https://sputnik.az/20240511/zelzeleler-arktikadaki-buzlaqlara-birbasa-tesir-gosterir-464544943.html
Zəlzələlər Arktikadakı buzlaqlara birbaşa təsir göstərir
Zəlzələlər Arktikadakı buzlaqlara birbaşa təsir göstərir
Sputnik Azərbaycan
Yer qabığındakı dalğalanmalar aysberqlərin əmələ gəlməsinə, eləcə də buz sahələrinin mövqeyində və tərkibində dəyişikliklərə təsir edə bilər. 11.05.2024, Sputnik Azərbaycan
2024-05-11T22:21+0400
2024-05-11T22:21+0400
2024-05-11T22:21+0400
arktika
elm
zəlzələ
buzlaq
buzlaqların əriməsi
https://cdnn1.img.sputnik.az/img/42255/53/422555342_0:160:3073:1888_1920x0_80_0_0_044e230366d64c644036fd5613b197c6.jpg
BAKI, 11 may — Sputnik. Rusiya Elmlər Akademiyası Ural şöbəsinin Laverov adına Arktikanın kompleks öyrənilməsi üzrə Federal Tədqiqat Mərkəzinin mütəxəssisləri Arktika regionunda seysmik proseslərlə buz vəziyyəti arasında əlaqə aşkar ediblər. Bu barədə "RuNews24" xəbər verib. Alimlər hesab edirlər ki, yer qabığındakı dalğalanmalar aysberqlərin əmələ gəlməsinə, eləcə də buz sahələrinin mövqeyində və tərkibində dəyişikliklərə təsir edə bilər. Rusiya Elmlər Akademiyasının Tədqiqat Mərkəzinin seysmologiya laboratoriyasının rəhbəri Qalina Antonovskayanın izah etdiyi kimi, hazırda ekspertlər Arktika regionunda dəyişiklikləri izləməyə davam edirlər. "Biz aydın bir tendensiya gördük: zəlzələlədən sonra buzlaqlarda bir sıra hadisələr müşayiət olunur. Bu, bir növ təbii səbəbli seysmiklikdir - hətta kiçik bir zəlzələ buzlaqların parçalanmasına və aysberqlərin əmələ gəlməsinə təsir göstərə biləcək bir sıra hadisələrə səbəb olur" - Antonovskaya bildirib. Ekspert əlavə edib ki, 2017-2022-ci illər ərzində müşahidələr aparılıb və bu müddət ərzində alimlər 46 seysmik hadisəni təhlil ediblər. Onun sözlərinə görə, Arktikada ən çox zəlzələlər 4,9 baldan çox olmayıb, lakin son vaxtlar onların maqnitudası artmağa başlayıb. Sonradan bu, buzları hərəkətə gətirib. "Hazırda biz ilk dəfə olaraq Arktika Rusiya arxipelaqlarında buz proseslərinin dinamikasının davamlı seysmik müşahidələrinin əsasını qoyuruq. Bu, buzlanma şəraitinin proqnozlaşdırılması üçün əhəmiyyətli məlumatdır" - o əlavə edib. Bundan əvvəl ABŞ alimləri bildirmişdilər ki, qütb buzlarının əriməsi Yerin fırlanma sürətinin dəyişməsinə gətirib çıxarır ki, bu da öz növbəsində zamanın qlobal hesablanmasına təsir göstərir.
arktika
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42255/53/422555342_170:0:2901:2048_1920x0_80_0_0_2cf496f5682fd42ec28976a78f8819e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
arktika, zəlzələ, buzlaq, buzlaqların əriməsi
arktika, zəlzələ, buzlaq, buzlaqların əriməsi
Zəlzələlər Arktikadakı buzlaqlara birbaşa təsir göstərir
Yer qabığındakı dalğalanmalar aysberqlərin əmələ gəlməsinə, eləcə də buz sahələrinin mövqeyində və tərkibində dəyişikliklərə təsir edə bilər.
BAKI, 11 may — Sputnik. Rusiya Elmlər Akademiyası Ural şöbəsinin Laverov adına Arktikanın kompleks öyrənilməsi üzrə Federal Tədqiqat Mərkəzinin mütəxəssisləri Arktika regionunda seysmik proseslərlə buz vəziyyəti arasında əlaqə aşkar ediblər.
Bu barədə "RuNews24" xəbər verib.
Alimlər hesab edirlər ki, yer qabığındakı dalğalanmalar aysberqlərin əmələ gəlməsinə, eləcə də buz sahələrinin mövqeyində və tərkibində dəyişikliklərə təsir edə bilər. Rusiya Elmlər Akademiyasının Tədqiqat Mərkəzinin seysmologiya laboratoriyasının rəhbəri Qalina Antonovskayanın izah etdiyi kimi, hazırda ekspertlər Arktika regionunda dəyişiklikləri izləməyə davam edirlər.
"Biz aydın bir tendensiya gördük: zəlzələlədən sonra buzlaqlarda bir sıra hadisələr müşayiət olunur. Bu, bir növ təbii səbəbli seysmiklikdir - hətta kiçik bir zəlzələ buzlaqların parçalanmasına və aysberqlərin əmələ gəlməsinə təsir göstərə biləcək bir sıra hadisələrə səbəb olur" - Antonovskaya bildirib.
Ekspert əlavə edib ki, 2017-2022-ci illər ərzində müşahidələr aparılıb və bu müddət ərzində alimlər 46 seysmik hadisəni təhlil ediblər. Onun sözlərinə görə, Arktikada ən çox zəlzələlər 4,9 baldan çox olmayıb, lakin son vaxtlar onların maqnitudası artmağa başlayıb. Sonradan bu, buzları hərəkətə gətirib.
"Hazırda biz ilk dəfə olaraq Arktika Rusiya arxipelaqlarında buz proseslərinin dinamikasının davamlı seysmik müşahidələrinin əsasını qoyuruq. Bu, buzlanma şəraitinin proqnozlaşdırılması üçün əhəmiyyətli məlumatdır" - o əlavə edib.
Bundan əvvəl ABŞ alimləri bildirmişdilər ki, qütb buzlarının əriməsi Yerin fırlanma sürətinin dəyişməsinə gətirib çıxarır ki, bu da öz növbəsində zamanın qlobal hesablanmasına təsir göstərir.