https://sputnik.az/20240511/herbi-vezifelilerin-telim-toplanisi-davam-edir---vdeo-464424260.html
Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir - VİDEO
Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir - VİDEO
Sputnik Azərbaycan
Təlim toplanışında ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsi yüksəldilir, hərbi vərdişlər, bilik və bacarıqlar təkmilləşdirilir... 11.05.2024, Sputnik Azərbaycan
2024-05-11T17:05+0400
2024-05-11T17:05+0400
2024-05-11T15:43+0400
video
hərbi
vəzifə
təlim
təlim-məşq toplanışı
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e8/05/06/464423886_0:0:889:500_1920x0_80_0_0_fee2e0dabaa32bb703d3258de7047450.jpg
BAKI, 11 may - Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışında növbəti fəaliyyətlər icra edilir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlim çərçivəsində şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, hərbi nizamnamələr, atəş, sıra, hüquq, mühəndis, rabitə, hərbi tibbi hazırlıq üzrə məşğələlər və digər dərslər keçirilir.Təlim toplanışı zamanı ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə, hərbi vərdişlərinin, bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönələn fəaliyyətlər icra olunur, eyni zamanda, ordumuzun arsenalındakı müasir silah və hərbi texnikanın istismar qaydaları öyrədilir.06.05.24, 17:03Hərbi vəzifəlilərin təlim toplanışı davam edirMüdafiə Nazirliyinin 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir. Bu barədə nazirlik məlumat yayıb. Bildirilir ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunurlar.Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.Təlim toplanışı çərçivəsində plana uyğun olaraq, hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/06/464423886_0:0:889:667_1920x0_80_0_0_ffde52d166e2d29bbc4c91d1b8b80a62.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbi, vəzifə, təlim, təlim-məşq toplanışı, müdafiə nazirliyi
hərbi, vəzifə, təlim, təlim-məşq toplanışı, müdafiə nazirliyi
Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir - VİDEO
Təlim toplanışında ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsi yüksəldilir, hərbi vərdişlər, bilik və bacarıqlar təkmilləşdirilir, ordunun arsenalındakı müasir silah və hərbi texnikanın istismar qaydaları öyrədilir.
BAKI, 11 may - Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışında növbəti fəaliyyətlər icra edilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlim çərçivəsində şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, hərbi nizamnamələr, atəş, sıra, hüquq, mühəndis, rabitə, hərbi tibbi hazırlıq üzrə məşğələlər və digər dərslər keçirilir.
Təlim toplanışı zamanı ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə, hərbi vərdişlərinin, bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönələn fəaliyyətlər icra olunur, eyni zamanda, ordumuzun arsenalındakı müasir silah və hərbi texnikanın istismar qaydaları öyrədilir.
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir
Müdafiə Nazirliyinin 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir. Bu barədə nazirlik məlumat yayıb.
Bildirilir ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunurlar.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.
Təlim toplanışı çərçivəsində plana uyğun olaraq, hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.