAKI, 12 may — Sputnik. Şüvəlanda hündür divarların arasında, içərisində yaşıllıqlarla əhatə olunmuş bu məkanı kənardan baxanda hansısa imkanlı şəxsin bağ evinə bənzətmək olar. Bəlkə də kənardan kimsə buranın narkomanlar üçün reablitasiya mərkəzi olduğunu ağlına belə gətirə bilməz. İçəridəki korpusların qarşısında, həyətdə isə dəstə-dəstə müxtəlif yaşda insanlar görünür. Reablitasiya mərkəzinin bizi qapıda qarşılayan təsisçisi və rəhbəri Kənan Hacıyev onların hamısının narkomaniyadan əziyyət çəkdiyini, bu bəladan qurtulmaq üçün bura üz tutduğunu söyləyir.
Narkomanlar üçün nəzərdə tutulmuş "Həyat naminə" Reablitasiya Mərkəzinin böyük darvazası taybatay açıq olsa da, bu məkandan qaçmağa heç kəs cəhd belə etmir. Səbəb isə çox bəsitdir. Bura onların son ümid yeridir. Bu həyatda qaçacaq başqa yerləri yoxdur.
Yaşıllıqlar içərisində abad həyəti olan bu məkanda dincəlməyə hər cür şərait var. Geniş həyətdə idman etmək üçün qurğular, üzmək üçün böyük hovuz, futbol oynamaq üçün kiçik meydança. Bir sözlə, reablitasiya mərkəzi narkotik maddə asılılığından əziyyət çəkən insanların bütün ehtiyaclarını bu məkanda qarşılayır. Yetər ki, onlar yenidən "ağ ölüm"ün girdabına düşməsinlər.
Elə həmsöhbətimiz Mərdan Məmmədov (ad və soyad şərtidir) da narkomaniyadan xilas olmaq üçün buradadır. Dəfələrlə narkomanlar üçün mərkəzlərdə müalicə alsa da, narkotik asılılığından qurtula bilməyib. Sumqayıtda ziyalı ailədə doğulub boya-başa çatan həmsöhbətimiz narkotik maddəni ilk dəfə məktəbin son sinifində oxuyarkən dadıb. İlk dəfə yüngül narkotik maddə istifadə etdikdən sonra tədricən narkotik maddənin aludəçisinə çevrilib. Artıq xeyli müddətdir ki, narkomaniyadan xilas olmaq üçün reablitasiya mərkəzindədir.
O, narkotik maddə istifadəçisi olduğu üçün ailəsinin belə dağıldığını söyləyir. Bir vaxtlar narkoman olduğunu həyat yoldaşının bilməməsi üçün bir gün güclə ayıq qalan M.Məmmədov artıq aylarladır ki, narkotik maddə istifadə etmir.
Onun sözlərinə görə, narkomaniyadan xilas olmaq üçün narkoloji dispanserlərdə detoks müalicəsi əsas şərt deyil. Bu bəladan qurtulmaq üçün mütləq düzgün reablitasiya keçmək vacibdir.
M.Məmmədova ailəsi müalicə almaq üçün dəfələrlə müalicə mərkəzlərinə yerləşdirib. Amma çıxdıqdan bir müddət sonra yenidən narkotik istifadə etməyə başlayıb. Odeyir ki, bu bəladan xilas olmaq üçün hər bir narkoman ilk növbədə öz ruhunu tərbiyə etməlidir. Çünki, sağlam düşüncə olduqda hətta ətrafda narkotik istifadə edənlər olsa belə, insan özünü o mühitə düşməkdən qoruya bilir.
Narkotik maddə istifadə etdiyi üçün yaxın dostlarının belə onunla görüşməyə ehtiyat etdiyini deyən həmsöhbətimiz, narkomaniyanın insan həyatını sözün əsl mənasında məhv etdiyini bildirir. Narkomaniyada ən dəhşətli məqamın sintetik narkotiklərə qurşanmaq olduğunu söyləyir. Mərdanın təbirincə desək, sintetik narkotiklər insanı zombiləşdirir, ağlını əlindən alır:
"Müasir narkotiklər, "patı" dediyimiz sintetik narkotik növlərindən istifadə etdikdən sonra 15 gün yatmadan ayıq qalırdım. Amma gözümün qarşısından ruhlar keçirdi. Mən onların ardınca düşüb onlarla əlaqə yaratmağa çalışırdım. Amma onları tuta bilmirdim. Bir neçə gün sonra mən onlarla söhbət etməyə başladım. Bu mənim ailəmin dağılmağının ən böyük səbəblərindən biri oldu. Evdə həyat yoldaşım, qızım qala-qala mən 24 saat onlarla söhbət edirdim. Evdən çıxanda da o ruhların mənimlə birgə dolaşdığını zənn edirdim. Müxtəlif səslər eşidirdim. Sanki polislər məni tutmaq üçün evimə basqın edib, pilləkəni qırırlar. Hətta mən özümü onlardan qorumaq üçün evdə çarpayımızın baş hissəsini qoparıb pəncərəyə şurupla bərkitmişəm ki, evimə daxil ola bilməsinlər. Bunların hamısı məndə sintetik narkotiklərin yaratdığı fəsadlar idi".
O, uzun müddət həyat yoldaşından narkotik maddə istifadə etdiyini gizlətdiyini söyləyir. Bildirir ki, evli olduğu 9 ilə yaxın müddətdə bacardığı qədər narkotik maddə aludəçisi olduğunu gizlətməyə çalışıb:
"Amma narkotik maddənin dozası artdıqca, bu özünü biruzə verirdi. Yatağımın yanına çəkic qoyub yatırdım. Həyat yoldaşım belə-belə anladı ki, narkotik aludəçisiyəm. Məni dərhal müalicə mərkəzinə göndərdilər. 5 dəfə müxtəlif vaxtlarda müalicə alsam da bunun xeyri olmurdu. Mən artıq bu həyatdan narkoman kimi köçəcəyimə inanmışdım. Amma bu mərkəzə gəldikdən sonra narkomaniyadan xilas olmağın mümkün olduğunu anladım. Artıq bir ildir ki, tam ayığam, narkotik maddə istifadə etmirəm. Hətta burada reabilitasiyamı tamamlayıb işə də başlamışam. İndi içki olan yerə belə getmirəm. Anladım ki, narkomaniyadan xilas olmaq üçün onun olduğu yerə getməməliyəm. Çünki, daha narkoman olmaq istəmirəm".
O, bildirir ki, narkotik maddəyə aludəçilik insanı pis vərdişlərə yönəldir. İnsan hətta oğurluq etmək planı belə qurur.
Mərdan deyir ki, narkomaniyadan xilas olmaq istəyən şəxs özünü dəyişməlidir. Bunun üçün isə düzgün reablitasiya keçmək şərtdir. O, hazırda narkotik maddə istifadə etməzdən əvvəlki dostları ilə belə görüşdüyünü, hər kəsin onun narkomaniyadan xilas olmasını böyük rəğbətlə qarşıladığını söyləyir. Bu hal onun özü ilə yanaşı ailəsinə də xöşbəxtlik bəxş edib.
İndi Məmmədovun hətta gələcəklə bağlı planları da var. Həmsöhbətimiz müalicə mərkəzinə bu bəladan xilas olmaq üçün gələn bütün narkotik maddə istifadəçilərinə canlı nümunə olduğunu bildirir.
"Ən pis vəziyyətdə bura üz tutan narkomanlara özümü örnək çəkirəm. Onlara bildirirəm ki, mən bu bəladan qurtula bilmişəmsə, deməli xilas yolu var. Burada 6 ay reablitasiya müddətidir. Bu müddətdə mərkəzdən kənara çıxmaq olmaz. Reablitasiya zamanı bizimlə psixoloji söhbətlərdən sonra bəzən bu qapını üzümüzə açıblar ki, kim istəsə çıxıb gedə bilər. Bu qərarı hər kəsin öz ixtiyarına buraxırlar. Amma düşünmüşəm ki, narkomaniyadan xilas olmaq üçün bu mərkəz son ümid yerimdir. Buranı tərk edib getmək, yenidən narkomaniyanın girdabına düşmək deməkdir. Odur ki, qapı açıq olsa da, heç kəs yenidən narkomaniya adlanan bəlaya düçar olmamaq üçün bu mərkəzi könüllü tərk etmir. Anlayırıq ki, narkomaniyadan sağlam həyata qayıtmaq öz əlimizdədir. Elə bu qapının açarı da... İstəsək biz o qapını üzümüzə ömürlük aça bilərik" - keçmiş narkoman bildirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.