https://sputnik.az/20240511/mirzoyan-bayramov-gorusunun-simvolik-xarakteri-464532908.html
Azərbaycan və Ermənistan XİN rəhbərləri Almaatı danışıqlarını bu gün davam etdirəcəklər
Azərbaycan və Ermənistan XİN rəhbərləri Almaatı danışıqlarını bu gün davam etdirəcəklər
Sputnik Azərbaycan
Nazirlər “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə müzakirələri davam etdirəcəklər. 11.05.2024, Sputnik Azərbaycan
2024-05-11T10:52+0400
2024-05-11T10:52+0400
2024-05-11T11:23+0400
xin
azərbaycan-ermənistan sərhədində vəziyyət
ceyhun bayramov
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
bəyannamə
ararat mirzoyan
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0b/464554254_0:315:3072:2042_1920x0_80_0_0_1daf278ac89b2092a9b08e94f032a7d6.jpg
BAKI, 11 may — Sputnik. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Qazaxıstanın Almatı şəhərində davam etdiriləcək.Nazirlər “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə müzakirələri davam etdirəcəklər.Qeyd edək ki, nazirlər arasında danışıqlar dünən başlayıb. İlk raundda müzakirələr 4 saat çəkib.10.05.24, 19:01Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıbAlmatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başa çatıb."Report" xəbər verir ki, danışıqlar 4 saat davam edib.Təfərrüatlar barədə məlumat verilmir.***Hazırda Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb, onu Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, görüş zamanı Azərbaycan və Qazaxıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə sülh prosesinin hazırkı durumu müzakirə olunub. Azərbaycanın xüsusilə son dövrlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstanla genişlənən yüksək səviyyəli münasibətlərindən məmnunluq ifadə olunub. İqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar və s. istiqamətlər üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın geniş perspektivlər vəd etdiyi diqqətə çatdırılıb. Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov COP29-un əməkdaşlıq üçün yeni platforma olduğunu qeyd edib. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstək və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib. Delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inam ifadə olunub. Görüşdə, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşüb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirlər Ermənistan və Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoqun inkişaf dinamikasını məmnunluqla qeyd ediblər. Prezident Tokayevin aprel ayında İrəvana səfəri zamanı aparılan müzakirələrin davamında ikitərəfli gündəlikdəki məsələlər müzakirə edilib. Görüş zamanı həmçinin regional məsələlər, regional iqtisadi və nəqliyyat əlaqəsinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. O cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinin Bakı ilə İrəvan arasında münasibətlərin həlli prosesində əhəmiyyəti nəzərə alınaraq, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda, yəni Almatı şəhərində görüşünün simvolik mahiyyəti vurğulanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0b/464554254_150:0:2881:2048_1920x0_80_0_0_386fde636a4dcda8e91b954dd0bd701e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xin, ceyhun bayramov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, bəyannamə, ararat mirzoyan, ararat mirzoyan
xin, ceyhun bayramov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, bəyannamə, ararat mirzoyan, ararat mirzoyan
Azərbaycan və Ermənistan XİN rəhbərləri Almaatı danışıqlarını bu gün davam etdirəcəklər
10:52 11.05.2024 (Yenilənib: 11:23 11.05.2024) Nazirlər “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə müzakirələri davam etdirəcəklər.
BAKI, 11 may — Sputnik. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Qazaxıstanın Almatı şəhərində davam etdiriləcək.
Nazirlər “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə müzakirələri davam etdirəcəklər.
Qeyd edək ki, nazirlər arasında danışıqlar dünən başlayıb. İlk raundda müzakirələr 4 saat çəkib.
Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başa çatıb.
"Report" xəbər verir ki, danışıqlar 4 saat davam edib.
Təfərrüatlar barədə məlumat verilmir.
Hazırda Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb, onu Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, görüş zamanı Azərbaycan və Qazaxıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə sülh prosesinin hazırkı durumu müzakirə olunub.
Azərbaycanın xüsusilə son dövrlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstanla genişlənən yüksək səviyyəli münasibətlərindən məmnunluq ifadə olunub.
İqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar və s. istiqamətlər üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın geniş perspektivlər vəd etdiyi diqqətə çatdırılıb.
Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov COP29-un əməkdaşlıq üçün yeni platforma olduğunu qeyd edib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstək və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib. Delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inam ifadə olunub.
Görüşdə, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşüb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirlər Ermənistan və Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoqun inkişaf dinamikasını məmnunluqla qeyd ediblər. Prezident Tokayevin aprel ayında İrəvana səfəri zamanı aparılan müzakirələrin davamında ikitərəfli gündəlikdəki məsələlər müzakirə edilib.
Görüş zamanı həmçinin regional məsələlər, regional iqtisadi və nəqliyyat əlaqəsinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
O cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinin Bakı ilə İrəvan arasında münasibətlərin həlli prosesində əhəmiyyəti nəzərə alınaraq, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda, yəni Almatı şəhərində görüşünün simvolik mahiyyəti vurğulanıb.